Aqrokimya laboratoriyası

Azərbaycanda üzümçülüyün intensivləşdirilməsinə nail olmaq üçün yeni üzümlüklərin salınması zamanı torpaqların düzgün seçilməsinə, üzüm sortlarının ərazinin torpaq-iqlim şəraitinə uyğun olub-olmamasına, tənəklərin su və qida maddələri ilə tam həcmdə təmin olunmasına diqqət yetirmək, üzümlüklərdə intentiv becərmə texnologiyalarını tətbiq etmək, ekoloji cəhətdən təmiz məhsulun əldə edilməsini təmin edən gübrələmə sistemləri tədqiq edilir, sortun tələbatına uyğun gübrələrin verilmə vaxtı və dozaları müəyyən edilir.

Aqronomik kimyada XX əsrin görkəmli aqrokimyaçısı D.H.Pryanişnikov bu elmin mahiyyətini sadə və aydın formada təsvir etdi. O, bu elmi üçbucağın mərkəzində göstərdi.

D.H.Pryanişnikov düzgün olaraq qeyd etmişdir ki, aqrokimyanın əkinçilikdə maddələr dövriyyəsinə müdaxiləsi zamanı gübrə ən güclü vasitədir. Onsuz bitkilərin qidalanması prosesini idarə etmək, məhsulun keyfiyyətini dəyişmək, torpağın münbitliyinə təsir etmək mümkün deyildir.

Bütün gübrələri iki əsas qrupa: üzvi və mineral gübrələrə bölürlər. Bundan əlavə sənaye (azot, fosfor, kalium gübrələri, mürəkkəb və mikrogübrələr və yerli peyin, torf, kül və s.) gübrələr ayırd olur.

Azotlu gübrələr

Azot, bitkilərə lazım olan əsas elementlərdən biridir. O, bitki hüceyrələrinin protoksiazmasının başlıca tərkib hissəsi olan, bütün sadə və mürəkkəb zülalların tərkibinə daxil olur. Azot həmçinin nüklein turşularının tərkibində olur, bu turşular orqanizmdə maddələr mübadiləsində son dərəcə mühim rol oynayır. Azot xlorofildə, fosfatillərdə, alkoloidlərdə və bitki hüceyrələrinin bir çox başqa üzvü maddələrində olur.

Bitkilər azotla kifayət qədər olunmadıqda onlar pis böyüyüb və inkişaf edir, yarpaqlar açıq yaşıl rəng alır.

Fosfor- qidanın zəruri elementidir. Onsuz nəinki ali bitkilərin, həmçinin ibtidai orqanizmlərin də həyatı mümkün deyildir. O, həyati hadisələrdə mühim rol oynayan bir çox maddələrin tərkibinə daxil olur. Bundan əlavə maddələr mübadiləsinin, böyük əksəriyyəti yalnız fosfat turşusunun iştirakı ilə gedir.

Bitkilərdə fosfor, mineral və üzvi maddələrdə olur. Bitkinin həyatında üzvi birləşmələrə daxil olan fosfor ən mühim rol oynayır.

Kalium- heyvanlara, bitkilərə və mikroorqanizmlərə mütləq lazım olan elementlərə aiddir. Bitkilərdə onun böyük bir hissəsi hüceyrə şirəsində olub, su ilə çıxarılır (ümumi miqdarının 4/5-dən az olmayaraq).

Bitkidə kalium bir bərabərdə paylaşmamışdır. Kalium qatışmadıqda bitkinin inkişafı və yetişməsi ləngiyir. Bi elementlə yaxşı təmin olunduqda bitkinin anatomik quruluşu dəyişilir.

Müxtəlif  bitkilərdə kaliumun miqdarı illər üzrə, hətta eyni torpaq və yaxın aqrotexnika şəraitində belə güclü surətdə dəyişir.

Mürəkkəb gübrələrə- gübrələrə tərkibində bitkilərə mütləq lazım olan 2 və ya 3 qida maddəsi olan kimyəvi birləşmələr aid edilir.

Üzvi gübrələr- peyin və başqa üzvi kübrələr torpağın mühüm aqronomik xassələrinə hər tərəfli təsir göstərir və onlardan düzgün istifadə etdikdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı kəskin surətdə artır.

Peyinlə birlikdə torpağa bitkilərə lazım olan bütün qidalı elementlər (makro və mikro elementlər) daxil olur.

Üzvi kübrələri müntəzəm surətdə xüsusi böyük dozalarda verdikdə torpağın nəinki bioloji həm də fiziki, kimyəvi, fiziki-kimyəvi xassələri, onun su və hava rejimi də yaxşılaşır.

Aqrokimyanın məşhur olduğu məsələləri əsasən 4 böyük problemə bölmək olar: bitkilərin kök vasitəsi ilə qidalanması, torpaq münbitliyinin  ximazmi əkinçilikdə maddələrin dövriyyəsi, kübrələrin səmərəli tətbiqi.

Yuxarıda qeyd olunanlara əsaslanaraq laboratoriyada aşağıdakı analizlər aparılaraq:

Torpaqda məhsulla aparılan qida elementlərinin (N,P,K) ümumi miqdarı), əsas keyfiyyət göstəriciləri olan şəkərin, turşuluğun və məhsulda toplanan nitratların miqdarı da müəyyən olunacaq.

Üzüm bağında Moldova, Təbrizi, Süleymani, Zeynəbi, Doyna, Kardinal üzüm sortları ilə təcrübə aparılmışdır. Tədqiqat işini aparmaqda əsas məqsəd bu sortların Abşeronda məhsuldarlığını müəyyən etmək və ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli məhsulun alınması üzvi gübrə fonunda (peyin-30 t/ha) verilən mineral gübrələrin təsirini öyrənməkdir. Variantlar üzrə verilən müxtəlif mineral gübrə dozalarının ən optimalını müəyyən etməkdir: azot gübrəsi 60, 90, 120 kq/ha, fosfor 100, 120, 150 kq/ha dozada verilmişdir.

Qeyd etmək lazımdır ki, Abşeronun torpaqları qida maddələri ilə zəif təmin olunub və boz-qəhvəyi, qumsal torpaq tipinə aiddir, azotlar çox zəif, fosforlar zəif təmin olunmuşdur. Nəmliyin çatışmaması və illik atmosfer çöküntülərinin normadan az olması bu zonada üzümçülüyü yalnız suvarılan üsulda inkişaf etdirmək mümkündür. Apardığımız tədqiqatın nəticələrinə görə optimal variant Fon (peyin) + N90P120 kq/ha hesab etmək olar.

Məhsuldarlığın artımı müşahidə olunur, lakin dinamik şəkildə yox – variantlar üzrə

Sortun adı Şəkərlilik  % Turşuluq  q/l Məhsuldarlıq s/ha
Moldova 18-19,3 6,5-7,3 184,5-202,2
Doyna 16,2-17,5 6,0-6,4 213,9-233,5
Zeynəbi 19,0-21,0 4,9-5,3 129,7-141,6
Kardinal 19,0-20,0 4,5-4,8 126,5-139,3
Sultani 19,8-21,1 5,3-5,8 132,5-142,1
Təbrizi 19,7-21,4 4,9-5,3 167,7-183,5

 

WhatsApp Image 2016-09-06 at 13.52.04 (1) WhatsApp Image 2016-09-06 at 13.52.29 WhatsApp Image 2016-09-06 at 13.53.22 (1)

Comments are closed