Məqalələr

İnstitut əməkdaşlarının Beynəlxalq nüfuzlu jurnallarda  (Thomson Reuters, Scopus və s.) mütəmadi olaraq elmi əsərləri nəşr olunur
a3Panahov T.M. Technological evaluation of the oak Azerbaijan for wine making. The USA Journal of applied sciences. USA

Məqalədə palıd ağacının anatomik quruluşunun və kimyəvi tərkibinin tədqiq edilməsinin nəticələri təqdim edilmiş, Azərbaycanın palıd ehtiyatlarının texnoloji baxımdan qiymətləndirilməsi verilmiş və başqa ölkələrin palıd əkinləri ilə müqayisədə Azərbaycanda palıd meşələrinin miqdar nisbəti göstərilmişdir. Bununla yanaşı, məqalədə fenol maddələrinin və digər komponentlərin gövdənin müxtəlif hissələrində paylanma xüsusiyyətləri şərh edilmişdir.  


a5

Panahov T.M. Assessment of efficient use perspectives of oak resources of the Republic of Azerbaijan and their processing products in wine-making industry. Bioscience journal. Uberlandia, Brazil

Məqalədə Azərbaycanda və şərabçılıqla məşğul olan dünyanın digər ölkələrində şərab və konyak distillyatlarının palıd çəlləklərdə yetişdirilməsi barədə geniş məlumat verilmiş, palıd emalı məhsullarının şərabçılıq sənayesində istifadə istiqamətlərinin tədqiq edilməsinin nəticələri təqdim edilmişdir. Həmçinin Azərbaycanın müxtəlif regionlarından tədarük edilmiş, şərab və konyak çəlləklərinin istehsalı üçün yararlı palıd növlərinin təsnifatı verilmişdir.


a6

Panahov T.M. Study on micromycetes in the firewood of oak clinchers within the drying-cultivation process. J-FOR (Journal of science & technology for forest products and processes). Canada

Məqalədə mikromisetlərin təsirinin öyrənilməsinə dair əldə edilən nəticələr təqdim edilmişdir. Həmin nəticələrə əsasən, palıd oduncağının səthindəki göbələklər pərçimlərin qalaqlarda qurudulması-yetişdirilməsi prosesində mühüm rol oynayırlar. Fermentativ artım zamanı ətir əmələ gətirən komponentlərin çoxalması oduncağın fiziki-kimyəvi tərkibinin tələb olunan səviyyəyə qədər dəyişməsi hesabına baş verir.


20161130_133255_HDR

Panahov T.M. On the research of the micromycetes in the oak wood of clinchers within the drying-cultivation process. Asian economic and business review. Malaysia

Bu məqalədə palıd oduncağının qurutma-yetişdirmə texnologiyasından, pərçimlərin qurudulması zamanı səthi mikrofloranın rolundan və palıd çəlləklərin şərabçılıqda istifadə etmə spesifikasiyasından bəhs edilir. Azərbaycanın müxtəlif regionlarında bitən palıd növlərinin texnoloji qiymətləndirilməsi və təsnifatı, pərçim istehsalının optimallaşdırılması, çəllək istehsalı üçün pərçimlərin qurudulması-yetişdirilməsi üsulunun təkmilləşdirilməsi tədqiqatın elmi yeniliyini təşkil edir.


a4

Panahov T.M. Development of parameters and modes of technology of cognac spirits in old debilitated oak barrel with use of products of processing oak. Sciences, technology and higher education. Canada

Məqalədə konyak spirtlərinin köhnə, dəfələrlə istifadə olunmuş çəlləklərdə yetişdirilməsi zamanı palıd çipslərdən istifadə edilməsinin səmərəliliyinin öyrənilməsinə dair tədqiqatların nəticələri verilmişdir. Müəyyən edilmişdir ki, çipslər konyak spirtini palıd komponentləri ilə lazımi qədər zənginləşdirir. Belə ki, təbii və termiki işlənmiş çipslərin 1:1 nisbətində, 8 q/dm3 dozasında istifadəsi ilə aparılan təcrübə variantında skopoletin, vanilin, evgenol və ətirli laktonların qatılığı təzə çəlləkdə yetişdirilmiş konyak spirti ilə müqayisədə xeyli yüksəlmişdir. Köhnə çəlləklərdə 1:1 nisbətində əlavə edilən təbii və termiki işlənmiş çipslərlə təmasda yetişdirilmiş konyak spirtində etil spirtinin miqdarı 91,1-98,8-ə qədər artmışdır, o zaman ki, təzə çəlləkdə yetişdirilmiş konyak spirtində bu göstərici 93,3 təşkil etmişdir.


a7

Панахов T.M. Разработка классификации древесины дуба для виноделия в исследуемых районах Азербайджана. Успехи современной науки и образования. Россия, Белгород

Bu məqalədə Azərbaycanın müxtəlif regionlarında bitən palıd növlərinin nümunələrində oduncağın anatomik quruluşunun və kimyəvi tərkibinin müqayisəli öyrənilməsinin nəticələri verilmişdir. İşlənib hazırlanmış təsnifatda şərab və konyak çəlləklərinin istehsalı üçün yararlı olan Azərbaycan palıd növləri müəyyən edilmişdir.


mmПанахов T.M. Роль азербайджанского дуба в процессе выдержки коньячного спирта. Аграрный научный журнал. Россия, Саратов

Bu məqalədə Azərbaycan palıdının konyak spirtinin yetişdirilməsi prosesində rolunun müəyyən edilməsi üzrə aparılan tədqiqatların nəticələri şərh edilir. Konyak spirtlərinin palıd ağacının emalı məhsulları ilə: mikropərçim və müxtəlif fraksiyalı yonqarla yetişdirilməsinin kinetikası tədqiq edilmiş, konyak spirtinin palıd emalı məhsulları ilə yetişdirilməsinin ənənəvi yetişdirmə texnologiyası ilə müqayisədə üstünlükləri təsvir edilmişdir.


a8Панахов T.M. Физико-химические и микробиологические показатели виноматериалов, имеющих болезни и пороки, и способ их устранения. Международный Научно-Исследовательский Журнал. Россия, Екатеринбург

Məqalədə şərh olunan tədqiqatların nəticələri palıd emalı məhsullarının şərablarda xəstəlik və qüsurların müalicəsi və aradan götürülməsi üçün istifadə edilməsinin mümkün olduğunu göstərmişlər. Şərab materialının işlənməsi üçün münasib cxem təyin etmək məqsədilə onların fiziki-kimyəvi, orqanoleptik və mikrobioloji göstəriciləri müəyyən edilmişdir. Əldə edilən nəticələrə əsasən müxtəlif şərab materialları üçün çipslərin optimal dozası və təmas müddəti müəyyən edilmişdir.


a10Панахов T.M. Расчёты процессов сушки дубовых клёпок в орошаемых штабелях при созревании. Успехи современной науки и образования. Россия, Белгород

Məqalədə təqdim olunan tədqiqat nəticələrinə görə, pərçimlərin 22 %-ə qədər quruması suvarma-qurutma əməliyyatı zamanı (hər biri 8 saat davam edir),  bir sutka ərzində baş verir. Təcrübələr yolu ilə müxtəlif anatomik quruluşa və fiziki xassələrə malik palıd pərçimlərinin qurutma dinamikası müəyyən edilmişdir.


a2Панахов T.M. Использование продуктов переработки дуба при производстве продукции из винограда. Материалы международной научно-практической конференции «Новации в горном и предгорном садоводстве», посвящённой памяти С.А.Алексеевой. Россия (Кабардино-Балкария), Нальчик

Uzun müddət istifadə olunmuş və artıq tükənməş palıd çəlləklərdə yetişdirilən konyak spirtlərinin yüksək keyfiyyətini təmin etmək məqsədilə palıd emalı məhsullarından istifadə etməklə müxtəlif variantlarda təcrübələr qoyulmuşdur. Təcrübələrin nəticələri göstərmişdir ki, konyak spirtlərinin köhnə palıd çəlləklərdə yetişdirilməsi zamanı təbii və termiki işlənmiş palıd çipslərdən 1:1 nisbətində istifadə edilməsi spirtləri palıd komponentləri (skopoletin, vanilin, evgenol, oktalaktonlar) ilə zənginləşdirərək, təzə çəllək effekti verir. Tədqiqatlarla müəyyən edilmişdir ki, palıd emalı məhsullarının şərabçılıq sənayesində istifadəsi olduqca     səmərəli və iqtisadi cəhətdən sərfəlidir.


c

Panahov T.M. Prospects of using oak wood integrated processing products in winemaking, dealing with shortcomings on the base of implementing oak wood derivative products. Indian journal of science and technology. India

Bu məqalədə şərablarda xəstəlik və qüsurların, xüsusən də “siçan tonu”nun müalicəsi və aradan qaldırılması üçün palıd emalı məhsullarından istifadə etmə imkanlarının araşdırılmasına dair məlumat verilir. Seçilmiş şərab materiallarında xəstəliyin mərhələsini və keçmə şəraitini müəyyən etmək və münasib işləmə sxemlərini təyin etmək üçün onların fiziki, kimyəvi və mikrobioloji xüsusiyyətləri öyrənilmişdir. Şərab materiallarının metal kass, kristallik, kolloid və biokimyəvi bulanmalara qarşı meylliyi də yoxlanılmışdır. Müəyyən edilmişdir ki, turş və tünd şərab materiallarında “siçan tonu” xəstəlik/qüsurunun müalicəsi və aradan qaldırılması üçün palıd emalı                   məhsullarından istifadə edilməsi müsbət təsir göstərir.


d

Panahov T.M. The dynamics of exhaustion of reusable oak barrels. Global journal of biology, agriculture & health science. India

Bu məqalədə şərab və konyak yetişdirmək üçün istifadə edilən palıd çəlləklərdə aromatik və fenol maddələrinin qatılığının azalma dərəcəsinin təyin edilməsi üzrə aparılan tədqiqatların nəticələri təqdim edilmişdir. Tədqiqatlar yolu ilə müəyyən edilmişdir ki, çəlləyin şərab və ya konyak spirti ilə təmasda olan oduncaq qatında komponentlərin miqdarı yetişdirmə prosesinin hər mərhələsində əhəmiyyətli dərəcədə azalır. Tədqiqatlarla həmçinin Azərbaycan şəraitində palıd çəlləklərin optimal istifadə müddəti müəyyənləşdirilmişdir.



mmm
Панахов Т.М., Салимов В.С., Асадуллаев Р.А. Изучение наследования хозяйственно ценных признаков в некоторых гибридных популяциях винограда. Сибирский вестник сельскохозяйственной науки. Россия

Məqalədə üzümün hibrid populyasiyalarında bitkilərin biomorfoloji və təsərrüfat-texnoloji xüsusiyyətlərinin öyrənilməsinin nəticələri şərh olunur. Hibrid nəslin toxmacarlarında xassə və əlamətlərin irsən keçməsinin, dominantlıq və heterozisin özünü büruzə verməsinin qanunauyğunluqları tədqiq edilmişdir. Əldə edilmiş nəticələrin ümumiləşdirilməsi yolu ilə populyasiyaların tərkibi müəyyən edilmiş, bütün populyasiya və qruplar üzrə dominantlıq əmsalı və heterozis effekti müəyyən edilmişdir.


a9

Panahov T.M. Method of disposal of high alcohol increased concentration in young grape distillate. Bulletin of the Georgian National Academy of Sciences. Tbilisi, Georgia

Məqalədə cavan konyak spirtlərinin palıd emalı məhsulları ilə işlənməsinin eksperimental nəticələri verilmişdir. Təcrübələrdə yaşı 120 ildən çox olan İsmayıllı palıdının oduncağından hazırlanmış yonqar və pərçimdən istifadə olunmuşdur. Oduncaq üzərində ali spirtlərin və metanolun adsorbsiyası müvafiq olaraq 61-65% və 48,4% təşkil etmişdir. Məqalədə həmçinin cavan distillyatların yonqar və pərçimlə təmasdan əvvəl və sonra orqanoleptik qiymətləri də verilmişdir.


a1

Panahov T.M. Technological evaluation of Azerbaijan oak wood for wine-making. Bulletin of the Georgian National Academy of Sciences. Tbilisi, Georgia

Məqalədə palıd oduncağının anatomik xüsusiyyətləri və kimyəvi tərkibi təsvir edilir, palıdın xammal ehtiyatlarının texnoloji qiymətləndirilməsi və digər ölkələrlə müqayisədə Azərbaycanda yayılmış palıd növləri barədə məlumat verilir,  eləcə də gövdənin müxtəlif hissələrində palıdın ətir əmələ gətirən komponentlərinin paylanma xüsusiyyətləri təsvir edilir.

 

Comments are closed