Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda HİK-in iclası keçirilib

72562070_848215042261441_5267119558468042752_n16 oktyabr 2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu (ÜŞETİ) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat seçki yığıncağı keçirildi.
KTN Aqrar Elm və İnnovasiya Mərkəzinin HİK-nin sədri Talıb Hüseynovun da iştirak etdiyi iclasda ÜŞETİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov hesabat xarakterli çıxış edib. O, görülən işlərdən və institutda əməkdaşlara göstərilən köməklikdən bəhs edib. Hesabat məruzəsində fəaliyyət göstərdiyi dövrlər ərzində qurumun fəaliyyətinə məsuliyyətlə yanaşmış əməkdaşların əmək və əməklə bağlı digər sosial hüquqlarının müdafiə olunması sahəsində əməli işlər gördüyünü vurğuladı. İnstitutda əməkdaşlar üçün yaradılan şəraitdən danışan V.Səlimov, hesabat ili ərzində dəfələrlə müxtəlif rayonlara gəzinti ekskursiya səfərlərinin təşkil edildiyini vurğulayıb. Daha sonra sədr müvafiq təşkilatlar qarşısında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması, mənzil və s. problemlərinin həll olunması istiqamətində təkliflə çıxış edilməsinin vacibliyini bildirdi.
HİK İdarə Heyətinin üzvləri və şöbə müdirləri hesabata münasibət bildirərək, təklif və fikirlərini bölüşüblər. İclas institutun əməkdaşlarının çıxışları ilə davam edib. Çıxış edənlər HİK-in fəaliyyətindən razı olduqlarını bildiriblər.
KTN Aqrar Elm və İnnovasiya Mərkəzinin HİK-nin sədri Talıb Hüseynov institutun HİK-nin fəaliyyətindən məmnun qaldığını bildirib. Talıb Hüseynov, institutun direktoru təyin olunması münasibətilə Vüqar Səlimovu təbrik edərək, ona yeni vəzifəsində uğurlar arzu edib.
Sonra təşkilati məsələlərə baxılıb. İclasda açıq səsvermə yolu ilə HİK-ə yeni büro üzvləri, Nəzarət Təftiş Komissiyasına 3 nəfərdən ibarət üzv və KTN-nin Aqrar Elm və İnnovasiya Mərkəzinin Birləşmiş Həmkarlar İttifaqları Komitəsinin yığıncağına 1 nəfər nümayəndə seçilib.
Daha sonra Komitənin sədri vəzifəsinə seçkilər keçirilib. İnstitut HİK-nə sədr vəzifəsinə texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov seçilib.


72420997_848215348928077_3632200142251098112_n 72452012_848215368928075_2602796184770707456_n72565029_848215148928097_1598600137674850304_n72886934_848215072261438_2760099121468538880_n
72392615_848215545594724_6851913382035980288_n72686989_848215655594713_6670856566066905088_n73388557_848215468928065_345008220307193856_n
73523529_848215578928054_1479771749942820864_n

Comments are closed