İnstitutun laboratoriyasının fəaliyyəti təkmilləşdirilir

78421kurdemiruzum1Şərab məhsullarının beynəlxalq standartlara uyğun müayinəsi və elmi-tədqiqat işlərinin müasir tələblər səviyyəsində aparılması üçün institutun laboratoriyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb.
Fiziki-kimyəvi laboratoriyanın genişləndirilməsi və şəraitinin daha da yaxşılaşdırılması üçün hazırda müvafiq şirkətlərlə danışıqlar aparılır. Laboratoriyanın sahib olduğu maddi-texniki bazanın daha da zənginləşdirilməsi, beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və yaxın gələcək üçün akkreditasiyadan keçirilməsi nəzərdə tutulur.


Bunun üçün laboratoriyanın əməkdaşları bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə təlim və seminarlarda iştirak edirlər.


Əsas məqsəd elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması, beynəlxalq tələblərə cavab verən şərab məhsullarının istehsalı və dünya bazarına çıxışına yardım etməkdir.

 

71050174_831279330621679_8761113120627228672_o

Comments are closed