Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyası

Bu laboratoriyada aparılan elmi-tədqiqat işlərinin mövzusunu müxtəlif növ üzüm şərablarının hazırlanmasında baş verən biokimyəvi proseslərin nəzəri cəhətdən əsaslandırılmış praktiki çevrilmələrin elminin öyrənilməsi təşkil etmişdir.

Şərabların alınması uzun vaxt tələb edən texnoloji prosesdir. Bu prosesdə üzümün, ondan əldə edilən şirənin kimyəvi tərkiblərinin, şirənin qıcqırması zamanı baş verən dərin kimyəvi, biokimyəvi çevrilmələrin hazır məhsulun yetişməsi, dincə qoyulması və qocalması zamanı baş verən dəyişikliklərin öyrənilməsi şərabın biokimyəvi tədqiqat elminin əsasını təşkil edir.

Laboratoriyanın apardığı tədqiqatlar nəticəsində şampan şərab materialının portveynlərin desert şərabların, o cümlədən kaqorların, muskat, xeres tipli şərabların nümunələri əldə olunmuş və elmi cəhətdən qiymətləndirilmişdir.

Son illər ərzində laboratoriyada aparılan elmi-tədqiqat işləri nəticəsində Abşeron torpaq-iqlim şəraitində (kolleksiya bağında)  yetişdirilən müxtəlif istiqamətli üzüm sortlarının texnoloji istifadə yararlılığının müəyyən edilməsi məqsədilə onlardan müxtəlif şərab nümunələri hazırlanmış və fiziki-kimyəvi göstəriciləri müəyyən edilmişdir.

Artıq elmi-tədqiqat işlərinin müasir analiz üsullarının tətbiqi ilə yerinə yetirilməsi yeni unikal işlər meydana çıxarmışdır.

İnstitutun təcrübə sahəsində yetişdirilən üzüm sortlarından laboratoriya şəraitində Konyak spirti əldə olunur. Alınmış Konyak  spirti müxtəlif  temperatur rejimlərində ağ tutun meyvələri ilə işlənir və son nəticədə bu məhsullar birgə kupaj olunaraq həlledici kimi Təbii bioloji aktiv maddələrin əldə olunmasında istifadə olunur.

Müxtəlif  bitkilərin, çiçəklərin, yaş və quru meyvələrin biokimyəvi tərkiblərinin öyrənilməsi yolu ilə müəyyən olunur ki, onların tərkibindəki bioloji aktivlik göstərə bilən maddələr hansılardır və onların əldə olunmuş məhlul vasitəsilə  ekstraksiyaya uğradılması yolu ilə hansı natural bioloji aktiv maddələri əldə etmək olar.

Tədqiqatın növbəti mərhələsində əldə olunmuş ayrı-ayrı bioloji aktiv sistemlər də kupaj olunur və biokimyəvi tərkiblərinin müəyyənləşdirilməsi yolu ilə onların insan orqanizmində hansı xəstəliklərin müalicəsində istifadə olunmasının mümkünlüyü müəyyən olunur.

Əldə olunmuş təcrübələrin nəticələri ilə müəyyən olunmuşdur ki, bu yolla insan orqanizmində aşağıdakı xəstəliklərin müalicəsi aparıla bilər.

‒ Böyrək daşı xəstəlikləri

‒ Hipertoniya, aritmiya, əsəb gərginliyi, ürək xəstəlikləri

‒ Mədə bağırsaq yaraları, xoraları, bəzi xərçəng xəstəlikləri

‒ Bronxial asma, Qida borusu xəstəlikləri

‒ Qara ciyər piylənmələri

‒ Kişi uşaq sonsuzluğu xəstəlikləri

‒ Prostatit

‒ Dəri xəstəlikləri

Bu xəstəliklər üçün əldə olunmuş təbii aktiv komponentlərin kupajlarının müxtəlif variasiyalarının hazırlanması yolları axtarılır və bu sahədə tədqiqat işləri get-gedə genişləndirilir.

Laboratoriya müdiri: Ş.A.Tahirov

Biokimyevi lab. IMG_20160630_111902 IMG_20160630_111911 IMG_20160630_111921 IMG_20160630_111932

Comments are closed