Beynəlxalq əlaqələr

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Beynəlxalq əlaqələri

OIV-e uzv secilen zaman (4)

İnstitutda çalışan sərabçı alim və mütəxəssislər apardıqları tədqiqatların səmərəliliyini artırmaq, innovativ texnologiyalardan faydalanmaq məqsədilə şərabçılıq sahəsində nüfuzlu təşkilatlar olan Beynəlxalq Şərab və Spirtli İçkilər Federasiyası (FIVS)  və Beynəlxalq Üzüm və Şərab Təşkilatı (OIV) ilə əməkdaşlıq edirlər.

Üzümçülük və Şərabçılıq ET İnstitutu ilə bir çox ölkələrin, o cümlədən Rusiya (Kuban Dövlət Aqrar Universiteti, Dağıstan Kənd Təsərrüfatı Akademiyası, Ukrayna (V.Y.Tairov adına Üzümçülük və Şərabçılıq İnstitutu, “Maqaraç” Milli Üzüm və Şərab İnstitutu), Gürcüstan (Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Şərabçılıq İnstitutu), elecə də Yunanıstan, Fransa və İtaliyanın IPGRI, Bioversity İnternational, OIV, FIVS, Iter Vitis, Adepta, Wines&Spirits, Richter, Vivai Cooperativi Rauscedo kimi elm mərkəzləri, assosiasiya və şirkətləri arasında əməkdaşlıq əlaqələri qurulmuşdur. İnstitutun əməkdaşları Azərbaycanda üzümçülük və şərabçılığın müasir vəziyyəti, problemləri barədə yuxarıda göstərilən təşkilatların alim və mütəxəssisləri ilə daim fikir mübadiləsi aparır, respublikada üzümlüklərin salınması, beсərilməsi, mühafizəsi sahəsindəki müasir texnologiyaları mənimsəyərək müvəffəqiyyətlə tətbiq edirlər.

ÜŞETİ Bitki Genetik Ehtiyatları üzrə Beynəlxalq Təşkilat (Bioversity İnternational) və Elm və Texnika üzrə Avropa Əməkdaşlığı (COST) Beynəlxalq təşkilatları ilə birgə “Qara dəniz və Xəzər dənizi ətrafı regionlarda üzümün genetik ehtiyatlarının konservasiyası və davamlı istifadəsi” mövzusunda tədqiqat işləri həyata keçirir. Tədqiqatların nəticəsi olaraq  üzümün vətəni sayılan ölkələrlə elmi əməkdaşlıq, orada üzümün genetik ehtiyatlarının toplanması, konservasiyası, davamlı istifadəsi və genotiplərin biomorfoloji, texnoloji, genetik identifikasiyası, onların biotik və abiotik amillərə qarşı davamlılıqlarının malekulyar-genetik səviyyədə araşdırılması, qiymətli genotiplərin mübadiləsi və geniş tətbiqi ilə bağlı məsələlər araşdırılır.  Bu məqsədlə 2012-ci ilin fevral ayında layihənin rəhbəri, Milan Universitetinin professoru O.Faill, doc. L.Rustioni və layihənin Zaqafqaziya üzrə təmsilçisi, Gürcüstan MÜŞİ-nin əməkdaşı doc. D.Maqradze İnstitutda görüşlər keçirmiş, institutun kolleksiya bağında olmuşlar.

Ukraynada dünya şöhrətli şərabçı, professor G.G.Valuykonun redaktəsi ilə nəşr olunmuş  “MDB-nin tanınmış şərabçıları” adlı kitabda dünyanın tanınmış alim və mütəxəssisləri sırasında T.M.Pənahovun da əmək fəaliyyəti və elmi nailiyyətləri barədə məlumat verilmişdir. O,  2008-ci ildə Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının (Rusiya) həqiqi üzvü, 2009-cu ildə isə «Iter Vitis» («Üzümlük yolları») Beynəlxalq Avropa Mədəni Marşrutlar Assosiasiyasının üzvü seçilmişdir.

T.M.Pənahov mütəmadi olaraq Beynəlxalq şərab müsabiqələrində və dequstasiyalarda münsiflər heyətinin üzvü, hakim-dequstator qismində iştirak etmək üçün dəvət olunur. O, Türkiyə (1993, 1995) və İtaliyada (2009, 2010, 2011, 2012) keçirilmiş Beynəlxalq şərab müsabiqələrində  fəxri diplomlarla təltif edilmişdir.

29 iyun 2011-ci il tarixdə T.M.Pənahov Ukraynanın “Maqaraç” Milli Üzüm və Şərab İnstitutu nəzdində fəaliyyət göstərən “Krım Şərabçıları İttifaqı” tərəfindən şərabçılığın inkişaf etdirilməsindəki xidmətlərinə görə L.S.Golitsın adına Qızıl medala layiq görülmüş və İlin ən yaxşı şərabçısı Fəxri diplomu ilə təltif edilmişdir.

ÜŞETİ-nun direktoru Tariyel Pənahov 15-16 fevralda Moldovanın Kişinyov şəhərində keçirilən ‘CHISINAU WINES & SPIRITS CONTEST’ 2014 konkursuna dequstator kimi dəvət olunub. Burada həmin dequstasiyada Azərbaycandan təqdim olunan Mədrəsə və Şadıllı şərabları gümüş medala laiq görülmüşdür.

Ötən il 2013-cü il iyul ayının 11-də Azərbaycan  36-ci Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatinin (OİV-yə) 11-ci baş assambleyasinda bu təşkilata üzv seçilib.

Bununla əlaqədar hazırda İnstitut əməkdaşlarının əsas diqqəti apardıqları elmi-tədqiqat işlərinin genişləndirilməsinə, günün tələblərinə uyğun şəkildə qurulmasına, üzümün və onun emal məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına və çeşidinin artırılmasına yönəldilib. İnstitutun alim və mütəxəssisləri üzümçü fermerləri və şərab istehsalçılarını keyfiyyətli və rəqabətə davamlı məhsul istehsalı, keyfiyyətə nəzarət, marketinq və digər məsələlər üzrə informasiya və məsləhət xidməti ilə təmin etmək niyyətindədirlər. Fermerlərin İnstitutda aparılan tədqiqat işlərinin  nəticələrindən faydalanması üçün daimi təbliğat və yayım şəbəkəsi yaradılması, biznes həmkarlığına təşəbbüs göstərilməsi istiqamətində müvafiq işlər aparmaq nəzərdə tutulur.

20141114_133240sort tedbir1sort tedbir4sort tedbir2

Comments are closed