Elmi tədqiqatlarımız

ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ET İNSTİTUTUNDA APARILAN ELMİ-TƏDQİQAT İŞLƏRİ
PROBLEM:
Üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanılması, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsi, müxtəlif istiqamətlərdə istifadə ediləcək yüksək keyfiyyətli, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılması, becərmə texnologiyasının işlənib hazırlanması, Beynəlxalq standartların tələblərinə cavab verə biləcək şərabların, şərab distiliyatlarının və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyalarının tədqiq edilməsi və istehsalının təkmilləşdirilməsi
MÖVZULAR:
  • Respublikada üzüm bitkisi genefondunun öyrənilməsi, genetik ehtiyatlarının toplanması, qiymətləndirilməsi, qorunması, perspektiv sort və formaların seçilməsi və seleksiyada istifadəsi
  • İnstitutun Gəncə ÜŞTS-da yaradılmış xəstəliklərə və ziyanvericilərə qarşı davamlı,məhsuldar,perspektiv hibrid formalarının keyfiyyət göstəricilərinə görə seçilib öyrənilməsi
  • Respublikamızın Qərb regionunda rayonlaşdırılmış üzüm sortları üçün calaq komponentlərinin öyrənilməsi və ting istehsalı ilə məşğul olan təsərrüfatlara tövsiyə edilməsi
  • Diferensial aqrotexnikanı tətbiq etməklə perspektiv üzüm sortlarının məhsuldarlıq və keyfiyyət göstəricilərinin öyrənilməsi
  • Abşeronun boz-qonur torpaqlarına üzvi gübrə fonunda verilən mineral gübrələrin müxtəlif üzüm sortlarından alınan  ekeloji təmiz məhsulun kəmiyyət və keyfiyyətinə təsiri
  • Seleksiya yolu ilə institutda yaradılmış və İntroduksiya olunmuş üzüm sortlarının xəstəlik və zərərvericilərə qarşı davamlılığının öyrənilməs, yeni pestisidlərin sınağının aparılması
  • Abşeron torpaq-iqlim şəraitində yeni yaradılmış hibrid formalarından alınan şərabların kimyəvi tərkibinə və keyfiyyət göstəricilərinə  təsirinin öyrənilməsi
  • Yüksək keyfiyyətli ekoloji təmiz məhsul istehsali üçün mütərəqqi istilik üsüllarının tədbiq ilə üzümün süni qurudulması texnologiyasının  təkmilləşdirilməsi
  • Yüksək keyfiyyətli şərab və konyak istehsalı üçün xammalın seçilməsi və texnologiyalarının işlənib hazırlanması

Comments are closed