Şamaxıda üzümçülüyə dair elmi-praktik təlim keçiriləcək

68757174_805836449832634_2493273462160752640_nKənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Sizi “Üzüm bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda keçiriləcək təlimə dəvət edir.

Təlim 23 avqust 2019-cu il tarixdə saat 11:00-da Şamaxı DAİM-də və daha sonra tarla şəraitində keçiriləcəkdir.

Tədbir çərçivəsində institut alimləri tərəfindən müasir tələblərə uyğun hazırlanmış “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” adlı kitabın üzümçü fermer və sahibkarlar üçün təqdimatı və yeni nəşrlərin istehsalçılara paylanması nəzərdə tutulur.

Təlimçi:
Vüqar Səlimov
aqrar elmlər üzrə elmlər doktoru
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Əlaqə: tel: 012 343-13-31; fax: 012 343-16-30

Comments are closed