Azərbaycan və Türkiyə üzümçülük sahəsində əməkdaşlıq əlaqələri qurur

75412188_864695877280024_7075375505335123968_oKənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov, direktor müavini Rasim Yusubov, şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Azər Şükürov və texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynovdan ibarət heyət 21-22 oktyabr 2019-cu il tarixlərində Türkiyədə səfərdə olublar. Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunun dəvəti ilə baş tutan səfərin əsas məqsədi, qardaş ölkədə üzümçülüklə bağlı elmi tədqiqatların planlaşdırılması, aparılması və nəticələrin tətbiqi sahəsində təcrübəni yaxından öyrənmək, Türkiyənin üzümçülüyün öndə gələn bölgələrindən Tekirdağ vilayətində yerləşən Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunda həyata keçirilən tədqiqatlarla tanış olmaqdır.
Nümayəndə heyəti səfər proqramına əsasən oktyabrın 21-də Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunun müdiri Dr Cengiz Özer, müdir müavini Gürkan Güvenç Avcı, texniki personal və institutun digər əməkdaşları ilə bir sıra görüşlər keçirərək üzümçülük sahəsində görülən işləri müzakirə edib, institutun kolleksiya və təcrübə bağları, elmi-tədqiqat laboratoriyaları ilə və orada aparılan elmi işlərlə yerində tanış olublar, həmçinin əldə edilən nəticələr və təcrübələrlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Cemal Barış Toplantı Salonunda ölkə üzümçülüyü və institutda aparılan tədqiqatlarla bağlı tanıdıcı, məlumatlandırıcı təqdimatlar edildi.
C.Özer rəhbərlik etdiyi elm ocağının inkişaf tarixindən, qazandığı nailiyyətlərdən danışaraq, gələcək əməkdaşlığın perspektivlərinə toxunub. O, Azərbaycanda üzümçülük sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərlə əlaqələrin təşkilində maraqlı olduqlarını deyib, bu istiqamətdə dəstək göstərməyə hazır olduğunu bildirib.
Sonra Vüqar Səlimov çıxış edərək, rəhbərlik etdiyi qurum haqqında məlumat verib. O, əsası 1976-cı ildə qoyulan institutda elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. V.Səlimov iki qardaş ölkənin üzümçülük sahəsində fəaliyyət göstərən elmi müəssisələri arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı. O bildirdi ki, yaxın gələcəkdə iki qurumun ortaq elmi fəaliyyətlər yürütməsi, fundamental və tətbiq yönümlü, elmi-texnoloji araşdırma və proyektlər həyata keçirilməsi, əldə olunan elmi və texnoloji nailiyyətlərin tətbiqi və qarşılıqlı istifadə olunması, yüksək ixtisaslı tədqiqatçılar yetişdirilməsi, qarşılıqlı bilik və informasiya mübadiləsinin genişləndirilməsi işlərinə impuls verilməsi hədəflənir.
Sonra institutda həyata keçirilən layihə əraziləri və istehsal müəssisələri gəzilərək, aparılan araşdırmalarla bağlı ixtisaslı mütəxəssislər tərəfindən ətraflı məlumatlar verildi.
Səfər çərçivəsində iki institut arasındakı gələcək elmi əməkdaşlığın istiqamətləri müəyyən edilib, Azərbaycan və Türkiyə arasındakı dostcasına əlaqələrin üzümçülük sahəsində də qurulmasının zəruriliyi həssaslıqla vurğulanmışdır. Görüş çərçivəsində Dr C.Özer bildirib ki, müasir elmin çağırışları əsasında üzümçülük və şərabçılıq sahəsində innovativ texnologiyaların tətbiqi və digər məsələlərlə bağlı iki qurumun potensialını birləşdirərək qarşılıqlı elmi araşdırma işlərinin gerçəkləşdirilməsi məqsədəuyğundur.
Qeyd edildi ki, Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutu virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturalarının in vitro çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlə davamlılığının laborator şəraitdə tədqiqi və s. sahəsində mühüm elmi nəticələrə, kadr potensialına, laboratoriyaya malikdir ki, bundan da Üzümçülük və Şərabçılıq ET İnstitutu birgə layihələr nəticəsinə yararlana bilər.
Sonra qarşılıqlı olaraq kitab, kataloq, xatirə hədiyyələri, eyni zamanda Azərbaycandan hədiyyə olaraq aparılmış şərablar təqdim edilib, xatirə şəkli çəkilib.
Səfər proqramı “Trakya üzüm bağı marşrutu” üzərindəki bəzi müəssisələrin ziyarəti ilə sona çatmışdır.


70307613_864696047280007_9017441531971239936_o 70384042_864696233946655_155346274151825408_o 71656854_864695983946680_1345257982732009472_o

73121345_864038447345767_2581417370874544128_o 73121350_864037874012491_3537541339379924992_o 73245042_864037750679170_8526586251040522240_o 73258409_864037470679198_6644717983513968640_o 73299056_864695770613368_7131337168265412608_o
73390824_864696163946662_2940801916168306688_o

73504645_864696090613336_3329189611107778560_o

74269996_864696243946654_8017888550680788992_o

74327603_864696260613319_9093074080692699136_o

74582179_864695817280030_255475207500726272_o


74582436_864695797280032_3184050605907771392_o 74587604_864695847280027_3500877527151280128_o 74596685_864696017280010_2629195695176810496_o
75204591_864695933946685_3933575845632802816_o
75262111_864695957280016_3936477396688961536_o 75289395_864696157279996_8801051403037442048_o
75412188_864695877280024_7075375505335123968_o (1)

75474198_864696117280000_3153368759704485888_o
73495135_864037687345843_168401892399906816_o-300x20073515786_864037594012519_1536772936692662272_o-300x20074351262_864037824012496_2798211570331549696_o-300x20074849926_864038677345744_7608230232071340032_o-300x20075204597_864038410679104_8969541930677436416_o-300x20075226435_864038617345750_7686714295479959552_o-300x20075231822_864036957345916_7513899586176417792_o-300x20075241159_864038220679123_7245792325807374336_o-300x20075241268_864038394012439_8042117547824250880_o-300x20075242241_864037907345821_2770577729274249216_o-300x20075308014_864038034012475_8265948462785232896_o-300x20075398169_864036974012581_1976530600860844032_o-300x20075398323_864037550679190_7829738278394789888_o-300x20075412188_864695877280024_7075375505335123968_o-2-300x20075424520_864038050679140_5391432589372293120_o-300x200Рисунок1-300x200Рисунок2-300x200Рисунок3-300x200Рисунок4-300x200Рисунок5-300x200Рисунок6-300x200Рисунок7-300x200Рисунок8-300x200Рисунок9-300x200Рисунок10-300x200Рисунок11-300x200Рисунок12-300x200Рисунок13-300x200Рисунок14-300x20076634285_864037660679179_2048984573135552512_o

Comments are closed