“Şirvan şərabları” MMC-nin əməkdaşları ilə ÜŞETİ-də görüş keçirilib

71395049_839226926493586_4049675486022860800_o“Şirvan şərabları” MMC-nin əməkdaşları 03 oktyabr 2019-cu ildə Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda oldular.
Fransız texnoloq Jan Montane bildirdi ki, instituta gəlişinin əsas məqsədi təmsil etdiyi “Şirvan şərabları” MMC-nin üzüm bağlarında yetişdirilən Azərbaycanın texniki üzüm sortlarının, o cümlədən, Bayanşirə, Mədrəsə, Xindoqnı, Şirvanşahı, Arna-qrnanın yerli torpaq-iqlim şəraitində inkişaf qanunauyğunluqlarını, onların səciyyəvi əlamətlərini, becərilmə texnologiyalarındakı xarakterik xüsusiyyətlərini, biokimyəvi və texnoloji potensiallarını institut əməkdaşları ilə birgə müzakirə etməkdir. O qeyd etdi ki, orqanik bioşərab istehsalı məqsədilə yaradılan Şamaxı rayonu Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində Azərbaycan, gürcü və fransız sortlarından ibarət bağlar salınaraq, müasir texnologiya ilə inşa edilmiş şərab zavodunda “Meysəri” markası ilə müxtəlif adda şərablar istehsal olunur.
Görüş zamanı ölkəmizdə şərabçılıq məhsullarının istehsalındakı ənənəvi və müasir istiqamətlər müzakirə edilmiş, vaxtilə respublikamızda istehsal olunmuş şərab növləri, o cümlədən, şirin desert şərabların istehsal xüsusiyyətləri haqqında fikir mübadiləsi aparılmışdır.
Sonra institutda yerli üzüm sortlarından Mədrəsə, Bayanşirə, Xindoqnı, Həməşərə, Ağ şireyi və Şirvanşahıdan, xarici üzüm sortlarından isə Merlot, Qara qrenaj, Kaberne sovinyondan hazırlanmış süfrə və desert şərabları müqayisəli üsulla dequstasiya edilmiş, fikir mübadiləsi və müzakirələr aparılmışdır. Fransız texnoloq Jan Montane Azərbaycanın yerli texniki üzüm sortlarından alınan şərabların bənzərsiz, özünəməxsus dad keyfiyyətlərinin olduğunu vurğuladı.
Görüşdə “Şirvan şərabları” MMC-nin üzüm bağlarının səmərəli üsullarla becərilməsi və onlardan alınan şərabların hazırlanma prosesində institut alimlərinin potensialından istifadə imkanları və digər sahələrdə qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks etdirən əməkdaşlıq müqavilələrinin bağlanması və birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğu diqqətə çatdırıldı.
Sonda qonaqlar, institutda yaradılmış Azərbaycan şərablarının kolleksiyası və müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada alimlərin fəaliyyəti üçün yaradılan şəraitlə tanış olublar.

71332946_839227339826878_8438339396255612928_o 71372039_839228556493423_3038082796573687808_o 71395049_839226926493586_4049675486022860800_o 71562258_839227879826824_1804804330759389184_o 71659401_839227749826837_5567601878587408384_o 71752590_839228729826739_8534901342085316608_o 71891549_839228003160145_1956297847448010752_o 72110170_839227916493487_4218357418880401408_o 72111675_839228829826729_1223159578699497472_o 72133529_839228103160135_9206274085582012416_o 72166795_839228083160137_7484501445568364544_o 72202486_839227199826892_8519271818656219136_o 72286906_839227869826825_4378572223145836544_o 72303271_839228313160114_2546753351253491712_o 72485955_839228499826762_7325828178079907840_o 72641035_839228633160082_3655299292412772352_o 72734893_839228279826784_4346127928522702848_o

Comments are closed