İnteqrir mübarizə texnologiyaları laboratoriyası

İnteqrir mübarizə texnologiyaları laboratoriyasında aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi seleksiya yolu ilə institutda yaradılmış hibridlərin və introduksiya olunmuş üzüm sortlarının xəstəlik və zərərvericilərə qarşı davamlılığının öyrənilməsi və eyni zamanda xəstəlik va zərərvericilərə qarşı yeni pestisidlərin sınağını keçirib, onların səmərəliliyini öyrənməkdir. Üzümün mühafizəsi olmadan yüksək məhsuldarlıqdan danışmaq olmaz. Çünki hər il bir çox   xəstəlik və zərərvericilər-mildium, oidium, filloksera, salxım yarpaqbükəni və s. üzümlüklərə ziyan vuraraq, məhsul itkisinə va hətta bitkinin tamam məhv olmasına səbəb olur. Məhz filloksera zərərvericisi yayıldığı zonalarda üzümlüklərə çox ziyan vurur.

Abşeron zonasında ən çox yayılmış göbələk xəstəliyi oidium, zərərvericisi isə salxım yarpaqbükənidir. Laboratoriyanın fəaliyyəti ərzində oidium xəstəliyinə qarşı bir çox  funqisidlər sınaqdan keçirilir, onların səmərəliliyini, toksiki təsir müddətini, ətraf mühitə ziyan vurub-vurmadığı öyrənilir. Sınaqdan keçirilən funqisidlər sırasında Bayleton, Kumulus, Kollis, Kabrio-Top, kükürdün ion maye tipli duzla qarışığı va s. vardır.

Kükürdün N (2-hidroksi-4-metil benzil) morfolinin ion maye tipli duzu ilə qarışığından ibarət pestisid Neft kimya prosesləri institutu ilə birgə sintez olunmuş və oidium xəstəliyinə qarşı  müvəffəqiyyətlə sınaqdan keçmişdir. Mildiu xəstəliyinə qarşı poliakrilamid sınaqdan keçirilmiş və müsbət nəticələr alınmışdır:

  1. Preparatın istifadəsi göy daşın istifadəsini xeyli azaldır va tərkibində olan göy daşın yuyulmasının qarşısı alınır.
  2. PAA preparatının istifadəsi hazırda istifadə olunan preparatlardan 10 dəfə ucuz başa gəlir.

Salxım yarpaqbükəninə qarşı Sumisidin , Fastak, Super takimetrin və s. insektisidlər sınaqdan keçirilmişdir.

Sınaqların əsas məqsədi ətraf mühitə ziyan vurmayan, toksiki təsir müddəti çox olan, az istifadə normalı va selektiv təsirə malik pestisidlərin fermer təsərrüfatlarına tövsiyyə olunmasıdır.

Pestisid sözünda “pest”-zərərli orqanizm, “sido”-öldürürəm deməkdir. Pestisidlər təsir mexanizminə görə 2 qrupa bölünür: sistem va kontakt təsirli. Pestisidlər təsir obyektinə görə də bölünür.

Funqisidlər göbələklərə qarşı (mildiu, oidium), insektisidlər zərərvericilərə qarşı (salxım yarpaqbükəni, filloksera), herbisidlər isə alaq otlarına qarşı tətbiq olunurlar.

İnteqrir mübarizə texnologiyaları sahəsində gələcək tədqiqatlarda kompleks mübarizə tədbirlərindən istifadəyə geniş yer verməyi nəzərdə tuturuq. Yəni, xəstəlik və zərərvericilərə qarşı aqrotexniki, bioloji və kimyəvi mübarizəni birlikdə həyata keçirmək daha səmərəli nəticə verər.

Gələcək tədqiqat işləri üçün laboratoriya şəraitində xəstəlik və zərərvericilərin müşahidəsi də nəzərdə tutulur. Adi şəraitdə sort və hibridlərin davamlılığına, yəni törədicilərin inkişaf dinamikasına bir sıra amillər- torpaq-iqlim şəraiti, aqrotexnika və s. təsir edir. Bu və ya digər sortun davamlılığına kənar amillərin təsirini aradan qaldırmaqla sortun xəstəlik və zərərvericilərə qarşı davamlılığı haqda daha düzgün məlumat almaq olar. Gələcəkdə seleksiyada bu davamlı sortlardan istifadə etməklə yeni davamlı sortlar yaratmaq olar.

İnteqrir mübarizə texnologiyaları laboratoriyasında aparılmış elmi-tədqiqatlar əsasında bir sıra məqalələr yazılmış, kitablar nəşr olunmuşdur. 2010 və 2011-ci illərdə nəşr olunmuş “Azərbaycanda üzümün xəstəlik və zərərvericiləri, onlarla mübarizə üsulları” və “Üzümün zərərverici və xəstəliklərinə qarşı aqrotexniki mübarizə tədbirləri” adlı kitablar üzümçülüklə məşğul olanlar üçün böyük praktiki köməkdir.

İnteqrir mübarizə texnologiyaları tərəfindən laboratoriyasının əməkdaşları və İnstitut rəhbərliyinin köməkliyi ilə hazırlanmış və oxuculara təqdim olunmuş bu kitablarla tanış olanlar üzüm və onun mühafizəsi haqda ətraflı məlumat ala bilərlər.

Снимок1 Снимок2 Снимок3 Снимок4 Снимок5 Снимок6 Снимок7 Снимок8 Снимок9 Снимок10 Снимок11

Fungisid SAM_1672 SAM_1678 SAM_1680 SAM_1683 SAM_1685 SAM_1689 SAM_1690 SAM_1691

Comments are closed