Metodik Şura təcrübələrin qoyulması və gedişinə baxış keçirmişdir

1İnstitutun Metodik Şurasının üzvləri tərəfindən 21 avqust 2019-cu il tarixdə «Üzümün emalı və şərabın texnologiyası» şöbəsinin apardığı elmi-tədqiqat işləri, təcrübələrin qoyulması və gedişinə baxış keçirilmişdir.
Əsas məqsəd süfrə, desert və tünd şərabların hazırlanması üçün texniki yetişkənliyin təyini və məhsul yığımı vaxtının düzgün proqnozlaşdırılmasını təmin etməkdir.
Mütəxəssislər tərəfindən üzüm giləsində şəkərlilik refraktometrik üsulla – yəni tarla refraktometrinin şkala göstəricilərinə görə, turşuluq isə laboratoriya şəraitində təyin edilmişdir.
Qeyd olunmuşdur ki, müxtəlif şərab növlərinin hazırlanması məqsədilə optimal yığım müddətinin təyin edilməsi üçün gilələrin yetişməyə başlamasından məhsul yığımına qədər (20 iyun-10 oktyabr) hər 5-10 gündən bir dövrü olaraq götürülmüş nümunənin analizi əsasında üzüm gilələrinin yetişməsi dövründə gilələrdəki şəkərliliyin və turşuluğun miqdarı müəyyən edilərək müşahidə dəftərlərinə qeyd edilməlidir.
Qeyd edək ki, institutun strukturuna daxil olan şöbə və laboratoriyaların, tabeliyindəki qurumların, eyni zamanda doktorant və dissertantların elmi-tədqiqat işlərinin prioritet istiqamətlər üzrə aparılması, təcrübələrin qoyulması, gedişi, nəticələrin təsərrüfatlarda tətbiqi və nəşr işlərinin hazırlanmasına nəzarətin gücləndirilməsi məqsədilə metodik şura yaradılıb.

69294265_807270793022533_1504429200138829824_o

Comments are closed