Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında milli brendlərin istehsalının gücləndirilməsi və xammal bazasının yaradılması məqsədilə yerli üzüm sortlarının bərpası və artırılması, tingçiliyinin təşkili işləri davam etdirilir.
Bu məqsədlə Təcrübə Təsərrüfatının tinglik ərazisinin hamarlanması işi başa çatdırıldıqdan sonra, müvafiq qaydada şummlama işləri aparılmışdır.