Azərbaycanda səfərdə olan Türkiyənin TAGEM nümayəndə heyəti ÜŞETİ-də olub

71372039_839228556493423_3038082796573687808_oAzərbaycanda səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Tədqiqatları və Siyasəti Baş İdarəsinin (TAGEM) nümayəndə heyəti ÜŞETİ-də olub.
Səfər çərçivəsində nümayəndə heyətinə daxil olan Türkiyəli alimlər İhsan Emiralioğlu, Dr. Abdullah Çil, Koray Şimşek, Sedat Süllü, Dr. İbrahim Cerit ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda görüş keçirilib.
ÜŞETİ-nin direktoru, a.e.d. Vüqar Səlimov qonaqlara institut haqqında ətraflı məlumat verib.
İnstitutun beynəlxalq elmi əlaqələrinin uğurla irəlilədiyini bildirən direktor, dünyanın aparıcı elmi müəssisələri ilə əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlərdən söz açıb. Qonaqları səmimi şəkildə qarşılayan institut rəhbəri bu cür addımların iki qardaş ölkənin elmi əməkdaşlığının daha da genişlənməsinə yüksək səviyyədə xidmət edəcəyini bildirib.
Nümayəndə heyətinin rəhbəri İhsan Emiralioğlu “səmimi qəbul üçün minnətdarlığını bildirərək, qardaş Azərbaycanı daha yaxından tanımaqdan və müvafiq sahələr üzrə elmi əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyuram”- deyib. O, təmsil etdikləri qurumun elmi müəssisələri barədə ətraflı məlumat verib. ÜŞETİ-də olmaqdan məmnunluqlarını ifadə edən qonaqlar, bu sahədə Türkiyə elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin vacib olduğunu nəzərə çatdırıblar.
Görüşdə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə edilib.
Qonaqlar, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılmış Azərbaycan şərablarının kolleksiyası və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya ilə tanış olublar.

71372039_839228556493423_3038082796573687808_o 71880876_845049639244648_2019835274342694912_n 71918887_845050002577945_7286602349139722240_n 71933544_845049212578024_1095299424499793920_n 71953335_845049912577954_7807809262008139776_n 71963370_845050072577938_7138096647925399552_n 72035420_845049882577957_2917052340454293504_n 72069220_845049652577980_6845444332359516160_n 72077786_845049709244641_1606629514610212864_n 72088089_845049385911340_5651922287155216384_n 72145824_845049732577972_859633400737169408_n 72169609_845050269244585_2319344861678927872_n 72169976_845049315911347_1945973811220316160_n 72186916_845049462577999_6798233184258490368_n 72244044_845050105911268_7274153987727687680_n 72350363_845049549244657_7366459848600322048_n 72428663_845049789244633_6784023040146538496_n 72562635_845050029244609_2404341332458864640_n 72571752_845049215911357_5073935511496687616_n 72729550_845065102576435_4876646515172442112_n 72782324_845050302577915_3343351071765430272_n 72805335_845049829244629_8873313123986046976_n 72986085_845049409244671_3340368771029139456_n 72991500_845050172577928_1104714516798636032_n 73034660_845049555911323_5368259810586263552_n 73105062_845050195911259_5809498461082484736_n

Comments are closed