Kitablar

ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN ELMİ KİTABLARI

kitab ing
T.M.Panahov,  Technology of wine-making products produced in Azerbaijan – döringDRUCK Braunschweig 2016-545p.
ingilis dilində

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov tərəfindən qələmə alınmış və Almaniyada nəşr olunmuşdur

Kitabda süfrə, desert, tünd, oynaq üzüm şərablarının, konyakların, tünd meyvə içkilərinin, vakuum-şirəsi, kosentrat təbii üzüm şirəsi və üzüm sirkəsinin  istehsalı ətraflı təsvir edilmiş, tətbiq edilən texnoloji avadanlığa aid tələblər, qüvvədə olan standartların və texnoloji şərtlərin siyahısı verilmişdir. Azərbaycanın şərabçılıq müəssisələrində istehsal olunan əsas şərabçılıq məhsullarının hazırlanması üzrə texnoloji sxemlərin toplanaraq sistemləşdirilmiş qaydada oxuculara təqdim edilməsi, ayrı-ayrı ədəbiyyat mənbələrinə müraciət etmək zərurətini aradan qaldırır.


20161201_163839_HDRPənahov T.M., Səlimov V.S. Azərbaycanın üzüm sortları Bakı: 2016, 286 s.

 

Kitabda Azərbaycanda sortöyrənmə işlərinin aparılması, üzümçülüyün xalq təsərrüfatı üçün əhəmiyyəti, üzümçülük və şərabçılığın inkişaf tarixinə dair dolğun məlumat verilmiş, 540 yerli və introduksiya olunmuş üzüm sortlarının azərbaycan, rus və ingilis dillərində tam ampeloqrafik təsviri təqdim edilmişdir.


kitab az

Pənahov T.M. Azərbaycanda istehsal olunan şərabçılıq məhsullarının texnologiyası, Bakı: “Elm” 2015, 546 s.

 

Kitabda süfrə, desert, tünd, oynaq üzüm şərablarının, konyakların, tünd meyvə içkilərinin, vakuum-şirəsi, kosentrat təbii üzüm şirəsi və üzüm sirkəsinin  istehsalı ətraflı təsvir edilmiş, tətbiq edilən texnoloji avadanlığa aid tələblər, qüvvədə olan standartların və texnoloji şərtlərin siyahısı verilmişdir. Azərbaycanın şərabçılıq müəssisələrində istehsal olunan əsas şərabçılıq məhsullarının hazırlanması üzrə texnoloji sxemlərin toplanaraq sistemləşdirilmiş qaydada oxuculara təqdim edilməsi, ayrı-ayrı ədəbiyyat mənbələrinə müraciət etmək zəruriyyətini aradan qaldırır. Bu kitablar şərabçılıq müəssisələri, elecə də elmi işçilər, ali və orta ixtisas müəssisələri üçün olduqca qiymətli vəsaitdir.


sh1T.M.Pənahov, A.S.Şükürov, V.S.Səlimov, Üzüm bağlarında aqrotexniki tədbirlərin yerinə yetirilməsinə dair tövsiyələr Bakı: “Müəllim”, 2014, 140 s.

 

Kitabda respublikanın təbii-iqtisadi bölgələrinin torpaq-iqlim şəraiti nəzərə alınaraq yetişdirilməsi tövsiyə edilən üzüm sortlarının seçilməsi, üzümlüklərin salınması üçün torpaq sahələrinin seçilməsi və əkinə hazırlanması zamanı həyata keçirilən tədbirlər, üzümün becərmə texnologiyası, üzümlüklərin mühafizəsi, o cümlədən onların xəstəlik və zərərvericilərdən qorunması üçün istifadə edilən müasir kimyəvi preparatlar, istifadə vaxtları və norması, gübrələmə və s. haqqında məlumat verilir.


sekil 4

Hüseynov M.Ə., Əhmədov Ə.İ. Milli Azərbaycan şərbətləri və spirtsiz içkilər. Monoqrafiya. Bakı: “Çaşıoğlu”, 2014, 272 s.

 

Kitabda Azərbaycan milli şərbətlərinin və spirtsiz içkilərin istehsalında istifadə olunan xammallar, Azərbaycan milli şərbətlərinin və içkilərinin çeşidi, spirtsiz içkilərin, o cümlədən respublikada çıxarılan və istifadə olunan mineral suların çeşidi, meyvə və tərəvəz şirələri, Azərbaycan çayı və digər isti və soyuq içkilər haqqında geniş məlumat verilir. Kitabda spirtsiz içkilərin insan orqanizminə fizioloji təsiri və milli içkilərin müalicəvi əhəmiyyəti, eləcə də Azərbaycan milli şərbətlərinin və spirtsiz içkilərin keyfiyyət ekspertizası və onun nəticələrinin müzakirəsi öz əksini tapmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


2Pənahov T.M. Azərbaycan şərabçılıq məhsullarının texnologiyası, Bakı: “Nurlan” 2013, 457 s.

 

Kitabda süfrə, desert, tünd, oynaq üzüm şərablarının, konyakların, tünd meyvə içkilərinin, vakuum-şirəsi, kosentrat təbii üzüm şirəsi və üzüm sirkəsinin  istehsalı ətraflı təsvir edilmiş, tətbiq edilən texnoloji avadanlığa aid tələblər, qüvvədə olan standartların və texnoloji şərtlərin siyahısı verilmişdir. Azərbaycanın şərabçılıq müəssisələrində istehsal olunan əsas şərabçılıq məhsullarının hazırlanması üzrə texnoloji sxemlərin toplanaraq sistemləşdirilmiş qaydada oxuculara təqdim edilməsi, ayrı-ayrı ədəbiyyat mənbələrinə müraciət etmək zəruriyyətini aradan qaldırır. Bu kitablar şərabçılıq müəssisələri, elecə də elmi işçilər, ali və orta ixtisas müəssisələri üçün olduqca qiymətli vəsaitdir.


Vuqar1

 Pənahov T.M., Səlimov V.S. Azərbaycanın üzüm sortları Bakı: 2012, 288 s.

 

Kitabda Azərbaycanda sortöyrənmə işlərinin aparılması, üzümçülüyün xalq təsərrüfatı üçün əhəmiyyəti, üzümçülük və şərabçılığın inkişaf tarixinə dair dolğun məlumat verilmiş, 540 yerli və introduksiya olunmuş üzüm sortlarının azərbaycan, rus və ingilis dillərində tam ampeloqrafik təsviri təqdim edilmişdir.


kitab rus dТариель Магомед оглы Панахов. Сборник технологических инструкций по производству вин и коньяков на винодельческих предприятиях Азербайджанской Республики. Баку: “Unicild”, 2011. 476 c.
rus dilində

Kitabda süfrə, desert, tünd, oynaq üzüm şərablarının, konyakların, tünd meyvə içkilərinin, vakuum-şirəsi, kosentrat təbii üzüm şirəsi və üzüm sirkəsinin  istehsalı ətraflı təsvir edilmiş, tətbiq edilən texnoloji avadanlığa aid tələblər, qüvvədə olan standartların və texnoloji şərtlərin siyahısı verilmişdir. Azərbaycanın şərabçılıq müəssisələrində istehsal olunan əsas şərabçılıq məhsullarının hazırlanması üzrə texnoloji sxemlərin toplanaraq sistemləşdirilmiş qaydada oxuculara təqdim edilməsi, ayrı-ayrı ədəbiyyat mənbələrinə müraciət etmək zəruriyyətini aradan qaldırır. Bu kitablar şərabçılıq müəssisələri, elecə də elmi işçilər, ali və orta ixtisas müəssisələri üçün olduqca qiymətli vəsaitdir.


sup1

Pənahov T.M., Ağayeva Z.M. Üzümün zərərverici  və xəstəliklərinə qarşı aqrotexniki mübarizə tədbirləri  Bakı: 2011, 84 s.

 

Bu kitabda zərərverici və xəstəliklərin üzümlüklərə vurduğu ziyanı azaltmaq üçün aqrotexniki üsullardan düzgün istifadə etmə qaydaları izah olunur, üzüm tənəyinin quruluşu, illik inkişaf dövrü, xəstəlik və zərərvericilərin əsas əlamətləri geniş təsvir olunmuşdur. Kitab fermerlər, aqronomlar və həyətyanı sahələrdə üzüm becərən həvəskar üzümçülər üçün nəzərdə tutulub.


şək1

T.M.Pənahov, V.S.Səlimov, Ə.M.Zari, Azərbaycanda üzümçülük Bakı: “Müəllim”, 2010, 224 s.

 

Kitabda Azərbaycanda üzümçülük və şərabçılığın inkişafına , ampeloqrafik kolleksiya bağında becərilən üzüm sortlarına dair dolğun məlumat təqdim olunmuş,  respublikanın təbii-iqtisadi bölgələrinin xarakteristikası, hər bölgə üçün becərilməsi tövsiyə edilən sortlar və onların şərabçılıqda istifadə istiqamətləri göstərilmişdir. Kitabda həmçinin İnstitutun Abşeron kolleksiya bağında becərilən üzüm sortlarının ampeloqrafik təsviri verilmişdir.


şək2
Ağayeva Z.M., Pənahov T.M., Nurəddinova H.R. Azərbaycanda üzümün xəstəlik və zərərvericiləri, onlarla mübarizə üsulları, Bakı: “Müəllim”, 2010, 96 s.

 

Kitabda üzümün xəstəlik və zərərvericiləri, onlara qarşı aqrotexniki, kimyəvi və  bioloji mübarizə üsullarından bəhs edilir. Kitabda üzümlüklərə ziyan vuran xəstəlik və zərərvericilərin diaqnostik əlamətləri təsvir edilir, aqrotexniki, kimyəvi və  bioloji mübarizə üsullarının tətbiq edilmə qaydaları izah olunur.  Xəstəlik və zərərvericilərlə mübarizədə tətbiq edilən effektiv pestisidlər tövsiyə olunmaqla onların işlənmə normaları tövsiyə edilmişdir.


şək3
Pənahov T.M., Şükürov A.S., Əliyeva G.H. Üzüm bağlarında aqrotexniki tədbirlərin təqvim üzrə yerinə yetirilməsinə dair tövsiyələr   Bakı 2009, 23 s.

 

Bu broşurada üzümlüklərin aqrotexniki tədbirlər əsasında mövsümi becərilməsinə dair tövsiyələr, aqrotexniki qulluq işlərinin vaxtı və aparılma qaydaları göstərilmişdir. Kitab üzümçü-fermerlər və fərdi üzüm təsərrüfatlarının sahibləri üçün nəzərdə tutulmuşdur.


şək6

Pənahov T.M., Qədimova R.A. Azərbaycan Respublikasında üzümçülük və şərabçılığın inkişaf etdirilməsinin aktual problemləri, Bakı: “Müəllim”, 2009, 36 s.

 

Broşurada respublikada üzümçülük və şərabçılığın inkişafında dövlət siyasəti, şərabçılıq sənayesində statistikanın rolu, insanların həyatında üzüm və şərabın rolu, şərabçılıq məhsullarına nəzarətin təşkili,  üzüm-əkin materialının hazırlanması və becərilməsi, üzümlüklərin salınması və becərilməsində aqrotexniki və iqtisadi tədbirlər, üzüm və şərabçılıq məhsullarının realizasiyası, məhsul istehsalının iqtisadi xüsusiyyətləri və s. məsələlərdən bəhs edilir.


şək4Панахов T.M., Кадымова P.A. Об актуальных проблемах подъема и возрождения виноградарства и виноделия Азербайджанской Республики, Баку 2008, 36 c.

 

Broşurada respublikada üzümçülük və şərabçılığın inkişafında dövlət siyasəti, şərabçılıq sənayesində statistikanın rolu, insanların həyatında üzüm və şərabın rolu, şərabçılıq məhsullarına nəzarətin təşkili,  üzüm-əkin materialının hazırlanması və becərilməsi,  üzümlüklərin salınması, üzüm məhsulunun yığım, qablaşdırma, daşınma və satış qaydaları, üzüm məhsulunun maya dəyərinin kalkulyasiyası, bir hektar üzümlüyün salınması  və becərilməsi üzrə aqrotexniki proqram  və s. məsələlərdən bəhs edilir.


şək5
Pənahov T.M., Səlimov V.S. Azərbaycanın aborigen və introduksiya olunmuş üzüm sortları, Bakı 2008, 258 s.

 

Kitabda Azərbaycanın 540 yerli, introduksiya olunmuş üzüm sortlarının və hibrid formalarının səciyyəvi xüsusiyyətləri təsvir edilmişdir. Əsərdə üzümçülüyə dair bəzi mənbələrdə adları məqsədli olaraq dəyişdirilən Azərbaycanın 120 qədim üzüm sortu oxuculara əsl, əzəli adları ilə təqdim edilmiş, onların Azərbaycana məxsus olması elmi dəlillərlə sübuta yetirilmiş, beləliklə də erməni ampeloqraflarının məkirli niyyətləri üzə çıxarılmışdır.

Comments are closed