MALİYYƏ VƏ MÜHASİBAT UÇOTU ŞÖBƏSİ

MALİYYƏ VƏ MÜHASİBAT UÇOTU ŞÖBƏSİ

Şöbə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

  • Uçotun yeniləşməsinə, qanuna müvafiq aparılmasına dair məlumatlar hazırlayır və onların icrasını təmin edir.
  • Aqrar bölmədə uçotun normativ-hüquqi bazasının yaradılmasında iştirak edir.
  • İnstitutun tabeçiliyində olan müəssisələrin kənd təsərrüfatı məhsullarının istehsalı, satışı və s. ilə əlaqədar mühasibat uçotunun təkmilləşdirilməsinə dair təkliflər hazırlayır və səlahiyyəti daxilində tədbirlər görür.
  • İnstituta tabe olan qurumlar tərəfindən uçota aid verilən təklifləri nəzərdən keçirir və müvafiq rəy verir.
  • İnstitutun tabeliyində fəaliyyət göstərən qurumlarda istehsal olunan kənd təsərrüfatı məhsullarının uçotunun ilkin uçot sənədlərində əks etdirilməsinə köməklik göstərir.
  • Mühasibat hesabatının ilkin sənədlər əsasında tərtib edilməsini və təyin olunmuş müddətdə aidiyyəti təşkilatlara təqdim edilməsini təmin edir.
  • Tabeçilikdə olan təsərrüfat müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini həyata keçirir.
  • Şöbə işçiləri arasında əmək intizamını möhkəmləndirir.
  • Şöbədə cari işlərin görülməsini təmin edir.
  • Tabeçilikdə olan təsərrüfatların, stansiya və dayaq məntəqəsinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank və mal satan təşkilatlarla hesablaşmaların tənzimləməsinə dair müvafiq tədbirlər həyata keçirir.
  • Mərkəzin, həmçinin Mərkəzi Qurumun sisteminə daxil olan idarə, müəssisə və təsərrüfatların maliyyə-təsərrüfat fəaliyyətinin yekununa nazirliyin kollegiyasında baxılması üçün materialların hazırlanmasında və müzakirəsində bilavasitə iştirak edir.
  • Kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafelərinin qorunması ilə bağlı təkliflərin hazırlanmasında və aidiyyəti dövlət orqanlarına təqdim edilməsində öz səlahiyyətləri daxilində iştirak edir.
  • Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi üçün texniki, texnoloji, təşkilatı və iqtisadi tədbirlərin həyata keçirilməsində iştirak edir.
  • Aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin dəstəklənməsi məqsədi ilə kreditlərin cəlb edilməsini və təyinatı üzrə istifadəsini və habelə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələrin icrasının təmin edilməsini təşkil edir.
  • Kənd təsərrüfatı sahəsində kreditlərin verilməsi barədə təkliflər verir.

  Şöbənin hüquqları

  • Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
  • Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin struktur bölmələri, onun strukturuna daxil olan qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;
  • Mərkəzin tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat İnstitutlarının və Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin Əsasnamələrinə əsasən onların fəaliyyəti üzrə ayrılmış məqsədli büdcə vəsaitinin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək.
  • Elmi-Tədqiqat İnstitutları və Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərindən rüblük və illik hesabatlar almaq, onları icmallaşdırıb müvafiq orqanlara təqdim etmək.
  • Mərkəzin tabeliyində olan müəssisə, təşkilatlarının mühasibatlıq işindəki nöqsanlar barədə rəhbərliyə məlumat hazırlamaq.
  • Şöbənin işini təşkil etmək üçün tabelikdə olan təşkilatlardan lazımi sənədləri almaq.
  • Mərkəzin tabe qurumlarının fəaliyyətinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər  və s. barədə sənədləri tələb etmək.
  • Maliyyə vəsaitlərindən səmərəli və təyinati üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq.
  • Audit nəticələrinə dair rəy bildirmək.
  • Zəruri hallarda Mərkəzin tabeliyində olan qurumlarının əməkdaşlarından lazımi məlumatlar, izahatlar və arayışlar almaq.
  • Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq Mərkəzin tabeliyində olan qurumlarında müəyyən edilmiş formada, müddətlərdə və dövrlər üzrə arayış, məlumat və hesabatlar (o cümlədən vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqda müvafiq sənədləri) almaq.
  • Fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tətqiqatlar aparmaq, təkliflər vermək.

Şöbənin fəaliyyətinin təşkili

  • Şöbənin strukturu və və ştat vahidlərinin sayı nazir tərəfindən təsdiq olunur.
  • Şöbəyə Mərkəzin baş direktoru tərəfindən təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir.
  • Şöbə müdiri ona həvalə edilmiş vəzifələrin və funksiyaların yerinə yetirilməməsinə görə şəxsən məsuliyyət daşıyır.
  • Şöbənin müdiri şöbənin fəaliyyətinə rəhbərlik edir.
  • Mərkəz daxilində müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində ştat cədvəllərinə və xərclər smetasına nəzarət edir.
  • İşçilərin müəyyən edilmiş qaydada mükafatlandırılması və inzibati tənbeh edilməsi barədə rəhbərliyə təkliflər verir.
  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçmək məqsədi ilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazırlanması və tətbiqi üzrə Proqram haqqında” 20.02.2003-cü il tarixli 29 saylı Qərarının tətbiqi sahəsində şöbə işçiləri birlikdə iş planı tərtib edir.
  • Şöbə müdiri iş planına əsasən hər bir işçiyə aid iş planı tərtib edir və onun aparılmasına nəzarət edir.
  • Qüvvədə olan təlimat və qaydalara uyğun şöbənin kargüzarlıq işinin düzgün təşkilini və operativ aparılmasını təmin edir.
  • Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə və səlahiyyətlərinə uyğun məsuliyyət daşıyır.

Comments are closed