Türkiyə Respublikasına səfərin nəticələri müzakirə edilib

nXkeQ1YYlopffSLIoYPW1UqWjs7LtnPZ5u6y3Q3iKTN Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları qardaş ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunda olublar.

KTN Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının Türkiyə səfərinin nəticələri ilə bağlı təqdimat keçirilib. Hesabatı institutun direktoru Vüqar Səlimov təqdim edib. Təqdimatlarda Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunun kolleksiya və təcrübə bağları, elmi-tədqiqat laboratoriyaları və orada aparılan elmi işlər, həmçinin əldə edilən nəticələr və təcrübələr haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Vüqar Səlimov səfər çərçivəsində KTN Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutu arasındakı gələcək elmi əməkdaşlığın istiqamətləri haqqında məlumat verib. Bildirib ki, səfərin əsas məqsədi qardaş ölkədə üzümçülüklə bağlı elmi tədqiqatların planlaşdırılması, aparılması və nəticələrin tətbiqi sahəsində təcrübənin yaxından öyrənilməsi, müasir elmin çağırışları əsasında üzümçülük və şərabçılıq sahəsində innovativ texnologiyaların tətbiqi və digər məsələlərlə bağlı iki qurumun potensialını birləşdirərək qarşılıqlı elmi araşdırma işlərinin gerçəkləşdirilməsidir. Qeyd edib ki, Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutu virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturalarının in vitro çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlə davamlılığının laborator şəraitdə tədqiqi və s. sahəsində mühüm elmi nəticələrə, kadr potensialına, laboratoriyaya malikdir ki, bütün bunlardan Üzümçülük və Şərabçılıq ET İnstitutunun birgə layihələr nəticəsinə yararlanması məqsədilə razılaşma əldə olunub.

Tədbirdə Tekirdağ Üzümçülük Elmi-Tədqiqat İnstitutunun tarixi, strukturu, iş rejimi, çap etdikləri əsərlər və s. haqqında məlumat verilib. Qeyd olunub ki, adıçəkilən təşkilatların hər birinə ölkə üzümçülüyü və institutlarda aparılan tədqiqatlarla bağlı tanıdıcı, məlumatlandırıcı təqdimatlar edilmiş, qarşılıqlı olaraq üzümçülük və şərabçılığa dair nəfis tərtibatlı kitablar, kataloq, eyni zamanda Azərbaycandan aparılmış şərablar və xatirə hədiyyələri təqdim olunub.

Təqdimatın sonunda səfərin nəticələri ilə bağlı müzakirə aparılıb, təkliflər irəli sürülüb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

74588260_865740303842248_6153987741966139392_n 75543693_865734537176158_4911610181776834560_n nXkeQ1YYlopffSLIoYPW1UqWjs7LtnPZ5u6y3Q3i

Comments are closed