AMPELOQRAFİYA, SELEKSİYA VƏ TİNGLİK ŞÖBƏSİ

Ampeloqrafiya, seleksiya və tinglik şöbəsi institutun tematik mövzu planına uyğun olaraq Respublikada üzüm bitkisi genofondunun öyrənilməsi, genetik ehtiyatlarının toplanılması, qiymətləndirilməsi, qorunması, perspektiv sort və formaların seçilməsi və seleksiyada istifadəsi istiqamətində tədqiqat işi aparır.

Üzüm sortlarının genefondunun aşkar edilib toplanması, kolleksiyaların genişləndirilməsi, etibarlı qorunması, kompleks əlamətlərə görə qiymətləndirilməsi,  perspektiv nümunələrin seçilməsi və təsərrüfatlara tövsiyə olunması; qiymətli növ, sort və formalardan seleksiyada başlanğıc material kimi davamlı istifadə olunaraq perspektiv, biotik və abiotik stress amillərinə davamlı, müasir əkinçiliyin tələblərinə cavab verən yeni üzüm sortlaının yaradılması, mövcud sortların yerli şəraitə uyğunlaşdırılması və klon seleksiyası yolu ilə yaxşılaşdırılması, qiymətli sort və formaların yüksək göstəricilərinə fermer üzümçülük təsərrüfatlarında geniş tətbiqi, həmçinin respublikada fitosanitar baxımdan və bioloji təmiz fillokseraya qarşı davamlı tinglərin yetişdirilməsi; üzüm sortlarının calaqaltı və calaqüstü kombinasiyalarının affinitet xüsusiyyətlərinin öyrənilməsi, calaqaltıların və calaq elementlərinin bir-biri ilə uyğunlaşması problemlərinin öyrənilməsi tədqiqatların məqsədinə daxildir.

Tədqiqatlar Abşeron şəraitində salınmış Ampeloqrafik kolleksiya bağında yetişdirilən müxtəlif üzüm növ, sort və formalarının üzərində və müxtəlif üzümçülk bölgələrində təşkil edilən elmi ekspedisiyalar nəticəsində əldə edilən nümunələr üzərində həyata keçirilir.

Tədqiqat işinin məqsədinə uyğun olaraq hər il müntəzəm olaraq kolleksiya bağında becərilən yerli və introduksiya olunmuş üzüm sortları fenoloji, morfoloji, bioloji, texnoloji cəhətdən qiymətləndirilərək, perspektiv və donor genotiplər müəyyənləşdirilərək təsərrüfatlara və seleksiya işlərində istifadə üçün  tövsiyə olunur. Aparılan tədqiqatlar nəticəsində bir neçə perspektiv yerli və introdukisya olunmuş üzüm sortunun  (Zeynəbi, Təbrizi, Hüseyni, Çəhrayı kişmiş, Qırmızı hüseyni, Ağ gavra, Alıxanlı keçiməməsi, Gözəl üzüm, Qaragöz, Mahmudu, Ağ salyan üzümü, Novrast,  Moldova, Prima, İtaliya muskatı, Üzümlüklərin kraliçası, Doyna və s.) Abşeron ekoloji şəraitində böyümə və inkişaf, məhsuldarlıq, keyfiyyət, fitosanitar xüsusiyyətləri öyrənilmiş və perspektiv olduqları müəyyən edilmişdir. Həmin sortların müsbət fenoloji, yüksək inkişaf, davamlılıq, kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınaraq fermer təsərrüfatlarında geniş əkilib-becərilməsi məqsədəuyğun hesab edilmişdir.

Şöbədə aparılan tədqiqat istiqamətlərindən biri də üzümülüklərdə qədimdən becərilən bir sıra səbəblərdən irsi xüsusiyyətləri pisləşmiş, populyasiyası mənfi və müsbət xarakterli genotiplərin qarışığından ibarət olan qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarının irsi cəhətdən yaxşılaşdırılması, onların valideyn sortlardan məhsuldarlıq, keyfiyyət və davamlılıq və s. xüsusiyyətlərinə görə seçilən qiymətli klon formalarının seçilməsidir. Tədqiqatlar nəticəsində onlarla üzüm sortunun (Bayanşirə, Təbrizi, Mədrəsə, Xindoqnı, Şamaxı mərəndisi, Ağ oval kişmiş, Çəhrayı kişmiş, Ağ şanı, Qara şanı, Sarıgilə, Novrast, Çəhrayı səabi, Hüseyni, Ağadayı, Hamburq muskatı, Çəhrayı tayfı, Rişbaba, Üzümlüklərin kraliçası və s.) yüksəkməhsuldar və keyfiyyətli müfafiq klonları (30-a yaxın) seçilərək, artırılmış və əkin materialı təsərrüfatlara tövsiyə olunmuşdur.

Üzümçülüyün sürətli inkişafı ilə əlqadar fillokseraya davamlı üzüm tinglərinə tələbat artmışdır. Ona görə də şöbə rayonlaşdırılmış yerli və introduksiya olunmuş üzüm sortlarının yerli şəraitə uyğun Amerika çalaqaltı növləri ilə affinitet xüsusiyyətləri tədqiq edilərək, hər bir sort üçün müvafiq calaqaltı sortların seçilməsi məqsədilə eksperimentlər aparılır və müxtəlif qiymətli sortlardan hər il 5000-nə qədər calaq-ting olunaraq, institutun tinglik sahəsində əkilib-becərilir.

Tədqiqat illərində yabanı üzümün oidima davamlı forması ilə müxtəlif davamlılığa, kəmiyyət və keyfiyyət göstəricilərinə malik olan  üzüm sortlarının (Ağ şanı, Ağ Dərbəndi, Gəncə qızılı üzümü, Novrast, Səfeyi, Abşeron keçiməməsi, Qara üzüm, Qırmızı üzüm, Qara şanı sortları və Ağ şanı x Çəhrayı Tayfı hibrid forması) hibridləşdirilməsi həyata keçirilmiş və 10 kombinasiya üzrə yüzlərlə hibrid toxmacarlar əldə olunmuşdur. Hibrid  nəsildə əlamətlərin nəslə keçmə, heterozis və dominantlıq xüsusiyyətlərinin, həmçinin hibrid bitkilərin morfoloji, bioloji və immunoloji qiymətləndirilməsi nəticəsində qiymətli genotiplər seçilmiş və seleksiyası davam etdirlmişdir. Bunun nəticəsində 10 hibrid kombinasiya üzrə 27 hibrid forma müəyyən edilərək perspektivliyi qiymətləndirilmişdir.

Tədqiqatlar zamanı müxtəlif mənşəyə malik olan üzüm sortlarının hibridləşməsi nəticəsində əldə edilən hibrid populyasiyadan 40-a yaxın hibrid forması əldə olunmuş, onlardan birinin (Qarabulağı sortu- Ağ şanı x Təbrizi hibridi) seleksiya və qiymətləndirilməsi başa çatdırılaraq Sort sınağına təqdim olunmuşdur. Daha 12 hibrid formasının (Ağ şanı x Çəhrayı tayfı, Ağ şanı x Qara şanı, Ağ şanı x Ağ xəlili, Ağ şanı x Təbrizi və s. hibridləri) qiymətləndirilməsi başa çatdırılmışdır ki, onların da mərhələlərlə Sort sınağına təqdim olunması nəzərdə tutulur.

Bununla yanaşı qiymətli üzüm sortlarının qorunub saxlanılması və davamlı istifadəsi məqsədilə qiymətli nadir üzüm sortlarının aşkar olunub kolleksiyaya daxil edilməsi istiqamətində tədqiqat işləri həyata keçirilir. Belə ki, bir neçə il ərzində respublikanın müxtəlif bölgələrində yayılmış 60-a yaxın ənənəvi üzüm sortu (ikicinsli ağ şanı, Əlvan üzüm, Qaragöz, Büllur üzüm, İrisalxım, Kəhraba, Xan üzüm, Xurmayi, Nadir qulu, Hacı Abbas, Sürməyi, Mərəndil, Şabranı, Göybəndam qara şanı, Nardaran Dərbəndisi, Ağ dərbəndi, Ağdam qara keçiməməsi, Gavangir, Qırmızı səabi, Dənəvər üzüm və s.) aşkar olunaraq, ampelorqrafik təsvir olunmuş və kolleksiyaya daxil edilmişdir.

Qiymətli nadir üzüm sortlarının etibarlı qorunub saxlanılması və səmərəli istifadəsi məqsədilə aşkar olunan ənənəvi üzüm sortlarının dublikatları Mərkəzi Milli Banka (AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun nəzdində) təqdim olunmuş və orada kollesiyada əkilib becərilir.

Respublika ərzisində yabanı üzüm formaları çox geniş sahələrdə və demək olar ki, bütün bölgələrdə təbii halda  yayılmışdır. Onun genetik ehtiyatlarını  tədqiq etmək məqsədilə  2007-ci ildən başlayaraq Qəbələ, Şəki, Lənkəran, Füzuli, Quba, Xaçmaz rayonlarının ərazilərində axtarışlar aparılmışdır. Axtarışlar zamanı aşkar edilmiş yabanı üzüm nümunələrinin yayılma areallarının koordinatları GPS vasitəsilə təyin edilmiş, şəkilləri rəqəmsal fotoaparatla çəkilmiş, bəzi ampeloqrafik göstəriciləri və  fitosenetik xüsusiyyətləri təsvir edilmişdir. Ekspedisiya nəticəsində əldə edilmiş  bəzi materiallar haqqında  qısa məlumat aşağıdakı kimidir. Aparılan tədqiqat işlərinin nəticəsində məlum oldu ki, respublika ərazisində yabanı üzümün müxtəlif populyasiyaları əsasən iki fоrmasiyada – tuqay və tipik enliyarpaq meşələrdə yayılmışdır.  Şəki rayonunda Küngüt çayının (Oraban kəndi), Quba rayonunda Quruçay, Qusarçay, Qudyalçay çaylarının (Uzunmeşə, Alpan, Xucbala, Digah, Ağbil, Susay Qışlaq, Dəlləkli kəndlərində) sahillərində yabanı üzüm tənəkləri əsasən çayqırağı tuqay meşələrində sıx və geniş yayılmışdır . Yabanı üzümün  tipik meşə formasiyası isə Xaçmaz rayonunun Ağarəhimoba, Gödəkli, Qımılqışlaq, Qadaşoba, Nərəcan və s. kəndlərinin və onların yaxınlığında olan meşə ərazilərində (1 saylı meşə, Pir meşə), Qəbələ (Şonqar bulağı) və Lənkəran rayonlarında (Seliqavul meşəsində) aşkar olunmuşdur. Qeyd olunan ərazilərdə yabanı üzümün tənəklərindən çubuqlar tədarük olunmuş və kolleksiyaya daxil edilmişdir. Bəzi yabanı üzüm nümunələrindən isə toxum materialı götürülmüşdür.

2013-cü ilin oktyabr ayında COST təşkilatının layihəsi çərçivəsində Sevilya Universitetinin (İspaniya) Entomologiya laboratoriyasının prosfessoru Rafael Ocete Rubio və Gürcüstan ET MÜ və Şİ-nun əməkdaşı David Maqradze elmi ekspedisiyaya gəlmiş və şöbənin əməkdaşları ilə birilikdə yabanı üzümün vətənlərindən olan respublikamızın Quba-Xaçmaz bölgəsinə tədqiqatlar aparılmışdır. Təd­qiqatın məqsədi respublikamızda yayılan yabanı üzüm genotiplərin əlamətlərində poliforizmin səviyyəsi, onların fitosanitar vəziyyəti və gilələrinin biokimyəvi göstəricilərinin tədqiqi olmuş­dur. Bu məqsədlə Quba-Xaçmaz bölgəsində yayılmış üzüm sortlarının müxtəlif populyasiyalarından eksperiment üçün müvafiq nümunələr götürülmüşdür. Əldə olunan nəticələr əsasında Azərbaycanın yabanı üzümlərinin fitosanitar və polimorfizm xüsusiyyətlərinə həsr edilmiş ingilis dilində məqalə hazırlanmış və Almaniyanın “Vitis” jurnalında nəşr edilmişdir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın 46 yerli sortu malekulyar-genetik xüsusiyytələrinin öyrənilməsi məqsədilə İtaliyanın Milan Universitetinin “özək  kolleksiyasına” təqdim edilmişdir. İlk dəfə olaraq Azərbaycanın 42 yerli üzüm sortunun mikrosatellit (10 SSR markerlər:VrZag62; VrZag79; VVMD5; VVMD7; VVMD27; VVMD28; VVMD21; VVMD24; VVMD25; VVS2)  praymeri əsasında  müxtəlif mənşəli (Qərbi Avropa, Moldova, Qafqaz) üzüm sortları ilə müqayisəli malekulyar tədqiqi zamanı, alınan göstəricilərin genetik məsafə, genetik struktur, klaster analizi üsulları ilə müəyyən edilmişdir ki, yerli üzüm sortlarımız  daha çox genetik müxtəlifliyə malikdirlər və genetik mənşəcə ayrıca  böyük bir qrupu (94%) təşkil edirlər.

Tədqiqatlar nəticəsində əldə olunan ampeloqrafik, genetik, sortöyrənmə və aqrotexniki məlumatlar əsasında “Azərbaycanın aborigen və introduksiya olunmuş üzüm sortlar”(2008), Azərbaycanda üzümçülük” (2010), Azərbaycanın üzüm sortları”, (2012)“Üzüm bağlarında aqrotexniki tədbirlərin yerinə yetirilməsinə dair tövsiyələr”, (2014)“ Üzüm genotiplərinin ampeloqrafik tədqiqat üsulları” (2014) “Qafqaz və Qara dəniz regionunun ampeloqrafiyası: Almaniya —ingilis dilində” (2012)  adlı kitablar, o cümlədən 100-dən çox məqalə hazırlanaraq  xarici nüfuzlu və yerli elmi-praktiki jurnallarda nəşr etdirilmişdir.

Üzüm sort və formalarının ampeloqrafik xüsusiyyətlərinin öyrənilməsində və perspektivliyinin qiymətləndirilməsində Beynəlxalq  Üzüm və Şərab Təşkilatının (OİV), COST, Bioversity İnternational, İNRA təşkilatlarının ampelodeskriptorlarından, protokol və metodikalarından geniş istifadə edilir.

 

Ag sani x Qara sani hibridi 97-41-2 (1) (1)                  AS6B79-1 (1)                     Qarabulagi-2016-tenek (1)       SAM_1941        Gara sani x SILVESTRIS- (2) (1)

SAM_2032 (1)            SAM_1990 (1)    SAM_2454 (1)

Comments are closed