HÜQUQ , KADR VƏ KARGÜZARLIĞIN TƏŞKİLİ ŞÖBƏSİ

HÜQUQ , KADR VƏ KARGÜZARLIĞIN TƏŞKİLİ ŞÖBƏSİ

         Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisədə işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, işçilərə məzuniyyətin verilməsi, əmrlərin yazılması və s. işləri yerinə yetirir. Müəssisədə  kadrlara olan tələbat haqqında lazımi yerlərə məlumat verir. İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlayır, attestasiya komissiyasının işində bilavasitə iştirak edir. İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir, tabel uçotunu aparır. İşçilərin şəxsi işlərinin hazırlanması və aparılması, əmək fəaliyyətilə bağlı dəyişikliklər edir. Pensiya sığortasına dair müvafiq sənədləri hazırlayır və onları sosial təminat orqanlarına təqdim edir. Kadrlar üzrə hesabatları hazırlayıb tələb olunan yerə vaxtında təqdim edir. Aylıq statistika blanklarını tərtib edir. Təşkilatı üzrə kadrların hərəkətinin təhlili və ümumiləşdirilməsi üzrə işləri yerinə yetirir. İşçilərin əmək fəaliyyətlərinə  dair arayışları və xasiyyətnamələri hazırlayır. Ezamiyyətləri rəsmiləşdirir  və siyahıya alır. İşçilərin hərbi mükəlləfiyyətlilərin və çağırışçıların hərbi qeydiyyatını aparır.İcrası tələb olunan tapşırıqları həyata keçirir.

Comments are closed