İnstitutun strukturu

İnstitutun strukturu

Guzel

Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə Üzümçülük və Şərabçılıq ET İnstitutunun 8 şöbəsi (Üzümün emalı və şərabın texnologiyası şöbəsi, Üzümün aqrotexnikası şöbəsi, Ampeloqrafiya, seleksiya və tinglik şöbəsi, İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi, Üzümçülük və tingçilik şöbəsi , Təsərrüfat şöbəsi, Hüquq , kadr və karguzarlığın təşkili şöbəsi, Maliyyə və mühasibat uçotu şöbəsi), 4 laboratoriyası (İnteqrir mübarizə texnologiyaları laboratoriyası, Biokimyəvi tədqiqatlar və keyfiyyətə nəzarət laboratoriyası, Aqrokimya laboratoriyası, Üzümün saxlanması,qurudulması və təkrar emalı laboratoriyası), Gəncə Təcrübə Stansiyası, Şamaxı  Təcrübə StansiyasıCəlilabad Dayaq Məntəqəsi  məşğul olur. İnstitutda tədqiqat işləri fundamental və tətbiqi istiqamətdə aparılır. İnstitutun əsas eksperimental təcrübə bazası olan Ampeloqrafik kolleksiya bağı (15 hek.), bundan başqa ölkənin müxtəlif aqroekoloji bölgələrində yerləşən 2 təcrübə stansiyası (Gəncə TS, Şamaxı  TS) və 1 dayaq məntəqəsi (Cəlilabad DM), üzüm tingliyi və calaq üzüm əkin materialları üzrə 3 Üzüm Tingliyi Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi Məhdud Məhsuliyyətli Cəmiyət (Ağstafa ÜTDKTİM MMC, Şamaxı ÜTDKTİM MMC, Cəlilabad ÜTDKTİM MMC) fəaliyyət göstərir.

Azərbaycanda üzümçülük və şərabçılığın müasir tələblər səviyyəsində inkişafını təmin etmək məqsədilə Üzümçülük və Şərabçılıq ET İnstitutunda 1 problem, 9 mövzu üzrə 13 elmi-tədqiqat işi aparılır. ÜŞETİ-da 106 nəfər işçi çalışır ki, elmi-tədqiqat işlərinin icracında 44 nəfər elmi işçi, o cümlədən 13 nəfər fəlsəfə doktoru və 2 nəfər elmlər doktoru iştirak edir (AMEA-nin muxbir üzvü). Son on ildə İnstitutun doktoranturasında 8 nəfər təhsil almışdır. 6 nəfər fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiə etmiş, 2 nəfər dissertasiya işinin müdafiəsi ərəfəsindədir (1 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru üzrə) , 1 nəfər isə elmlər doktoru üzrə dissertasiya işini müvəffəqiyətlə müdafiə etmişdir. Kadr potensialını gücləndirmək məqsədilə doktoranturaya qəbul davam etdirilir.

İnstitutun əməkdaşları apardıqları elmi-tədqiqat işlərinin nəticələri barədə Beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda məruzə edir, tədqiqat işlərinin nəticələrini  yerli və xarici mətbuatlarda məqalə şəklində nəşr etdirirlər. İnstitut alimləri tərəfindən 700-dən çox elmi məqalə, dərs vəsaitləri, texnoloji təlimatlar və normativ materiallar toplusu, Azərbaycan, Rus və İngilis dillərində kitablar, broşuralar dərc etdirilmişdir.

 institut-2

Comments are closed