Üzümçülük üzrə ixtisaslaşmış bölgələr

Gəncə-Qazax bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

Bu bölgəyə Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Samux, Göy-göl, Şəmkir, Daşkəsən, Goranboy rayonları və Gəncə şəhəri daxildir. Bölgənin əra­zisi (aran, dağətəyi və orta dağ yarımzonaları) dəniz səviyyəsindən 69-1200 m səviyyədə yerləşir. Bu bölgənin iqlimi mülayim isti-quru və mülayim isti-yarımquru olub, yayı isti, qışı mülayim keçir. Orta illik temperatur 12,1-13,2°C-dir. Aran yarımzonasında (dəniz səviyyəsindən 69-450 m hündürlükdə) aktiv temperaturun miqdarı 3860-4167°C-dir. Yağmurların miqdarı 282-451mm-ə qədərdir. Dağətəyi və orta dağ yarımzonasında (dəniz səviyyəsindən 600-1200 m hündürlükdə) orta illik temperatur 10,3-11,8°C, aktiv temperaturun miqdarı 3200-3700°C-dir. Yağmurların miqdarı 346-525 mm-dir. Bölgədə əsasən açıq-şabalıdı, şabalıdı və ağır şabalıdı və çəmən, skletli boz-qonur torpaqlar, çay vadilərində allüvüal çəmən torpaqları yayılmışdır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

süfrə sortları: Ağ Xəlili, Azəri, Ağ şanı, Ağ Hüseyni, Ağ oval kişmiş, Çəhrayı tayfı, Təbrizi, Kardinal, Hüseyni, Hamburq muskatı, İsgəndəriyyə muskatı, Muskat Ottenel, Şasla, Qaraburnu, İtaliya muskatı, Prima, Parkent, Rişbaba, Üzümüklərin kraliçası,  Şabaş və s.

texniki sortlar: Ağ pino, Ağ muskat, Aliqote, Göy-göl, Rkasiteli, Bayanşirə, Çəhrayı muskat, Boz pino, Saperavi, Reyn rislinqi, Qaragöz, Qara pino, Qara lkeni, Mədrəsə, Xindoqnı, Saperavi, Sovinyon, Kaberne Sovinyon, Şardone, Fetyaska, Malbek, Tavkveri və s.

texniki sortlar: Ağ pino, Ağ muskat, Aliqote, Göy-göl, Rkasiteli, Bayanşirə, Çəhrayı muskat, Boz pino, Saperavi, Reyn rislinqi, Qaragöz, Qara pino, Qara lkeni, Mədrəsə, Xindoqnı, Saperavi, Sovinyon, Kaberne Sovinyon, Şardone, Fetyaska, Malbek, Tavkveri və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

süfrə üzümü, süfrə, desert və tünd şərablar, şampan, konyak və konyak materialları, üzüm şirəsi

Şirvan bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

Bu bölgə aran və dağlıq yarımzonaya bölünür.

Aran yarımzona: Kür-Araz düzənliyinin şimal-qərb hissəsində hündürlüyü dəniz səviyyəsindən 516 m olan Mingəçevir, Göyçay, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağdaş ərazilərini əhatə edir. Bu yarımzona mərkəzi səhra iqliminə malik olub, quru subtropik iqlimi, uzun müddət davam edən isti yayı və mülayim qışı ilə digər bölgələrdən fərqlənir. Havanın illik orta temperaturu 14,1-14,8°C-dir. Aktiv temperaturun illik miqdarı 4472-4688°C-dir. İllik yağmurların miqdarı 323-510 mm arasında dəyişir. Bu ərazinin dağlıq yarımzonasında yerləşən Ağsunun orta dağlıq hissəsi, Şamaxı və əsasən də İsmayıllı rayonları dəniz səviyyəsindən 500-900 m hündürlükdə yerləşir. İqlimi mülayim, isti və qurudur. Orta illik temperatur -10,5-11,1°C, yağıntının miqdarı 379-591 mm arasında dəyişir. Ərazinin düzənlik hissəsində əsasən ağır mexaniki tərkibli açıq-boz torpaqlar, dağlıq hissədə isə şabalıdı karbonatlı və qonur-meşə torpaqlar geniş yayılmışdır. Düzən hissənin torpaqları şorlaşmaya, dağlıq hissənin torpaqları isə eroziyaya meyllidir.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

süfrə sortları: Ağ oval kişmiş, Qara kişmiş, Təbrizi, Ağ Xəlili, Şamaxı mərəndisi, Ağ şasla, Qara şanı, Çəhrayı tayfı, Ağadayı, Mahmudu, Moldova, Ağ Salyan üzümü, Hüseyni, Nimrəng, Muskat Ottenel  və s.

texniki sortlar:  Rkasiteli, Bayanşirə, Ağ şirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat, Aliqote, Aleatiko, Alikant buşe,  Kaberne Sovinyon, Mədrəsə, Rislinq, Silvaner,  Şirvanşahı, Şardone, Merlo və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü, süfrə, kəmşirin, desert, tünd şərablar və konyak

Qarabağ-Mil bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

Bu zona 3 yarımzonaya bölünür.

1) Cənub dağətəyi yarımzonasına Ağdam, Tərtər, Füzuli, Cəbrayıl, Zəngilan rayonları daxildir. Dəniz səviyyəsindən 165-430 m hündürlükdə yerləşir. Aktiv temperaturun miqdarı 4000-4300°C, yağmurun orta illik miqdarı 345-488 mm-dir.

2) Qərb-Aran yarımzonasına Bərdə, Yevlax, Ağcabədi rayonları daxildir. Dəniz səviyyəsindən 14-79 m hün­dürlükdə yerləşir. Orta illik temperatur 14-14,6°C, aktiv hərarət 4424-4688°C, yağmur 329-359 mm-dir.

3) Şərq yarımzonasına Beyləqan, İmişli rayonları ərazisi və Cəbrayıl, Füzuli rayonlarının aran hissələri daxildir. Dəniz səviyyəsindən 762 m hündürlükdə yerləşir, aktiv hərarət 4438-4454°C, yağmur 302-312 mm-dir.

Bölgədə əsasən şabalıdı, boz-çəmən, çəmən-boz, karbonatlı dağ-qəhvəyi torpaqlar geniş yayılmışdır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

süfrə sortları: Ağ oval kişmiş, Rişbaba, Kardinal, Qara kişmiş, Qara şanı, Təbrizi, Ağ Xəlili, Şamaxı mərəndisi, Ağ şasla, Qara şanı, Çəhrayı tayfı, Ağadayı, Mahmudu, Moldova, Ağ Salyan üzümü, Hüseyni, Qara kişmiş, Çəhrayı kişmiş, Pobeda, İnəkəncəyi, Şəfeyi, Nimrəng, Çəhrayı tayfı, Sultanı, Əsgəri, Muskat ottenel və s.

texniki sortlar: Rkasiteli, Bayanşirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat, Aliqote, Kaberne sovinyon, Mədrəsə, Rislinq, Şirvanşahı, Pino qrupu, Qara lkeni və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü, süfrə, desert və tünd şərablar, şampan şərab materialı və şirə istehsalı

Qarabağın dağlıq bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

 Bu bölgə Kiçik Qafqazın dağlıq və dağətəyi ərazisini əhatə edir. Kəlbəcər, Xankəndi, Ağdərə, Laçın, Xocavənd, Xocalı, Şuşa rayonlarını əhatə edir. İqlimi mülayim istidir. Orta illik temperaturu 10,9-13,1°C-dir, aktiv temperaturun miqdarı 3637-3974°C-dir, illik yağmurun miqdarı 430-560 mm-dir. Kəlbəcərdə 700-900 mm-ə çatır. Bölgənin ərazisi dəniz səviyyəsindən 320-900 m hündürlükdə yerləşir.

Torpaq örtüyü əsasən dağ-çəmən, qəhvəyi dağ-meşə, dağ-boz-qəhvəyi, şabalıdı və çəmən-şabalıdı torpaqlardan ibarətdir.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

Süfrə sortları: Ağ oval kişmiş, Kardinal, Təbrizi, Ağ Xəlili,  Ağ şasla, Çəhrayı tayfı, Ağadayı və s.

Texniki sortlar: Rkasiteli, Bayanşirə, Xindoqnı, Çəhrayı muskat, Ağ muskat, Aliqote, Kaberne Sovinyon, Mədrəsə, Rislinq,  Pino qrupu, Qara lkeni və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü,  süfrə, desert və tünd şərabları, konyak materialı

Muğan-Salyan bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

Bura Sabirabad, Saatlı, Şirvan, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları daxildir. Dəniz səviyyəsindən 12-75 m hündürlükdə yerləşir. İqlimi quru-istidir. Orta illik temperatur 14-14,5°C, aktiv hərarətin miqdarı 4450-4500°C, illik yağmurların miqdarı 283-321 mm arasında dəyişir. Ərazidə boz, boz-çəmən və şabalıdı torpaqlar yayılmışdır. Torpaqların əksər hissəsi duzlu və şorlaşmışdır. Bundan başqa bataqlıq və su altında xeyli torpaq sahəsi vardır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

Süfrə sortları: Ağ şanı, Qara şanı, Təbrizi, Ağ Xəlili, Ağ kişmiş, Çəhrayı tayfı, Hüseyni, Ağ oval kişmiş, Qara kişmiş, Nimrəng, Gəlşən, Ağ pişraz, Salyan sahibisi, Salyan qızıl üzümü, Xalac, Mahmudu, Qara salyan üzümü, Ağ şasla, Kardi­nal və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü,   desert şərab isteh­salı

Abşeron bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

Bura Bakı, Sumqayıt şəhərləri və Abşeron, Xızı rayonları ərazisi daxildir. Dəniz səviy­yəsin­dən 20-28 m hündürlükdə yerləşir. İqlimi quru-sub­tro­pikdir. Havanın orta illik temperaturu 13,5-14,4°C, aktiv tem­peraturun miqdarı 4192-4461°C, orta illik yağmurların miq­darı 202-311 mm-dir. Bölgə xəzərətrafı ərazidə yerləşdiyinə görə havanın orta illik nisbi nəmliyi 70-80% təşkil edir.

Ərazidə əsasən boz-qonur torpaqlar yayılmışdır. Burada həmçinin dağ-çəmən, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, dağ-boz-qəhvəyi, dağ-şabalıdı, qonur və boz torpaqlar vardır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

Süfrə sortları: Azəri, Ağ Hüseyni, Təbrizi, Çəhrayı tayfı, Ağ xəlili, Ağ şanı, Qara şanı, Ala şanı, Şabranı, Qara kişmiş, Ağ oval kişmiş, Madlen Anjevin, Ağ şasla, Ağadayı, Sarıgilə, Azəri, Nimrəng, Sultanı, Çəhrayı kişmiş, Ağ kişmiş, Qırmızı kişmiş, Novrast, Göybəndam, Duxşayi, Abşeron xatınısı, Abşeron gəlinbarmağı, Abşeron keçiəmcəyi, Abşeron qızıl üzümü, Turabi, Ağ pişraz, Qızılı gecyetişən, Gavangir, Hacı Abbas, Xalbasar və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü

Quba-Xaçmaz bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

 

Bu bölgəyəXaçmaz, Quba, Qusar, Dəvəçi, Siyəzən rayonları daxildir. Dəniz səviyyəsindən 30-300 m hündürlükdə yerləşir. Qubanın dağlıq hissəsində dəniz səviyyəsindən 615 m hündürlükdə orta temperatur 10°C, aran yerlərdə 12°C-dir. Şimal küləkləri daha çox daxil olduğundan nisbətən soyuq olur. Aktiv temperaturun miqdarı 3800-4000°C-dir. Yağmurların miqdarı 340-350 mm-dir. Qusar-Quba və Dəvəçinin dağ­ətəyi hissəsi dəniz səviyyəsindən 400-900 m hündürlükdə yerləşir, aktiv hərarət 2700-3700°C, yağmurun miqdarı 500-700 mm-dir. Bölgədə əsasən qəhvəyi dağ-meşə, boz-qəhvəyi, çəmən-boz, şabalıdı, allüvial çəmən və çəmən-meşə torpaqları yayılmışdır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

süfrə sortları: Ağ Xəlili,Ağadayı, Ağ oval kişmiş, Qara kişmiş, Qara şanı, Çəhrayı tayfı,  Hüseyni, Dəvəçi həlimleyisi, Dəvəçi qara üzümü, Qara şabranı,  Çiləyi və s.

texniki sortlar: Rkasiteli, Bayanşirə, Mədrəsə, Çəhrayı muskat, Ağ muskat, Aliqote,  Rislinq, İzabella, Silvaner və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü, süfrə şərabları, şampan və konyak materiallarının istehsalı, üzüm şirəsi

Şəki-Zaqatala təbii-iqtisadi bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətlə

Bura Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ rayonları daxildir. Böyük Qafqazın cənub-qərb hissəsini əhatə edən hündür dağlarla çəpərlənmişdir. Dəniz səviyyəsindən 200-1000 m hündürlükdədir. Alazan dağətəyi düzənliyində iqlim mülayim subtropik tiplidir. Hündürlük artdıqca, iqlim soyuqlaşır. Orta illik temperatur 12,0-12,5°C, aktiv temperaturun miqdarı 3075-4188°C, yağmurların miqdarı 700-1200 mm-ə çatır. Ərazinin qəhvəyi-boz torpaqlarında meyvəçilik, qismən üzümçülük, əsasən heyvandarlıq geniş yer tutur. Bölgədə əsasən qonur-dağ-meşə, çəmən-meşə, çəmən və çimli dağ-çəmən torpaqlar yayılmışdır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

süfrə sortları: Ağ Xəlili, Təbrizi, Ağ oval kişmiş, Qara şanı, Ağ şasla və s.

texniki sortlar: Saperavi, Rkasiteli, Mədrəsə, Bayanşirə, Xindoqnı,  Aliqote,  Rislinq, Pino qrupu, İzabella və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü, süfrə şərabları, şam­pan və kon­yak materialları, həmçinin tünd şə­rablar istehsalı

Lənkəran bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

Bu əraziyə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonları daxildir. Lənkəran, Yardımlı, Cəlilabad yarımzonalara bölünür. Ərazinin iqlimi qışı mülayim- rütubətli, yayı isti-quraq keçən subtropik tipə aiddir. Bölgədə havanın orta aylıq temperaturu +13,5-140C, fəal temperaturun cəmi 3800-45000C, atmosfer çöküntülərinin orta illik miqdarı 1100-1200 mm, şaxtasız keçən günlərin sayı 260-320-dir, dəniz səviyyəsindən 21 m aşağı və 1200 m hündürlükdə yerləşir. Burada sarı, qəhvəyi, çəmən, qonur, şabalıdı, qara torpaqlar və onların yarımtipləri, növləri və növmüxtəliflikləri geniş yayılmışdır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

Süfrə sortları: Ağ şanı, Qara şanı, Ağ Xəlili, Ağ oval kişmiş, Qara kişmiş, Sultanina, Sentenal sidlis, Prima, Moldova və s.

Texniki sortlar: İzabella, Rkasiteli, Bayanşirə, Həmə­şərə, Rislinq, Aliqote, Mədrəsə, Pino qrupu, Terbaş, Ağ və Qara qrenajlar, Kaberne Sovinyon və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü, de­sert, tünd süfrə şərabları, konyak şərab materialı, üzüm şirəsi istehsalı

Naxçıvan bölgəsi

Bölgələr və onların qısa təbii-iqlim xüsusiyyətləri

Bura əsasən Naxçıvan Muxtar Respublikası tabeliyində olan inzibati rayonlar daxildir. Aran, dağətəyi və dağlıq yarımzonalara ayrılır. Dəniz səviyyəsindən 700-1200 m hündürlükdə olub, orta illik temperatur 11,2-13,9°C, aktiv temperaturun miqdarı 3920-4821°C, yağmurların miqdarı 211-444 mm təşkil edir.

Ərazinin dağlıq hissəsində çimli dağ-çəmən, qəhvəyi dağ-meşə və şabalıdı torpaqlar, Arazətrafı düzən hissədə isə boz və şorakətvari boz-qonur torpaqlar yayılmışdır.

Bölgə üçün rayonlaşdırılmış və perspektiv sortlar

süfrə sortları: Ağ oval kişmiş, Qara kişmiş, Qara şanı, Əsgəri, Qırmızı kişmiş, Çəhrayı kişmiş, Arna-qırna, Əmiri, Ağ kürdaş, Ağ aldərə,  Naxçıvan qara şanısı, Huseyni, Naxçıvan qızıl üzümü, Qırmızı səabi, Qırmızı sahibi, Şəfeyi, Təbərzə, Mərməri kişmiş,  Şa­han­gir, Daş kişmiş, Qara Xəlili, Qara kürdaş, Qara haçabaş, Naxçıvan səabisi və s.

texniki sortlar: Mələyi, Nəqşəbi, Misqalı, Danaburnu, Ağ muskat, Çəhrayı muskat, Bayanşirə, Rkasiteli, Terbaş və s.

Üzümçülüyün istiqaməti və alınan məhsulun növü

Süfrə üzümü, kiş­miş və mövüc, süfrə, desert və tünd şərablar, konyak, brendi, araq və s. tünd içkilər istehsalı

Comments are closed