Patentlər

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun

PATENTLƏRI

s\s Patent və ya ixtiranın adı Müəlliflər Patent və ya ixtiranın təsviri
1 2-morfolilmetil-5-metilfeno- lun kompleks duzun üzümçülükdə oidium xəstəliyinə qarşı pestisid kimi tətbiqi.

Patent   a 20130085, 2013

AMEA NKPİ

V.M.Abbasov və s., AzETÜŞİ

T.M.Pənahov ,V.S.Səlimov

R.A. Rsədullayev

Üzümün  salxım və yarpaqlarında əmələ gələn oidium xəstəliyinə qarşı mübarizədə pestisid kimi tətbiq edilir. Xaricdən gətirilən preparatlardan üstünülüyü tərkibində zərərli maddələrin olmaması və təsir müddətinin nisbətən uzun olmasıdır.
2 Konyak spirti çəlləkləri üçün palıd taxtasının istehsal üsulu

ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş 26.XI.2012  iddia sənədi a20120064

T.M.Pənahov, A.S.Lukanin, S.Q.Zrajva, S.İ.Bayluk Analoqdan onunla fərqlənir ki, palıd taxtası yalnız onun müvafiq botaniki növündən illik halqalarında yetişmiş oduncaq 60%-dən yuxarı, kəsikdə yaşı 90 ildən az olmayan, oduncaqların açıq səmada 3 il saxlanmasını və çəllək düzəltməzdən 1 ay əvvəl 150-170ºC temperaturda işlənməsini nəzərdə tutur.
3 Şərab çəlləkləri üçün palıd taxtasının istehsal üsulu

iddia sənədi a20120072  26.XI.2012

T.M.Pənahov və baş. Analoqdan onunla fərqlənir ki, palıd taxtası yalnız onun müvafiq botaniki növündən yaşı 100 ildən yuxarı olan, halqalarında yetişmiş oduncaq 60%-dən yuxarı, kəsikdə yaşı 90 ildən az olmayan taxtadan mailliyi radius istiqamətində 4%-ə qədər, uzununa kəsik 0-30 mm olan və açıq səmada qalaqlarda 3 ildən az olmayaraq saxlanmalıdır.
4 Konyakın istehsal üsulu

ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş 26.XII.2012  iddia sənədi a20120079

T.M.Pənahov və baş. Analoqdan onunla fərqlənir ki, palıd taxtası fermentlə işlənmir, 75-108º temperaturda 1,0-2,5 saat ərzində qurudulur, ikinci növ palıd taxtası isə 150-170ºC temperaturda 24-36 saat ərzində qurudulur. Bu qarışıqda işləndikdən sonra konyak 6 ay müddətində palıd çəlləklərdə saxlanılır.
5 Şərabların istehsal üsulu T.M.Pənahov və baş. Analoqdan onunla fərqlənir ki, şərabı şüşələrə doldurmazdan 2 ay əvvəl fermentlə işlənmiş və 75-108 ºC temperaturda 1,0-2,5 saat ərzində saxlanmış palıdla,  fermentlə işlənmiş və 150-170 ºC temperaturda, 24-36 saat palıd qarışığı ilə 1,0-3,0 q/dm³ hesabı ilə əlavə etməklə işləyirlər.
6 Konyakın hazırlanma üsulu T.M.Pənahov

Ş.A.Tahirov

Analoqdan onunla fərqlənir ki, kupaja hazır konyakın kondisiyası təmin olunana qədər yumşaldılmış su ilə qarışdırırlır və qurudulmuş ağ tut meyvələri ilə 40ºC temperaturda işləyirlər.
7 Üzümü qırmızı üsulla emal edən qurğu

Patent  İ 2010 0019

T.M.Musayev, H.K.Fətəliyev, R.T.Xəlilov Analoqdan onunla fərqlənir ki, çənin silindrik hissəsinin daxili səthi rifleli örtüyə malikdir, bu halda valın üzərində içiboş pərlərin səviyyəsində uclarında dişli diyircəkləri olan əlavə pərlər bərkidilmişdir. İxtirada təklif olunan yeni qurğunun tətbiqi şərab istehsalı üçün nəzərdə tutulmuş xammaldan daha yüksək şirə çıxımına nail olmağa imkan verir.
8 Vərdənəli xırdalayıcı- daraqayırıcı qurğu

ixtira  İ 2008 0186

M.T.İsmayılov və baş. Analoqdan onunla fərqlənir ki, bunker vibratorla təchiz olunub, vərdənələr silindrik şəkildə yerinə yetirilib və süngər və qida rezinindən ibarət ikiqat yumşaq örtüklə təchiz edilmişdir, əzintiçıxaran isə üzərində “Г”-şəkilli çarx topları və şarnirlə onlara birləşən lövhələr yerləşmiş titrəyişli ştanqa şəklində yerinə yetirilmişdir.
9 Poliakrilamidin kükürdlə suda suspenziyasının və mis kuporosunun poliakrilamidlə məhlulunun üzümdə oidium və mildyu xəstəliklərinə qarşı tətbiqi   (patent almaq üçün təqdim edilmişdir) T.M.Pənahov

V.S.Səlimov

R.A. Əsədullayev

Suda 1%-li PAA məhlulunu hazırladıqdan sonra kükürd tozunu PPA-ə əlavə etməklə kükürdün PAA-li suda suspenziyası hazırlanır. PAA-in mis kuporosu ilə məhlulunu və kükürdlə suspenziyası fevral ayından başlayaraq ardıcıllıqla tənəklərə çilənir. Preparatın tətbiqi xəstəliklərin qarşısını effektiv almaqla yanaşı, xərclərin kəskin sürətdə azaldılmasına inkan yaradır.

 

Comments are closed