Elm

Əldə edilən elmi nailiyyətlər
elme

Azərbaycan üzüm bitkisinin ən qədim məskənlərindən biridir. Burada mövcud olan yüksək keyfiyyətə malik müxtəlif istiqamətli yerli üzüm sortları uzun­müddətli seleksiya və fərdi seçmə yolu ilə yaradılmışdır.

Ölkəmizin ərazisində üzüm bitkisinin qədim zamanlardan becərildiyini sübut edən əsas dəlillər – çoxsaylı ədəbiyyat məlumatları və arxeoloji qazıntılar zamanı tapılan qədim əşyalardır.

Əsrlər boyunca təbii xalq seleksiyası yolu ilə Azərbaycanda külli miqdarda yerli üzüm sortları və hibrid formaları yaradılmışdır ki, bunların da, təsərrüfat baxımdan qiymətləndirilməsi, botaniki cəhətdən təsvir edilməsi, öyrənilməsi və qruplar üzrə təsnif edilməsi tələb olunurdu.

Azərbaycanda üzümün sort müxtəlifliyinin öyrənilməsi ilə F.Kolenati (1846), Q.Q.Danilbekov (1895), M.K.Ballas (1897) və başqaları məşğul olmuşlar.

V.A.Radziyevskinin (1958) məlumatlarına görə, keçmiş Naxçıvan qəzasında 33, Yelizavetpol (Gəncə) qəzasında 18, Şuşa və Cəbrayıl qəzalarında isə 21 üzüm sortu var idi. Bu, əsasən yerli üzüm sortları idi. Üzümçü alimlərin Azərbaycanın yerli üzüm çeşidinin öyrənilməsinə maraqları ildən-ilə artsa da, bu yönümdə işlər qeyri-müntəzəm şəkildə aparılırdı.

1930-cu ildə Respublikada ilk dəfə olaraq üzümün sort tərkibinin öyrənilməsi ilə yerli üzümçü alimlər – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun üzümçülük kafedrasının mütəxəssisləri məşğul olmağa başladılar. Həmin mütəxəssislərin yerli üzüm sortlarının öyrənilməsi və təsvir edilməsi üzrə apardıqları tədqiqatlar çox vaxt ekspedisiya xarakterli olmaqla, üzüm bitkisinin inkişaf dövrünün əsas mərhələlərini əhatə etmirdi və bu səbəbdən bir çox nöqsanlara malik idi. Ancaq bu, heç də onların Azərbaycanın təbii üzüm ehtiyatlarının öyrənilməsi işindəki xidmətlərini azaltmır və üzümçü-ampeloqrafların yeni nəsli onların bu sahədə qazandıqları nailiyyətləri yüksək qiymətləndirir.

1933-1939-cu illər ərzində Gəncə ÜŞTS-nın əməkdaşları tərəfindən yüksək məhsuldar, keyfiyyətli süfrə və texniki istiqamətli yeni üzüm sortları yaratmaq məqsədilə standart sortların sortdaxili və sortarası çarpazlaşdırılması aparılmışdır.

Böyük Vətən Müharibəsi dövründə dayandırılmış sortöyrənmə və hibridləş­dirmə işləri 1947-ci ildən davam etdirilməyə başladı.

1951-1952-ci illərdə Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında təsərrüfat cəhətdən qiymətli, quraqlığa davamlı süfrə və texniki üzüm sortları ya­ratmaq məqsədilə sortarası çarpazlaşdırma işləri aparılmışdır. 1954-cü ildən isə Stansiyada şampan istiqamətli üzüm sortlarının yaradılması üçün hibridləşdirmə işləri həyata keçirilmişdir. Yaradılmış hibridlərin kompleks şəkildə öyrənilməsi yolu ilə onlardan perspektiv formalar seçilmişdir.

1938-ci ildə “SSRİ ampeloqrafiyası” əsərinin nəşrə hazırlanması ilə əlaqədar Azərbaycanda üzüm sortlarının müəyyən proqram üzrə öyrənilməsinə başlanıldı. Artıq 1940-cı ilin sonunda 50 yerli üzüm sortu təsvir edilmişdir.

Əvvəlcə yerli sortlar ekspedisiya üsulu ilə öyrənilirdi. Respublikanın ayrı-ayrı rayonlarında üzümlüklərin müayinəsi zamanı aşkar edilmiş üzüm sortlarının am­peloqrafik təsviri tərtib olunurdu, sortların çubuqları isə kolleksiyalarda əkilmək üçün tədarük edilirdi. Müxtəlif rayonlarda aşkar edilmiş üzüm sortları stasionar şəraitdə, Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Mərdəkan təcrübə bazasında və Gəncə ÜŞTS-nın kolleksiya bağında öyrənilirdi.

Aparılmış tədqiqat işləri nəticəsində Azərbaycanda 250-dən artıq yerli üzüm sortu aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, aşkar olunmuş üzüm sortlarının əksəriyyəti becərmə, eləcə də seleksiyada istifadə üçün olduqca yararlıdır.

İmkan və vasitələrin məhdudluğu, həmçinin kadr çatışmazlığı səbəbindən elmi işlərin başlanğıc dövründə respublikada geniş elmi tədqiqat işləri aparmaq üçün şəraitin olmamasına baxmayaraq, bir qrup elmi işçi Azərbaycanda geniş yayılmış yerli və bəzi introduksiya olunmuş üzüm sortlarını öyrənməyə başladı. Buna təkan verən başlıca olaraq Gəncə Təcrübə Stansiyasının ərazisində salınmış 100-ə yaxın sortdan ibarət kolleksiya üzüm bağı, eləcə də respublikanın rayonları üzrə üzümün sort tərkibi barədə toplanmış bəzi məlumatlar olmuşdur.

Bir sıra üzüm sortları haqqında ampeloqrafik məlumatlar toplanılıb mükəm­məlləşdirilsədə naməlum səbəblərdən bu qiymətli material elmi əsər şəklində nəşr olunmurdu.

Yalnız 8 Azərbaycan üzüm sortu (Bayanşirə, Təbrizi, Qara İkeni, Mədrəsə, Ağ şanı, Qara şanı, Şirvanşahı, Xərci) geniş təsvir olunaraq 1953-1956-cı illərdə nəşr olunan “SSRİ Ampeloqrafiyası”nın II-VI cildlərində yerləşdirilmişdir. “Az yayılmış üzüm sortları” (1963-1966-cı illər) adlı üç cildli əsərdə isə 80 üzüm sor­tunun qısa təsviri verilmişdir. 1970-ci ildə çap edilən “SSRİ ampeloqrafiyasının” məlumat toplusunda isə əlavə olaraq Azərbaycanın 50-yə yaxın yerli sortunun qısa ampeloqrafik xüsusiyyətləri verilmişdir. Aydındır ki, qəbul olunmuş 39 stan­dart üzüm sortundan yalnız 8-inin təsviri respublikada üzümçülük və şərabçılıq sahəsinin müasir inkişaf tempinin tələbatını ödəyə bilməzdi. Buna görə də respub­likanın üzümçülük rayonlarında mövcud olan üzümün bütün növmüxtəlifliyini aşkar etmək məqsədilə az yayılmış və naməlum yerli sort və klonların öyrənilməsi bu istiqamətdəki tədqiqatların növbəti mərhələsi oldu.

“Azərbaycan ampeloqrafiyası” əsərinin yaradılması ideyası hələ 1938-ci ildə meydana gəlmişdir. Ampeloqrafiyanın nəşr etdirilməsinin zəruriyyəti üzümçü­lüyün inkişaf tempinin sürətlənməsindən və üzüm çeşidlərinin zəngin olmasından irəli gəlirdi.

Üzümçülüyün yüksək templə inkişaf etdirilməsi üçün bu sahənin respublika iqtisadiyyatında xüsusi rolunu nəzərə alaraq ölkədə qiymətli yerli üzüm sortlarının aşkar edilməsi, yerli şəraitə uyğunlaşmış introduksiya olunmuş sortların öy­rənilməsi və tövsiyə edilməsi, respublikanın rayonlaşdırılmış üzüm sort tərkibinin zənginləşdirilməsi işlərini davam etdirmək zərurəti yaranmışdır.

Odur ki, 1950-ci ildən etibarən, Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Üzümçülük bölməsinin və Gəncə Təcrübə Stansiyasının Seleksiya və ampeloqrafiya şöbəsinin əməkdaşları az yayıl­mış və naməlum yerli üzüm sortlarının aşkar edilməsi və öyrənilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılmasına başlamışlar. 1951-1965-ci illər ərzində Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun Üzümçülük bölməsinin və digər şöbələrinin əməkdaşları (R.K.Allahverdiyev, H.A.Atakişiyev və b.) respublikanın müxtəlif rayonlarında 250-dən artıq az yayılmış və naməlum yerli üzüm sortlarını və klon variasiyalarını aşkar edib təsvir etmişlər.

Gəncə Təcrübə Stansiyasının Seleksiya və ampeloqrafiya şöbəsi tərəfindən 1950-ci ildə salınmış zəngin kolleksiyanın öyrənilməsi nəticəsində böyük həcmli material əldə edilmişdir. Həmin kolleksiyada 400-ə yaxın yerli və gətirilmə üzüm sortları becərilirdi.

Bütün bu işlərin nəticələri “Azərbaycan ampeloqrafiyası” adlı kollektiv əsərin hazırlanması və nəşr olunması üçün imkan yaratdı. Bu əsərin hazırlanması və işıq üzü görməsində Azərbaycan ET Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnsti­tutunun sabiq direktoru, mərhum R.K.Allahverdiyevin xüsusi rolu olmuşdur. Məhz onun təşəbbüsü ilə 1973-cü ildə “Azərbaycan ampeloqrafiyası” əsəri nəşr olundu.

“Azərbaycan ampeloqrafiyası”na Azərbaycanda becərilən 94 üzüm sortunun ampeloqrafik təsviri daxil edilmişdir. Bunlardan 17-si xarici (əsasən Qərbi Avro­pa) mənşəli sortlardır ki, onların da arasında 11-i Azərbaycanın standart üzüm sortları siyahısına daxil edilmiş sortlar (Aliqote, İzabella, Kaberne Sovinyon, İs­gəndəriyyə muskatı, Ağ muskat, Çəhrayı muskat, Ağ pino, Boz pino, Rislinq, Ağ şasla); 7-si isə Azərbaycan şəraiti üçün perspektiv sortlardır (İrşai Oliver, İtaliya, Qaraburnu, Semilyon, Qara pino, Hamburq muskatı, Şardone); 10-u başqa ölkə­lərindən gətirilmiş sortlar (Ağadayı, Nimrəng, Özbəkistan muskatı, Rkasiteli, Tezyetişən VİRa, Tavkveri) 67-si isə yerli sortlardır. 25 yerli üzüm sortunun təsviri ilk dəfə olaraq verilmişdir. Bunların arasında Şabranı, Mələyi kimi gecyeti­şən qiymətli qədim üzüm sortlarını göstərmək olar.

Təbii ki, Respublikada mövcud olan yerli sortların müxtəlifliyinin öy­rənilməsini bununla bitirmək mümkün deyil. Belə ki, Azərbaycanın üzümçülük rayonlarında rast gəlinən ağ və qaragiləli üzüm sortları və onların klon variasiyaları hələ də tam şəkildə öyrənilməyib. Həmin sort və klonlara ümumi ad verilib: “qara üzüm”, yaxud “ağ üzüm” halbuki, onlar morfoloji əlamətlərinə və bioloji xüsusiyyətlərinə görə bir-birindən xeyli fərqlənirlər.

Məlumdur ki, yerli üzüm populyasiyalarına daxil olan sort və klonları arasında konkret yerli şəraitə uyğunlaşmış bu və ya digər qiymətli üzüm sortları var ki, onların aşkar edilib öyrənilməsi olduqca vacibdir. Məhz indi, üzümçülüyə böyük dövlət qayğısı göstərildiyi bir vaxtda bazar iqtisadiyyatı dövründə, qarşıda qoyulmuş mühüm məsələlərin davamlı inkişafı vaxtında qədim üzümçülük rayon­larında üzümçülük və şərabçılıq sahəsinin yenidən dirçəldilməsi üzümçü alimlərin yaradıcılığında prioritet təşkil edir. Respublikamızda vaxtilə mövcud olan bütün yerli üzüm sortlarının aşkar edilib öyrənilməsi və artırılması bu sahədə çalışan alim və mütəxəssislərin təxirəsalınmaz vəzifəsi olmalıdır.

Üzümçülük və şərabçılıq sahəsində müşahidə olunan tənəzzülün qarşısı ulu öndər H.Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra alındı və bu sahəyə diqqət yenidən artmağa başladı. H.Əliyev üzümçülük və şərabçılığı müstəqil Azərbaycan Respublikasında yeni bazar münasibətləri şəraitində inkişaf etdirmək üçün hüquqi bazanın yaradılmasını zəruri hesab edərək, 29 yanvar 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzalanmışdır. Əlbəttə, qəbul edilən bu qanun üzümçülüyün inkişafına böyük təkan verdi və bu sahədəki elmi-tədqiqat işlərinin genişlən­mə­sinə zəmin yaratdı.

Fərmanın qüvvəyə minməsindən sonra respublikada çoxsaylı özəl üzümçülük təsərrüfatları formalaşdı, yeni üzümlüklər salındı.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 15 dekabr 2011-ci il tarixli 1890 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” respublikamızda üzümçülüyə dair dövlət siyasətini və strategiyasını formalaşdıraraq, tədbirlərin uğurla həyata keçirilməsini, müvafiq təşkilatların bu sahədəki işlərinin koordinasiyasını və sürətlənməsini təmin edəcəkdir. Dövlət Proqramında respublikamızda müasir bazar tələbləri səviyyəsində üzümçülük və onun emal sənayesinin inkişafını təmin etmək üçün digər mühüm məsələlərlə yanaşı, üzüm genofondunun qorunub saxlanılması məqsədilə müasir kolleksiyaların yaradılması, yeni üzümlüklərin salınması, süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi; tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, soyuducu anbarların elmi əsaslarla inkişaf etdirilməsi və s. kimi vəzifələr müəyyən edilmişdir.

Çoxillik tədqiqatların bəhrəsi olan, Azərbaycanın 565 aborigen və intro­duksiya olunmuş üzüm sortlarının ampeloqrafik təsvirini əhatə edən işləyib hazır­laığımız əsər bu yolda atılan ilk addımdır. Əsərdə üzüm sortlarının o cümlədən müxtəlif torpaq-iqlim, becərmə və s. becərmə şəraitdə dəyişkənlikləri (variasiyaları, biotipləri, klonları, formaları, o cümlədən sinonimləri) nəzərə alınmaqla geniş xarakteristikası verilmişdir. Bunun üçün hər bir sortun yayıldığı rayonlarda, kolleksiya bağlarında öyrənilməsi üzrə əldə edilmiş materiallardan, həmçinin respublikanın bir çox üzümçülük təsərrüfatlarının sort sınağı və istehsalat təcrübəsi nəticələrindən istifadə edilmişdir.

ПРЕДИСЛОВИЕ

Азербайджан является одним из древнейших очагов возделывания ви­нограда. Наличие здесь большого разнообразия местных высококачествен­ных сортов является результатом длительной селекции и её последователь­ного отбора.

О древности культивирования виноградной лозы на территории Республики свидетельствуют многочисленные литературные данные, а также найденные при археологических раскопках памятники старины.

Под влиянием стихийной народной селекции в течение веков было создано множество сортов и форм винограда, которые требовали изучения, хозяйственной оценки, ботанического описания и классификации.

Изучением сортового богатства сортов винограда в Азербайджане зани­ма­лись Ф.Коленати (1846), Г.Г.Данилбеков (1895), М.К.Баллас (1897) и дру­гие.

По данным В.А.Радзиевского, (1958) в бывшем Нахичеванском уезде нас­читывалось 33 сорта винограда, в Елизаветпольском (Гянджа) –18, в Шу­шинском и Джебраильском – 21. В большинстве случаев это были местные сор­та. При всем том, что интерес ученых к проблеме изучения местного сор­ти­мента винограда Азербайджана возрастал из года в год, работы в этом нап­равлении проводились непланомерно и нецелеустремленно.

Изучением сортового богатства винограда в республике впервые занялись в 1930 году специалисты кафедры виноградарства Азербайджанс­кого сельскохозяйственного института. Проведенные ими работы по изуче­нию и описанию местных сортов носили преимущественно экспедиционный характер, зачастую не охватывая основных фаз развития виноградной лозы, почему и имели существенные недостатки. Однако это отнюдь не умаляет их роль в деле изучения естественных ресурсов винограда Азербайджана и нынешнее поколение виноградарей-ампелографов с благодарностью отме­чает их заслуги в этой области.

В период с 1933 по 1939 год работниками станции были проведены внутрисортовые и межсортовые скрещивания стандартных сортов с целью получения высокоурожайных и качественных столовых и винных сортов.

Работы по гибридизации, прерванные в годы Великой Отечественной войны, были возобновлены в 1947 году.

В 1951-1952 годах Гянджинской опытной станцией виноградарства бы­ли проведены межсортовые скрещивания с целью выведения хозяйственно-ценных столовых и технических засухоустойчивых сортов, а в 1954 году проведены скрещивания с целью выведения шампанских сортов винограда. В результате проведенного в предшествующие годы комплексного изучения были отобраны перспективные гибридные формы.

Плановая работа по изучению азербайджанских сортов винограда началась в 1938 году в связи с подготовкой к изданию труда «Ампелография СССР» и велась по определенной программе. К 1940 году было проведено описание пятидесяти местных сортов винограда.

Вначале местные сорта изучались экспедиционным методом. При обследовании виноградников отдельных районов составляли описание обнаруженных сортов и брали черенки для посадки в коллекциях. Выяв­ленные в раз­ных районах сорта изучались в станционарных условиях на коллекции Гянджинской опытной станции виноградарства и виноделия, а также на Мардакянской экспериментальной базе АзНИИСВиСК.

В результате проведенных работ в Азербайджане было выявлено более 250 местных сортов винограда. Многие из выявленных, ранее совсем не известных сортов оказались очень ценными для непосредственной культуры или использования в селекции.

Несмотря на то, что ввиду ограниченных возможностей и средств, а также из-за недостатка кадров в первые годы научной работы в республике не было возможности проводить узкоспециализированные исследования, группа научных работников все же приступила к изучению широко культивируемых местных, более распространенных, и некоторых привозных сортов винограда. Этому в значительной мере способствовало наличие очень небольшой коллекции, состоящей примерно из 100-а сортов, заложен­ной ранее на территории Гянджинской опытной станции, а также некоторых данных о сортовом составе винограда по районам.

Oднако, по неизвестным причинам собранная о сортах винограда полнаценная ампелографическая информачия не была издана в виде отдельного труда.

В этот период были составлены и развернутые описания 8-и сортов ви­нограда Азербайджана, которые даны в II-VI томах «Ампелографии СССР» вышедших в свет в 1953-1956 гг (Баяншира, Табризи, Лкени черный, Мадра­са, Аг шаны, Гара шаны, Ширваншахи Харджи), а в 3-х томах «Малорас­пространенных сортов винограда» (1963-1966) коротко описано 80 сортов. В изданном же в 1970-м году спровочнине «Ампелография СССР» дополни­тельно приведены краткие ампилографические характеристика около 50 местных сортов Азербайджана.   Понятно, что подробное описание 8-ми из 39-ти принятых стандартных сортов винограда не могло удовлетворить зап­ро­сы современного темпа развития виноградарства и виноделия республики. Последующим этапом исследований в этом направлении являлось изучение местных малораспространенных и неизвестных сортов и клонов винограда с целью выявления всего многообразия форм, имеющихся в виноградарских районах республики.

Идея создания «Ампелографии Азербайджана» зародилась ещё в 1938 г. Необходимость издания Ампелографии была связана с усилением темпа развития виноградарства и основана на большом ассортименте местных и интродуцированных сортов винограда.

В условиях широкого развития виноградарства, учитывая особую роль этой отрасли в экономике республики, необходимо было и в дальнейшем выявлять местные ценные сорта, изучать и рекомендовать интродуцированные, приспособленные к местным условиям сорта, совершенствовать стандартный сортимент винограда республики.

Поэтому, начиная с 1950 года, отделом виноградарства АзНИИСВиСК и отделом селекции и ампелографии Гянджинской опытной станции проводи­лась работа по выявлению и изучению местных малораспространенных и неизвестных сортов винограда. За период с 1951 по 1965 год сотрудниками этого и смежных отделов института (Р.К.Аллахвердиевым, Г.А.Атакишиевым) в старых виноградных насаждениях различных районов республики выявлено и описано более 250-и малораспространенных и неизвестных сортов и клонов местного винограда. Большой материал был получен в результате изучения заложенной в 1950-м г. отделом селекции и ампелографии Гянджинской опытной станции богатой коллекции, в которой насчитывалось около 400 местных и инорайонных, отечественных и зарубежных сортов.

Результаты всех этих работ дали возможность подготовить и издать коллективный труд «Ампелография Азер­байджана». В этой работе следует особо отметить заслуги директора АзНИИСВиСК, ныне покойного Р.К.Ал­лахвердиева. По его инициативе был четко поставлен вопрос об издании «Ампелографии Азербайджана» и в 1973 году она вышла из печати.

В «Ампелографии Азербайджана» приводятся описания 94-х сортов ви­нограда; в т.ч. 17-и зарубежных (в основном западноевропейских) сортов, включенных в список стандартных сортов республики (Алиготе, Изабелла, Каберне Совиньон, Мускат Александрийский, Мускат белый, Мускат розо­вый, Пино белый, Пино серый, Рислинг, Шасла белая) и перспективных для условий Азербайджана (Иршаи Оливер, Италия, Карабурну, Семильон, Пи­но черный, Мускат гамбургский, Шардоне), 10-и сортов инорайонных-оте­чественных (Агадаи, Нимранг, Мускат Узбекистанский, Ркацители, Ранний ВИРа, Тавквери) и 67-и местных сортов. Описание 25-и местных сортов приводится впервые. К их числу относятся древние ценные  сорта позднего срока созревания: Шабраны,  Малаги и другие.

Этим, конечно, не исчерпывается изучение имеющегося разнообразия местных сортов. До сих пор недостаточно выявлены и изучены встречаю­щиеся во всех виноградариских районах республики местные черноягодные сорта и клоны, которые почти повсеместно называют «Кара узюм» (черный виноград), тогда как они по своим морфологическим признакам и биологи­ческим особенностям резко различаются между собой. То же самое можно сказать и в отношении ряда белоягодных сортов и клонов.

Известно, что среди большого разнообразия старых сортов и клонов местного винограда имеются очень ценные, приспособленные к конкретным условиям местности сорта, выявление и изучение которых является крайне необходимым. Именно сейчас, в условиях рыночных отношений, когда перед нами стоит проблема улучшения состояния экономики республики, должен ставится и вопрос закладки новых чистосортных виноградных насаждений с целью возрождения отрасли виноградарства и виноделия. Выявление и изучение имеющегося в республике всего разнообразия местных сортов винограда является неотложной задачей науки.

С возвращением Гейдара Алиева к руководству республикой, отрасль виноградарства и виноделия стала постепенно выходить из кризисного положения, сложившегося в вышеуказанный период времени. Внимание к отрасли вновь возросло. Г.Алиев, учитывая необходимость создания правовой базы для развития виноградарства и виноделия в условиях рыночных отношений, 29 января 2002 года издал Указ о внедрении Закона Азербайджанской Республики «О виноградарстве и виноделии». После вступления в силу данного указа интерес к виноградарству значительно возрос. В республике создалась широкая сеть частных виноградарских хозяйств, расширились площади и возросла производительность виноградников.

Развитие отрасли виноградарства и виноделия создало основу для расширения тематики и увеличения объёма научно-исследовательских работ.

Распоряжением президентя Азербайджанской Республики занамерам 1890 от 15 декабря 2011-го года утвержденя «Программа развития виноградарства в Азербайджанской Республике в 2012-2020 годах», разработан государственный план и политическая стратегия по развитию виноградарства в республике, следуя которым можно будет успешно осуществлять мероприятия, предусмотренные программой, обеспечить координацию работы соответствующих научных организаций в этой отрасли.

Наряду с стратегически важными мероприятиями государственного уровня, направленными на развитие в республике виноградарства и её перерабатывающей промышленности в соответствии с современными требо­ваниями рыночной экономики, Государственной программой предусмотрен и ряд вопросов по сохранению и обогащению генофонда винограда в республике путём закладки современных коллекционных садов и обширных производственных виноградников, создания питомниководческих хозяйств в виноградарских зонах Азербайджана, в решении которых активное участие должен принять Азербайджанский Научно-Исследовательский Институт Виноградарства и Виноделия. 

Подготовленный нами труд, являющийся плодом наших многолетних исследований и содержащий ампелографическое описание 565-а абори­генных и интродуцированных сортов винограда Азербайджана, является первым шагом на этом пути.

Данный труд даёт развёрнутую характеристику сорта на основании его изменчивости в различных условиях выращивания. Для этого были ис­пользованы материалы по изучению каждого сорта во всех районах его распространения, а именно: результаты изучения сортов в коллекциях (ва­риации, биотипы, клоны, формы, а также синонимы), а также данные сор­тоиспытаний и производственного опыта многих виноградарских хозяйств республики.

Достаточно полные материалы можно было собрать только при наличии большого количества пунктов наблюдений и при участии многих специалис­тов. В связи с этим наблюдения и исследования были организованы в мно­гочисленных виноградарских хозяйствах республики, а также опытных стан­циях и опорных пунктах АзНИИВВ. К участию в работе, проводившейся с 1995 по 2012 годы, были привлечены работники Института и его опытных станций. Такая организация работы обеспечила осуществление развёрнутого  монографического описания каждого сорта.

PREFACE

Azerbaijan is one of the most ancient centers of grape cultivation. Presence here a plenty of local high-quality varieties is a result of long selection.

The ancient monuments found out during archeological excavations and also numerous literary data testify to an antiquity of grapevine cultivation in Azerbaijan.

Under influence of spontaneous national selection during centuries the set of grape varieties and forms which demanded studying, economic valuation, botanical description and classification has been created.

In studying of grape assortment in Azerbaijan were engaged F.Colenati (1846), G.G.Danilbekov (1895), M.K.Ballas (1897) and others.

On the basis of data of V.A.Radzievski (1958), in former Nakhichevan district totaled 33 grape varieties, in Gyandja-18, in Syusha and Jebrail- 21. In most cases it were local varieties. Despite the fact, that interest of scientists to a problem of studying local grape assortment of Azerbaijan grew from year to year, works in this direction were carried out unsystematically and unpurposefully.

For the first time in republic the experts of viticulture faculty of the Azerbaijan agricultural institute began to engage in research of local grape assortment in 1930. The works carried out by them on studying and the description of local varieties had mainly forwarding character, frequently not covering the basic phases of growth of a grapevine why had essential lacks. However it does not belittle their role in the work of studying of natural grapevine resources of Azerbaijan and the today’s generation of viticulturists and ampelographers with gratitude marks their merits in this area.

To the period from 1933s to 1939s workers of this station had carried out intrahigh-and interhigh-quality crossings standard varieties with the purpose of breeding high-yielding and high-quality table and wine varieties.

Works on the hybridizations interrupted by Great Patriotic War, have been renewed in 1947.

In 1951-1952 years in the Gyanja experimental station of viticulture and wine-making had been carried out interhigh-quality crossings with the purpose of breeding economic-valuable table and technical drought-resistant varieties, and in 1954 had been carried out crossings with the purpose of breeding grape varieties suitable for preparing of sparkling wine. As a result of the complex studying carried out to previous years promising hybrid forms have been selected.

Scheduled work on studying the Azerbaijan grape varieties began in 1938 in connection with preparation for the edition of «Ampelography of the USSR» and was conducted under the certain program. By 1940 the description of fifty local grape varieties has been carried out.

At first local varieties were studied by a forwarding method. During inspection of vineyards of separate areas made the description of the found out grape varieties and took cuttings for planting in collections. The varieties revealed in different areas were studied in conditions of ampelographic collection of Gyanja  experimental station of viticulture and wine-making, and also in Mardakyan  experimental base of Az.SRI of Horticulture,Viticulture and Subtropical plants.

As a result of the carried out works it has been revealed more than 250 local grape varieties in Azerbaijan. Many from revealed, earlier absolutely unknown, varieties appeared very valuable to direct culture or use in selection.

In spite of the fact that in view of the limited opportunities and means, and also because of lack of the staff for the first years of scientific work in republic there was no opportunity to carry out highly specialized researches, the group of researchers nevertheless has started to study widely cultivated more widespread local and some imported varieties. This was promoted appreciably by presence of very small collection consisting approximately from 100 grades, incorporated earlier in territory of Gyanja experimental station, and also by presence of some data on variety wealth of a grapes on areas. Although due to ucclear reason, the voluable Ampelographic information about the grape varieties hadn`t been published as a solid volume.

During this period 8 grape varieties of Azerbaijan which are given in II-VI volumes of «Ampelography of the USSR», published in 1953-1956 (Bayanshira, Tabrizy, Lkeny black, Madrasa, Shany white and black, Shirvanshakhy, Kharji) were described  in detail and 80 grape varieties are shortly described in 3 volumes of «Nonspread grape varieties» (1963-1966). In the same published in 1970 background “The ampelography of the USSR” in addition is a brief ampelog­raphic description about 50 local grape varieties of Azerbaijan. It is understood that the detailed description 8 from 39 the accepted standard grape varieties could not satisfy inquiries of modern rate of development of viticulture and wine-ma­king of republic. The subsequent stage of researches spent in this direction was studying local nonspread and unknown varieties and clones of a grapes with the purpose of revealing all variety of the forms available in viticulture areas of re­public.

The idea of creation of «Ampelography of Azerbaijan» has arisen in 1938. Necessity of edition of Ampelography has been connected to amplification of rate of development of viticulture and based on the big assortment local and introduced grape varieties.

In conditions of wide development of viticulture, taking into account a special role of this branch in economy of our republic, it was necessary to reveal local valuable varieties, to study and recommend introduced varieties, adapted to local conditions, with the purpose improving standard assortment a grapes of the republic.

Since 1950, a department of viticulture of AzSRI of HV and SP and a department of breeding and ampelography of Gyanja  experimental station carried out  work on revealing and studying local nonspread and unknown grape varieties. For the period from 1951s to 1965s by employees of this department and adjacent departments of the Institute (R.K.Allahverdiyev, H.A.Atakishiyev) it is revealed and described more than 250 nonspread and unknown varieties and clones of a local grapes in old grape plantings of various areas of republic. The big material has been received as a result of studying a rich collection incorporated in 1950 by a department of breeding and ampelography of Gyanja experimental station which in the present covers about 400 local and introduced, aboriginal and foreign varieties.

Results of all these works have enabled to prepare and issue collective work «Ampelography of Azerbaijan». It is necessary to note especially work of director of Az SRI of HV and SP, nowadays deceased R.K.Allahverdiyev. Under his initiative the question on the edition of «Ampelography of Azerbaijan» has been precisely put and in 1973 it has come out of press.

There are descriptions of 94 grape varieties, including 17 foreign ones (basically West-European), included in the list of standard varieties of republic (Aligote, Isabella, Caberne Sovinion, Alexandria`s muscat, Muscat white and pink, Pino white and grey, Risling, Shasla white) and varieties, perspective for conditions of Azerbaijan (Irshai Oliver, Italy, Caraburnu, Semilion, Pino black, Hamburg`s muscat, Shardone), as well 10 introduced varieties (Agadai, Nimrang, Uzbekistan`s musсat, Rkasitely, Early-ripening VIRа, Тavkvery) and 67 local varieties in «Ampelography of Azerbaijan». The description of 25 local varieties is described for the first time. Ancient valuable varieties of late term of maturing, such as Shabrany, Malagy and others belong to their number.

It, certainly, does not settle studying an available variety of local varieties. Till now local black-berried varieties and clones, meeting in all viticulture areas of republic, which almost everywhere are named “a black grapes” whereas they to the morphological and biological characters sharply differ between themselves, are insufficiently revealed and investigated. The same is possible to tell concerning a number of white-berried varieties and clones.

It is known, that among the big variety of old local varieties and clones there are very valuable varieties, adapted to concrete conditions of area, revealing and studying of which is the extremely necessary. At present time, in conditions of market relations when before us there is a problem of improvement of economy of republic, the question of laying of new pure-varieted vineyards should decide with the purpose of  reviral viticulture and wine-making transh of economy.An urgent task of a science  is to reveal and to study of all variety of local grape varieties, available in these centers.

Since 1996, when Heydar Aliyev came back to leadership in Azerbaijan, the viticulture and wine-making branch began to revive. Owing to the measures of governmental character directed to the development of viticulture and wine-making on a high level such as Decree about implementation of Law of Republic of Azerbaijan «About viticulture and wine-making» the areas of grapevine plantations were widened, the volume of grapes and wine production was also increased annually. Intensive development of the viticulture and wine-making branch made a basis for expansion of themes and volume of research works on viticulture and wine-making.

Nowadays the government of Azerbaijan takes measures in order to revive  the viticulture and wine-making branch, restore its former might and glory. In consequence areas of vineyards are widen, grape yield is risen, the output of wine and other wine-making products is increased in the country year by year.

On december 15, 2011 “The state program on development of viticulture in the republic of Azerbaijan in 2012-2020 years” was accepted by the order 1890 of the President of the Republic of Azerbaijan. This program foresees a number of measures directed on intensive development of viticulture, such as laying ampelographic collections and new industrial vineyards, creation of nurseries of grafted grape with the purpose of preserving and enrichment of grapevine genetic resources. Employees of the Research Institute of Viticulture and Wine-making should take part in solving these tasks.    

Prepared by us work, being a result of our long-term researches and containing ampelographic description of 565 native and introduced grape varieties of Azerbaijan, is a first step on this way.

This work gives the detailed characteristic of the variety on the basis of its variability in various conditions of cultivation. For this purpose materials on studying each variety  in all areas of its spreading (variation, biotypes, clones, forms, synonyms) namely results of studying of varieties in collections and also the data of variety-testing and a know-how of many viticulture economies of republic have been used.

Comments are closed