Kadr hazırlığı

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev strategiyasını, proqramını və qayğıkeşliyini ardıcıl davam etdirir.

Ölkəmizdə indiki dövrdə geniş potensiala malik olan üzümçülük və şərabçılıq sahəsini daha da inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. Dövlət Proqramının məqsədinə nail olunması üçün müəyyən edilən əsas vəzifələrdən biri də üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsidir. Həmçinin “Dövlət Proqramı”nın Tədbirlər Planının 2.2.1 bəndində nəzərdə tutulan “Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) maddi-texniki bazasının möhkəmləndirilməsi, təcrübə təsərrüfatlarının gələcək fəaliyyəti və onların sərancamında olan torpaq sahələrindən üzümçülük istiqamətində səmərəli istifadə olunması barədə” tədbirlərlə əlaqədar və Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il 374 nömrəli sərəncamına əsasən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat  İnstitutunda təmir-tikinti işləri başa çatdırılmış,  institutun laboratoriyaları yenidən qurulmuşdur.

qidaÜŞETİ-nun şöbələrinin aparıcı mütəxəssislərinin fəaliyyət göstərdiyi laboratoriyalar ölkəmiz üçün yüksək ixtisaslı kadr hazırlığında mühüm rol oynayır. İnstitutda doktoranturanı bitirən Şərabçı mütəxəssis və Aqronomlara ölkəmizin ən qabaqcıl müəssisələrində ciddi tələbat vardır. Həmçinin İnstitut alimlərinin üzümçülük və şərabçılığa dair nəşr etdirdiyi kitablar tələbələrlə yanaşı, aparıcı istehsal müəssisələrində və fermer təsərrüfatlarında çalışan mütəxəssislər tərəfindən də vacib bir vəsait kimi istifadə olunur.

İnstitutda müasir standartlara cavab verən cihazların sayəsində isə tam avtomatlaşdırılmış şəkildə məhsulların keyfiyyət göstəriciləri ekspertiza edilir.

Müstəqil Azərbaycan dövlətinə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin, alimlərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirilmişdir.

qi

Üzümçülüyün ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və üzüm emalı sənayesinin inkişafına xüsusi diqqət yetirmişdir. Onun şəxsi göstərişi ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılmışdır. İnstitut 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İnstitut Respublikada aparıcı elmi-tədqiqat müəssisələrindən biri olmaqla, fəaliyyəti dövründə üzümçülüyün və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsində böyük rol oynamışdır. Hazırda İnstitutda elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə “Qida məhsullarının texnologiyası” – 3309.01; “Seleksiya və toxumçuluq” – 3103.04; “Sahə iqtisadiyyatı” – 5312.01; “Bitkiçilik” – 3103.07 və digər ixtisaslarda elmi kadrlar hazırlanır.

Biokimyevi lab.

ÜŞETİ xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, elmin müasir problemlərinə və elmin təşkilinə dair əcnəbi alimlərlə fikir mübadiləsi aparır. İnstitutun alimləri beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. ÜŞETİ-nun təşəbbüsü və təşkilatçılığı ilə vaxtaşırı beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. İnstitut alimlərinin ölkəmizdə və xaricdə elmi əsərləri, o cümlədən, yüksək impakt faktorlu elmi jurnallarda məqalələri dərc olunur. ÜŞETİ bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür, onun əməkdaşları MDB ölkələri, İsrail, Fransa, İtaliya, Almaniya, Türkiyə və başqa ölkələrin aparıcı elm və təhsil müəssisələri ilə birgə proqram çərçivəsində tədqiqatlar aparır, kadr və informasiya mübadilələrində iştirak edirlər.

Eyni zamanda ölkədə üzümçü və şərabçı kadr hazırlığı və tədqiqat işləri Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəəşünaslıq” və “Qida məhsullarının texnologiyası” kafedralarında, Azərbaycan Kooperasiya Universitetinin “Əmtəəşünaslıq və ekspertiza” kafedrasında, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin “Qida məhsulları mühəndisliyi və ekspertiza” və “Bağçılıq” kafedralarında, Azərbaycan Texnologiya Universitetində “Qida məhsulları və istehlak mallarının texnologiyası” kafedrasında və eləcə də Bakı Qida Sənayesi Kollecində həyata keçirilir.

IMG_20160630_111902

Comments are closed