Qanunvericilik

Prezident“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram:

  1. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün.
  3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2011-ci il

№ 1890

2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair

DÖVLƏT PROQRAMI

  1. Ümumi əsaslar

1.1. Azərbaycanda üzümçülük və şərabçılığın inkişafının mövcud vəziyyəti

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir.

Vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vurulmuş, insanlar gəlir mənbələrindən məhrum edilmişlər.

Yalnız ölkəmiz müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra 90-cı illərin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi  mühüm sənədlər təsdiq edilmişdir.

2010-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda üzümün əkin sahəsi 15,4 min hektar, istehsalın həcmi 129,5 min ton, təzə və qurudulmuş üzüm idxalı 5,5 min ton, ixracı  isə 24,1 ton olmuşdur. 2010-cu ildə üzüm şərabı istehsalı 1070,7 min dekalitr təşkil etmişdir ki, onun da 21 faizi və ya 224 min dekalitri ixrac edilmişdir. Bununla yanaşı, həmin il təkrar emal üçün ölkəyə 187 min dekalitr şərab materialı idxal olunmuşdur.

Azərbaycanın təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın əvəzləşdirilməsinə şərait yarada bilər.

Azərbaycanda üzümçülük qədim və ənənəvi istehsal sahələrindən biridir. Əvvəllər Azərbaycanda 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilmiş və bunlardan təxminən 400-ü yerli üzüm sortlarına aid olmuşdur. Ölkə ərazisində üzüm sahələrinin coğrafi cəhətdən yerləşdirilməsi rayonların əlverişli torpaq-iqlim şəraiti nəzərə alınmaqla həyata keçirilmişdir.

Üzümçülüyün ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və üzüm emalı sənayesinin inkişafına xüsusi diqqət yetirmişdir. Onun şəxsi göstərişi ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu, həmçinin şərabçılıq sənayesinə mühəndis-texnoloq, mühəndis-mexanik kadrların hazırlanması məqsədi ilə 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutu yaradılmışdır.

1970-ci ildə üzüm sahələri 121,6 min hektar, üzüm istehsalı 351,7 min ton, məhsuldarlıq 46,8 sentner təşkil etdiyi halda, sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq artıq 1984-cü ildə üzüm sahələri 2,3 dəfə, üzüm yığımı 6 dəfə, məhsuldarlıq isə 2 dəfədən çox artaraq ən yüksək həddə çatmaqla 99,2 sentner təşkil etmişdir. Bununla da o dövrdə Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxmışdır.

Təəssüf ki, keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən 1985-ci ildə qəbul edilmiş “Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri” haqqında səriştəsiz qərardan sonra respublikamızın iqtisadiyyatının aparıcı sahələrindən biri olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzüm sahələri məhv edildi, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, üzüm sahələrində yetişdirilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortları itirilmək təhlükəsi ilə üzləşdi, məhsuldarlıq xeyli azaldı, üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düşdü. Bununla yanaşı, Ermənistanın torpaqlarımıza 1988-ci ildən başlayan təcavüzü nəticəsində 43 min hektar üzüm bağı işğal altında qalmışdır.

Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu sahədə müşahidə olunan tənəzzülün qarşısı tədricən alındı, üzümçülük və şərabçılığa diqqət yenidən artırıldı. Keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aqrar sektorda aparılan islahatlar nəticəsində bütün şərab və ilkin şərab emalı, şampan və konyak zavodları özəlləşdirməyə açıq elan edilərək onların bazasında 53 səhmdar cəmiyyəti yaradılmış, qalan 82 emal müəssisəsi isə kiçik müəssisə kimi özəlləşdirilmişdir.

Üzümçülükdə müşahidə olunan tənəzzülün qarşısı 2005-ci ildən başlayaraq alınmış, tədricən yeni üzüm bağlarının salınmasına, eləcə də keçmiş ənənələrdən və beynəlxalq təcrübədən yararlanmaqla üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqinə başlanılmış, nəticədə üzüm plantasiyalarının genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığında əhəmiyyətli artıma nail olunmuşdur.

Əlverişli biznes mühiti və müvafiq xammal bazasının mövcudluğu ölkədə müasir şərabçılıq müəssisələrinin yaradılmasına imkan vermişdir. Bu müəssisələr yeni üzüm sortları və texnologiyalar əsasında müasir üzüm plantasiyalarının salınmasında iştirak edir.

Üzüm istehsalı üçün ölkəmizin əlverişli təbii-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına olan yüksək tələbat üzümçülüyün daha da inkişaf etdirilməsini zəruri edir. Məhz buna görə Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

Keyfiyyətli süfrə və texniki üzüm sortlarından ibarət plantasiyaların salınması ilkin mərhələdə bioloji və fitosanitar baxımdan təmiz, yüksək məhsuldar, keyfiyyətli, ölkəmizin təbii-iqlim şəraitinə uyğun üzüm tinglərinin idxalına ehtiyac yaradır ki, bu da əlavə maliyyə vəsaiti tələb edir. Bu baxımdan üzümçülüyün davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli üzüm sortlarının yetişdirilməsi ölkəmizdə tingçilik təsərrüfatlarının yaradılmasını şərtləndirir.

Yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Odur ki, mövcud və yeni yaradılacaq üzümçülük təsərrüfatlarının uzunmüddətli maliyyə resursları ilə təminatı qarşıda duran ən vacib məsələlərdən biridir.

İstehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü (yığılması, saxlanması, qablaşdırılması, satışı və s.) xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə  həmin məhsulların “plantasiya-istehlakçı (şərabçılıq və digər emal müəssisələri, üzümsaxlama anbarları, ticarət-satış şəbəkələri və s.)” sxemi üzrə reallaşdırılması məsələləri həlli vacib olan problemlərdən biridir.

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) qeyd olunan problemlərin həllinə və üzümçülük və şərabçılığın kompleks inkişafına yönəldilmişdir.

1.2.  Dövlət Proqramının məqsəd və vəzifələri

Dövlət Proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Qeyd olunan məqsədə nail olunması aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

– süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzümlüklərin salınması;

– tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;

– üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi;

– üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;

– üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi;

– üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

– üzüm və şərabçılıq məhsulları emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni belə müəssisələrin yaradılmasının stimullaşdırılması;

– üzüm məhsullarının “plantasiya-istehlakçı” sxemi ilə satışının stimullaşdırılması;

– mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədi ilə anbar şəbəkələrinin və saxlanma kameralarının tikintisinin dəstəklənməsi;

– üzüm və şərabçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması;

– üzüm və şərabçılıq məhsullarının ixracının stimullaşdırılması;

– üzüm və şərabçılıq məhsulları üzrə daxili bazarın haqsız rəqabətdən qorunması;

– üzüm və şərabçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;

– üzüm və şərabçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi.

1.3.  Üzümçülüyün və şərabçılığın inkişafının əsas istiqamətləri

Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

– üzümçülük və şərabçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;

– institusional tədbirlərin həyata keçirilməsi;

– uzunmüddətli dövr üzrə üzümçülüyün inkişafını təmin edən maliyyələşdirmə mexanizmlərinin yaradılması;

– biotik və abiotik amillərə davamlı, məhsuldar, keyfiyyətli süfrə və texniki üzüm sortlarının müəyyənləşdirilməsi, eləcə də məhsul istehsalının təşkili üzrə kompleks tədbirlərin həyata keçirilməsi;

– şərabçılıq və digər üzüm emalı sahələrinin inkişafının dəstəklənməsi;

– aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, irriqasiya və tədarük-satış üzrə infrastrukturun inkişafının dəstəklənməsi.

1.4.  Dövlət Proqramının maliyyələşmə mənbələri

Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

– dövlət büdcəsi;

– büdcədənkənar fondlar;

– Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli  Fondu, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi;

– yerli və xarici özəl birbaşa investisiyalar;

– digər mənbələr.

1.5.  Dövlət Proqramının icrasından gözlənilən nəticələr

Dövlət Proqramının icrasından aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir:

– əhalinin süfrə və quru üzümə, şərabçılıq və digər üzüm emalı məhsullarına, üzüm emalı və şərabçılıq sənayesinin isə xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinin təmin edilməsi;

– yeni iş yerlərinin yaradılması, kənd əhalisinin gəlirlərinin artımına nail olunması;

– dövlət büdcəsinə və yerli büdcəyə daxilolmaların artırılması;

– kənd yerlərində sosial şəraitin yaxşılaşdırılması;

– üzümçülük və şərabçılıqla bağlı digər sahələrin inkişafının təmin edilməsi.

  1. Dövlət Proqramının həyata keçirilməsi üzrə

TƏDBİRLƏR PLANI

Sıra

№-si

Tədbirin adı İcra müddəti İcraçılar
1 2 3 4
2.1. Üzümçülük və şərabçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlər
2.1.1. Üzümçülük və şərabçılıq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması 2012-2013 Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi
2.1.2. Üzümçülük və şərabçılıq sahəsində standartların beynəlxalq tələblərə, o cümlədən Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasının sürətləndirilməsi 2012-2013 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Xarici işlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.1.3. Üzümçülük rayonları (zonaları) üzrə məlumat bankının yaradılması 2012-2013 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti orqanları
2.1.4. Azərbaycan Respublikası üzrə ənənəvi üzüm bitkisi genofondunun toplanılması, uçotu, öyrənilməsi, qorunub saxlanılması və səmərəli istifadəsi məqsədi ilə müasir kolleksiya bağının yaradılması 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2.1.5. Üzüm istehsalı və emalı sahəsində sağlam rəqabət mühitinin yaradılması, daxili bazarın qorunması 2012-2020 İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi
2.1.6. Üzüm istehsalı və emalı sahəsində klaster yanaşmanın tətbiqi 2012-2016 Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi
2.1.7. Yerli üzüm sortları və şərabçılıq məhsulları reyestrinin yaradılması 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.1.8. Səmərəli üzümçülük təsərrüfatlarının formalaşdırılması məqsədi ilə xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında birləşməsinin stimullaşdırılması 2012-2016 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları
2.1.9. Üzüm və şərab istehsalçılarının təşkilatlanmasının və sahə birliklərinin yaradılmasının dəstəklənməsi 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi
2.1.10. Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatları ilə əlaqələrin genişləndirilməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi
2.1.11. Şərabçılığın ixtisaslaşması istiqamətlərinin müəyyənləşdirilməsi 2012-2013 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
2.1.12. Şərab və şərab məhsulları istehsalına xüsusi icazə (lisenziya) verilməsi prosedurunun sadələşdirilməsinə dair təkliflərin hazırlanması 2012 Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, iqtisadi İnkişaf Nazirliyi
2.1.13. Üzümçülük və şərabçılıq məhsulları bazarında keyfiyyətə nəzarətin təkmilləşdirilməsi 2012-2013 Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.2. Üzümçülük və şərabçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi
2.2.1. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, təcrübə təsərrüfatlarının gələcək fəaliyyəti və onların sərəncamında olan torpaq sahələrindən üzümçülük istiqamətində səmərəli istifadə olunması barədə təkliflərin hazırlanması 2012 Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi inkişaf Nazirliyi
2.2.2. Üzümçülük və şərabçılıq sahəsində kadrların hazırlanması və əlavə təhsili sisteminin müasir tələblərə uyğunlaşdırılması 2012-2016 Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2.2.3. Yeni üzüm sortlarının yaradılması, aqrotexniki və aqrokimyəvi tədbirlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə sahəsində tədqiqatların aparılması və əldə olunmuş nəticələrin tətbiqinə dair təkliflərin hazırlanması 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2.3. Üzümçülük və şərabçılığın infrastruktur təminatının yaxşılaşdırılması
2.3.1. Üzüm növləri və sortlarının aprobasiyasını, qiymətləndirilməsini və təyin edilməsini təmin edən ampeloqrafik laboratoriyaların yaradılması 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.3.2. Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi və sertifikasiyası üçün laboratoriyaların yaradılması 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.3.3. Şəhər və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün şəraiti olan satış bazarlarının və yarmarkaların yaradılmasının dəstəklənməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2.3.4. İstehsal olunmuş süfrə üzümünün saxlanılması üçün xüsusi kameraların (anbarların) tikintisinin dəstəklənməsi 2012-2015 İqtisadi inkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları
2.3.5. Üzümçülük rayonlarında üzüm sahələrinin su təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi 2012-2018 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, İqtisadi inkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
2.4. Üzümçülük və şərabçılıq sahəsində dövlət dəstəyi tədbirləri
2.4.1. Üzüm istehsalı, emalı və şərabçılıq sahəsində innovativ tədbirlərin dəstəklənməsi 2012-2020 Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
2.4.2. Üzümçülük təsərrüfatları ilə tədarük, emal və şərabçılıq müəssisələri arasında kooperasiyanın dəstəklənməsi 2012-2020 Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Vergilər Nazirliyi
2.4.3. Yerli şəraitə uyğun, yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və introduksiya olunmuş süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortları barədə istehsalçıların məlumatlandırılması 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2.4.4. Üzümçülük sahəsində səmərəli əkin strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi, bu sahədə fermerlərə müvafiq tövsiyələrin verilməsi 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi
2.4.5. Məhsuldar, fillokseraya davamlı və rayonlaşdırılmış üzüm sortlarının tinglərindən istifadənin stimullaşdırılmasına dair təkliflərin hazırlanması 2012 Kənd Təsərrüfatı Nazirliyi, iqtisadi İnkişaf Nazirliyi
2.4.6. Mövcud tingçilik müəssisələrinin inkişaf etdirilməsi, yeni belə ixtisaslaşdırılmış təsərrüfatların və calaq üzüm tingi istehsal edən emalatxanaların yaradılmasının dəstəklənməsi 2012-2013 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
2.4.7. Üzümçülük təsərrüfatları üçün dəmir-beton və ya digər materiallardan dayaqlar, tara və müxtəlif növ köməkçi materiallar istehsalının dəstəklənməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi
2.4.8. istehsal olunmuş üzüm məhsullarının tədarükü, qəbulu, saxlanılması, emalı, satışı və ixracı üzrə müvafiq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi 2012-2015 İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2.4.9. Üzüm emalı və şərabçılıq müəssisələrinin fəaliyyətinin bərpası, yeni belə emal müəssisələrinin (o cümlədən kişmiş, üzüm şirəsi və digər üzüm məhsullarının istehsalı üzrə) yaradılmasının dəstəklənməsi 2012-2018 İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları
2.4.10. Üzüm istehsalı və emalı zamanı əldə olunan tullantıların təkrar emalının dəstəklənməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2.4.11. Ekoloji təmiz süfrə üzümü istehsalının dəstəklənməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2.4.12. Dağ yamaclarında və həyətyanı təsərrüfatlarda üzümçülüyün inkişafının dəstəklənməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2.4.13. Üzümçülük sahəsində fəaliyyət göstərən fermerlərə müasir aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, logistika və sair sahələrdə məsləhət xidmətlərinin təşkili 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi
2.4.14. Üzümçülük təsərrüfatlarına texniki, aqrokimyəvi və digər xidmətlərin göstərilməsi üçün müvafiq tədbirlərin görülməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
2.4.15. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və digər mənbələr hesabına üzüm istehsalına uzunmüddətli güzəştli kreditlərin verilməsinə dair təkliflərin hazırlanması 2012 İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank
2.4.16. Üzümçülük və şərabçılıq sahəsində mütərəqqi beynəlxalq sığorta və lizinq xidmətləri təcrübəsinin tətbiqi 2012-2013 Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2.4.17. Üzüm istehsalçıları, şərabçılıq və digər üzüm emalı sahələri üçün maliyyə stimulları mexanizmlərinin yaradılmasına dair təkliflərin hazırlanması 2012 Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi
2.5. Üzümçülük və şərabçılıqda marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın stimullaşdırılması
2.5.1. Yerli üzüm və şərabçılıq məhsulları istehsalçılarının beynəlxalq bazarda marketinq fəaliyyətinin dəstəklənməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi 2012-2020 İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi
2.5.2. Şərabçılıq məhsulları üzrə milli brendlərin yaradılması və müvafiq qaydada qeydiyyatının təmin edilməsi 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.5.3. Yerli üzüm sortları və şərabçılıq məhsulları kataloqunun və internet portalının yaradılması 2012-2015 Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.5.4. Üzümçülük və şərabçılıq üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfrans və digər tədbirlərin keçirilməsi 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
2.5.5. Üzümçülük və şərabçılıq məhsullarının yerli və dünya bazarı barədə zəruri məlumatları istehsalçılara çatdıracaq informasiya sisteminin yaradılması 2012-2020 Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və informasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
2.5.6. istehsal olunmuş üzüm məhsullarının “plantasiya – istehlakçı” sxemi üzrə reallaşdırılmasının təmin edilməsi 2012-2020 Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2.5.7. Üzüm və şərab məhsullarının ixracının təşviq edilməsi 2012-2020 Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunu

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 14.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 12.5-ci və 14.11-ci maddələrində nəzərdə tutulmuş istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 14.13-cü maddəsində adlar verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına görə alınan haqqın miqdarını, ödənilmə müddətini və qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 18.5-ci maddəsində nəzərdə tutulmuş üzümçülüyün inkişafı üzrə investisiya fondunun yaradılması və fəaliyyəti qaydaları barədə əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

həmin Qanunun 25.3-cü maddəsində nəzərdə tutulmuş şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

öz səlahiyyətləri daxilində “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

  1. Müəyyən edilsin ki:

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 12.5-ci maddəsində, 14.1-ci maddəsinin ikinci cümləsində, 14.11-ci, 14.13-cü, 16.2-ci, 18.5-ci və 25.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 6.3-cü, 7.3-cü, 10.2-ci maddələrində, 14.1-ci maddəsinin birinci cümləsində, 14.3-cü, 14.6-cı, 14.7-ci, 14.8-ci və 25.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

həmin Qanunun 14.16-cı və 16.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir;

həmin Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 21.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan standartların təsdiq edilməsinə münasibətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, üzüm əkini materiallarının istehsalı, saxlanması, qablaşdırılması, daşınması və satışı qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan təlimatların təsdiq edilməsinə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

həmin Qanunun 22.1-ci, 24.1-ci və 27.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.[1]

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 29 yanvar 2002-ci il

№ 667

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Qərar № 199

24/12/2002 il

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı bəzi normativ-hüquqi aktlar haqqında (əlavə və dəyişikliklər – №200 – 13/12/2007)

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci, 6-cı, 8-ci və 10-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi Qaydaları”, “İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə “Əsasnamə”, “Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması Qaydası”, “Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  1. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmişdir

Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi

Q A Y D A L A R I

Bu Qaydalar “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən edir.

Mülkiyyət formasından asılı olmayaraq şərabçılıq məhsullarının yeni növləri və çeşidləri istehsala hazırlanarkən onların nümunələri aşağıdakı bu Qaydalara əsasən dequstasiyadan keçirilir və sənədləşdirilir:

Şərabçılıq məhsullarının keyfiyyətini qiymətləndirmək üçün orta nümunələr və aşağıda göstərilən sənədlər ərizə ilə birlikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunur:

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilatı-hüquqi forması, statistik kodu, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı, malın kodu və həcmi göstərilməklə fəaliyyət növü;

fiziki şəxslər üçün-adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), malın kodu və həcmi göstərilməklə fəaliyyət növü;

şərabçılıq məhsulu haqqında xüsusi məlumat (üzümün növü, istehsal tarixi və texnologiyası);

məhsulun əsas fiziki-kimyəvi göstəriciləri haqqında (tündlüyü, şəkərliliyi, turşuluğu, uçucu turşuluğu, ekstraktı) laboratoriya arayışı;

müəssisənin attestasiyadan keçməsi barədə verilmiş şəhadətnamənin surəti.

Dequstasiyaya təqdim olunmuş sənədlərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Dequstasiya Komissiyası tərəfindən baxılır, çatışmazlıqlar üçün əsas olmadıqda xüsusi kitabda qeydə alınır və 10 gündən gec olmamaqla dequstasiyanın keçirilməsi üçün qərar qəbul olunur.

Dequstasiyanın keçirilməsi vaxtı barədə dequstasiya ediləcək məhsulların sahiblərinə 5 gün əvvəlcədən məlumat verilir.

Dequstasiya zamanı birinci növbədə məhsulun rəngi, dadı, təravəti, təmizliyi, buketi, iyi və kənar qatışıqların olması müəyyən edilir.

Dequstasiya otağı parlaq işıqlandırılmalı, açıq boya ilə rənglənməli, hazırlanmalı, xarici səsdən və iydən qorunmalı, otaqda havanın temperaturu 18-20° C olmalıdır.

Dequstasiya yeməkdən 1,5-2 saat sonra keçirilir.

Bir dequstasiya prosesində 10-dan artıq məhsulu dequstasiyadan keçirmək olmaz.

Dequstasiya həm açıq, həm də qapalı keçirilə bilər. Açıq dequstasiyada içkinin tam xüsusiyyətləri və istehsalçı barədə bütün məlumatlar göstərilir, qapalı (anonim) dequstasiyada isə ancaq nümunənin nömrəsi və hansı ilin məhsulu olduğu qeyd olunur.

Dequstasiya üçün təqdim olunmuş orta nümunələrin miqdarı beş butulkadan az olmamalıdır.

Hər bir adda şərabçılıq məhsulu dequstasiya edilərkən komissiya üzvü həmin məhsuldan 50 ml olmaq şərti ilə istifadə edə bilər.

Şərabçılıq məhsullarının tipi onların buketinin xarakterinə uyğun olmalıdır.

Oynaq və qazlaşdırılmış şərablarda güclü köpüklənmə, uzunmüddətli xırda qabarcıqlar və tez itən oynaqlar qiymətləndirilməlıdır.

Dequstasiya zamanı xüsusi dequstasiya qədəhlərindən istifadə olunmalıdır.

Şərabçılıq məhsulları müəyyən ardıcıllıqla dequstasiyaya təqdim edilməlidir. Turş şərablar şirin şərablardan, az ətirl ilər çox ətirlilərdən, cavan şərablar isə yaşlılardan əvvəl dequstasiya olunmalıdır.

Oynaq şərablar və konyaklar (brendilər) ayrıca və yaxud müəyyən fasilədən sonra dequstasiya olunmalıdır.

Oynaq şərablar dequstasiyaya şəkərlilik faizinə görə verilir. Belə ki, tam turş, turşaşirin və sairə, muskat şərablar isə dequstasiyaya axırda verilir.

Konyak (brendilər) dequstasiyaya yetişmə müddətinin artması ardıcıllığı ilə verilir.

Dequstasiya zamanı şərabçılıq məhsullarının ağızda çox saxlanması məsləhət deyil. Çünki bu zaman dadbilmə orqanlarının həssaslığı azalır. Dad və buketi qiymətləndirmək üçün 30 saniyə kifayətdir.

Dequstasiya komissiyasının hər bir üzvü şərabçılıq məhsullarının orqanoleptik göstəricilərinə görə verdiyi qiyməti dequstasiya vərəqəsində qeyd edir və toplayıb orta balı müəyyənləşdirir.

Şərabçılıq məhsullarının orqanoleptik göstəriciləri 100 bal sistemi üzrə aparılır.

Dequstasiya komissiyasının iclasının qərarı protokol formasında rəsmiləşdirilir. Protokolu komissiyanın sədri və katibi imzalayır.

Dequstasiya komissiyasının iclas protokolunda aşağıdakılar göstərilir:

dequstasiyanın aparıldığı tarix və protokol nömrəsi;

iclasda iştirak edən komissiya üzvlərinin vəzifəsi, soyadı və adı;

dequstasiyaya təqdim olunan məhsulların və onların istehsalçılarının adları;

dequstasiyanın nəticələrinin ballarla qiyməti;

lazımi hallarda məhsulların keyfiyyət xarakteristikası;

lazımi hallarda müəssisəyə məhsulların keyfiyyətini yaxşılaşdırmaq üçün kömək məqsədi ilə tövsiyələr və tədbirlər.

Dequstasiyanın nəticələri barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 gün müddətində müəssisəyə məlumat verilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən şərabçılıq məhsullarına gigiyenik sertifikat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəyindən sonra verilir.

İstehsalçı tərəf dequstasiyanın nəticəsindən razı qalmadıqda, komissiyanın sədrinə öz etirazını bildirmək hüququnu saxlayır. Məsələ mübahisəli qaldıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydası ilə həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmişdir

İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydaları barədə

Ə S A S N A M Ə

Bu Əsasnamə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və istehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi qaydalarını müəyyən edir.

İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalı müvafiq inzibatı-ərazi vahidində və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji şəraitin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən üzüm sortlarının xüsusi aqrotexniki üsullarla yetişdirilməsi əsasında həyata keçirilir.

İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalının texnologiyası qüvvədə olan normativ sənədlərlə müəyyən edilir.

Üzüm məhsullarının istehsalı müvafiq standartların tələblərinə, təsdiq edilmiş aqrotexniki və texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına uyğun olaraq həyata keçirilir.

Üzüm məhsullarının tərkibində insan sağlamlığı üçün zərərli maddələrin yol verilən hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur.

Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən ənənəvi və ya orijinal texnologiyaların tətbiqi əsasında hazırlanır və onların istehsalında etil (yeyinti) spirtinin, saxarozanın, üzüm konsentratlarının, ətirli və süni boya maddələrinin, digər inqrediyentlərin istifadəsinə yol verilmir.

İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm sortlarının yetişdirildiyi inzibatı ərazi vahidinin və ya yerin adına uyğun olaraq verilir. İstehsal mənşəyinə görə adlar verilən şərabları istehsal edən müəssisələrə məhsulun attestasiyasına dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhadətnamə təqdim edilir. İstehsal mənşəyinə görə adlar verilən şərabların attestasiyasının müddəti 5 ildir. Bu müddət qurtardıqdan sonra məhsulın attestasiyası yenidən aparılır.

İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii tərtib edilmiş saxsı qablara süzülür, mantar tıxacları ilə kip bağlanır və müvafiq qaydada təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq etiketləşdirilir. Etiketlərdə şərabın istehsal olunduğu yer göstərilməklə, şərabın adının istehsal mənşəyinə görə verildiyi qeyd olunmalıdır.

İstehsal mənşəyinə görə adlar verilən şərabçılıq məhsullarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 gündən gec olmayaraq baxılır və qərar qəbul olunur.

Şərabçılıq məhsullarına (üzümdən hazırlanmış şərablara, şampan şərablarına və brendilərə (konyaklara) adların verilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.

Ad almaq üçün istehsalçı şərabçılıq məhsullarının yeni növlərini və çeşidlərini istehsala hazırlayarkən onların nümunələrini tələb olunan sənədlərlə birlikdə Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidir.

Yeni adlara təklif edilən şərabçılıq məhsulları oxşar məhsullardan tərkibinə, fiziki-kimyəvi göstəricilərinə, habelə saxlanma şəraitinə və proseslərinə görə mütləq fərqlənməli, orqanoleptik göstəricilərinə görə isə oxşar olmalıdır. Belə məhsulların saxlanma texnologiyası məlum məhsul növlərinin istehsal texnologiyalarından fərqlənməyə bilər.

Yeni şərabçılıq məhsulına ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər və materiallar təqdim olunur:

məhsula dair annotasiya;

məhsula ad verilməsi barədə əsaslandırma məktubu;

məhsulun hazırlanma texnologiyasına dair təlimat;

məhsulun tərkibi barədə reseptura məlumatları;

məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı;

məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar;

məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərin eskizləri;

ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri.

Şərabçılıq məhsulları müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara və resepturaya uyğun istehsal olunur və onların hazırlanmasında yalnız yeyinti məhsullarından alınan etil spirtindən istifadə edilir.

Tərkibi, hazırlanma texnologiyası və saxlanma prosesləri məlum adlarla buraxılan məhsullara uyğun gələn şərabçılıq məhsullarına yeni ad verilməsinə yol verilmir.

Qəbul edilmiş ərizə üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq təlimatlara uyğun olaraq məhsulun yeniliyə görə ekspertizası aparılır.

Ekspertiza nəticəsində məhsulun yeniliyi təsdiq olunarsa, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən təklif edilən xüsusi ad verilir.

Xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır.

Eyni ad altında məhsul buraxılmasına dair iki və ya daha çox ərizə daxil olarsa, ilkinlik hüququ birinci daxil olan ərizəyə verilir.

Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. Şəhadətnamə 5 il müddətinə verilir.

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinədək müxtəlif adlar altında dövriyyədə olan patentləşməmiş şərabçılıq məhsulları da qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli və patentləşdirilməlidir.

Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmamış, attestasiyasına dair şəhadətnamə təqdim edilməmiş və patentləşməmiş şərabçılıq məhsullarının sertifikatlaşdırılmasına yol verilmir.

Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmişdir

Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması

Q A Y D A S I

Bu Qayda “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması qaydasını müəyyən edir.

Mülkiyyət formasından asılı olmayaraq, şərabçılıq məhsulları istehsal edən bütün müəssisələrdə quraşdırılmış texnoloji avadanlıqların (bundan sonra – avadanlıqlar) dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

Şərabçılıq məhsulları istehsal edən muəssisə balansında olan avadanlıqların hər birinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir.

Avadanlıqları almış müəssisə onları quraşdırdıqdan sonra 30 gün müddətində bu avadanlıqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir.

Avadanlıqların dövlət qeydiyyatına alınması üçün müəssisə tərəfindən verilmiş ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir:

avadanlıqların inventarlaşdırılması barədə sənəd;

dövlət standartları üzrə avadanlığın uyğunluq sertifikatı və pasportu;

olçü vasitələrinin tipinin təsdiqi barədə sertifikat və pasport.

Şəhadətnamə almaq üçün müəssisə tərəfindən təqdim olunan ərizə və bu qaydada nəzərdə tutulan sənədlər xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, təhlil edildikdən sonra çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 30 gündən gec olmayaraq şərabçılıq məhsullarının istehsalı üzrə avadanlıqların dövlət qeydiyyatına alınması barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhadətnamə verilir.

Müəssisə tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar, qeyri-dürüst və təhrif olunmuş faktlar aşkarlandıqda, şəhadətnamə verilməsindən imtina edilir və bu barədə ərizəçiyə yazılı məlumat verilir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi avadanlıqların dövlət qeydiyyatına alınmasının və müvafiq olaraq şəhadətnamələrin verilməsinin dövlət reyestrini aparır.

Müəssisə istifadə edilməyən və ya yararsız olduğu üçün balansdan çıxarılmış avadanlıqların şəhadətnamələrini, bu avadanlıqların silinməsi və tullantı kimi digər məqsədlər üçün istifadə edilməsi və ya müəyyən edilmiş qaydada başqa müəssisəyə verilməsi barədə tərtib olunmuş aktlarla bərabər 30 gün müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verməlidir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi göstərilən avadanlıqların dövlət qeytiyyatından çıxarılması haqqında dövlət reyestrində müvafiq qeyd aparır.

Avadanlıqların yenidən qeydə alınması yalnız onun müəyyən edilmiş qaydada başqa müəssisəyə verildiyi halda aparılır.

Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar, çənlər və ölçmə cihazları yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalı və örtülməlidir.

Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada spirtölçmə – nəzarət cihazları və spirtolçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacla rı ilə təchiz edilməlidir.

Spirtölçmə – nəzarət cihazları, spirtolçmə sayğacları və avtomatlaşdırılmış (say və həcm üçün) uçot sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metroloğiya və Patent üzrə Dövlət Ağentliyi tərəfindən plomblanmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmişdir

Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası

Q A Y D A L A R I

Bu Qaydalar “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası qaydalarını müəyyən edir.

Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şərabçılıq məhsulları istehsal edən müəssisələrdə, müstəqil sexlərdə, sınaq laboratoriyalarında və digər istehsal bölmələrində istehsal olunan məhsulların insanın həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə zəmanət verən texniki, ekoloji, sanitariya və yanğın təhlükəsizliyi normaları və qaydalarına uyğunluğuna görə icbari attestasiya keçirilir və attestasiyanın nəticələri sənədləşdirilir.

Şərabçılıq məhsulları istehsalı müəssisələrində məhsul istehsalı üçün nəzərdə tutulmuş vasitələrin (istehsal binaları, sexlər, avadanlıqlar, köməkçi materiallar, laboratoriyalar, yanğın təhlükəsizliyi vasitələri, kanalizasiya, su, enerji sistemləri) normativ təlimatlara uyğun olması attestasiya komissiyası tərəfindən araşdırılır və sənədləşdirilir.

İstehsal olunan və istehlak bazarına çıxarılan hər növ şərabçılıq məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin, onların istehsalının, daşınmasının, saxlanmasının, qablaşdırılmasının etiketləşdirilməsinin və satış şərtlərinin təlimatlara uyğun həyata keçirilməsi attestasiya zamanı müəyyən edilməlidir.

Attestasiyadan keçirilməmiş və təsdiq edilməmiş texnoloji normalara uyğun üsullarla istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur.

Attestasiya zamanı aşkar olunmuş pozuntular və nöqsanlar haqqında akt tərtib edilir və onların aradan qaldırılması yolları və müddəti göstərilir.

Attestasiyanın nəticələri barədə akt tərtib edilir və bir nüsxəsi müəssisəyə verilir.

Şərabçılıq məhsullarının istehsalı müəssisələrində attestasiya keçirilməsi müddəti 5 (beş) ildə bir dəfədən az olmayaraq həyata keçirilir və şəhadətnamə verilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq (lisenziya) alınmadan, müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən və təsdiq edilmiş texnoloji normalara uyğun üsüllara, resepturaya və materiallara riayət edilmədən istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur.

İstehsal avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, texnoloji proseslərin dəyişdirilməsi, yanğından mühafizə vasitələrinin yenidən qurulması və aşkar olunmuş pozuntuların aradan qaldırılması zamanı şərabçılıq müəssisələrində attestasiyalar yenidən keçirilməlidir.

Şərabçılıq müəssisələrində təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini müəssisənin laboratoriyası həyata keçirir, bu proses müəssisənin laboratoriyasının bazasında mümkün olmadıqda, dövlət sanitariya-epidemioloji xidməti orqanlarının laboratoriyaları həmin işə cəlb edilə bilər.

Şərabçılıq məhsullarının istehsalı müəssisələrində avadanlıqların insanların təhlükəsizliyi və sağlamlığı üçün mövcud olan təlimatların tələblərinə uyğun qurulması nəzərə alınır.

Şərabçılıq müəssisələrində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri müəyən edilir, qiymətləndirilir və eyni zamanda bütü n texnoloji avadanlıqlar siyahıya alınır.

Şərabçılıq müəssisələrində, sınaq laboratoriyalarında, digər müstəqil sexlərdə, şərabçılıq məhsullarının istehsalında, saxlanılmasında, keyfiyyətinin təyin olunmasında istifadə olunan avadanlıqlar, ölçü vasitələri metroloji cəhətdən attestasiya olunmalı və təyin olunmuş müddətdə dövlət yoxlanmasından keçməlidir.

Şərabçılıq müəssisələrində yanğından mühafizə sisteminin mövcud normativ sənədlərə uyğun qurulmasına görə məsuliyyəti bilavasitə müəssisənin rəhbərliyi daşıyır.

Şərabçılıq müəssisələrində istehsal olunan, istehlak bazarına çıxarılan ayrı-ayrı növlər üzrə şərab məhsullarının attestasiyası keçirilərkən texnoloji axın xətlərinin normativ sənədlərə uyğun olması nəzərə alınır.

Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Şərabçılıq məhsullarının istehsalı müəssisələrində avadanlıqların insanların təhlükəsizliyi və sağlamlığı üçün mövcud olan təlimatların tələblərinə uyğun qurulması nəzərə alınır.

Şərabçılıq müəssisələrində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri müəyən edilir, qiymətləndirilir və eyni zamanda bütüüà   Şərabçılıq müəssisələrində, sınaq laboratoriyalarında, digər müstəqil sexlərdə, şərabçılıq məhsullarının istehsalında, saxlanılmasında, keyfiyyətinin təyin olunmasında istifadə olunan avadanlıqlar, ölçü vasitələri metroloji cəhətdən attestasiya olunmalı və təyin olunmuş müddətdə dövlət yoxlanmasından keçməlidir.

Şərabçılıq müəssisələrində yanğından mühafizə sisteminin mövcud normativ sənədlərə uyğun qurulmasına görə məsuliyyəti bilavasitə müəssisənin rəhbərliyi daşıyır.

Şərabçılıq müəssisələrində istehsal olunan, istehlak bazarına çıxarılan ayrı-ayrı növlər üzrə şərab məhsullarının attestasiyası keçirilərkən texnoloji axın xətlərinin normativ sənədlərə uyğun olması nəzərə alınır.

Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

İri şəhər daxilində yerləşdirilmiş təhsil obyektləri müvafiq norma və qaydalara uyğun yerləşdirilməli və özünün giriş meydançası, həyətyanı və infrastruktur sahəsi ilə təmin olunmalıdır.

Ayrı-ayrı peşə məktəbləri müvafiq buraxılış-hazırlıq sənət profillərinə uyğun sənaye obyektlərinin yaxınlığında yerləşdirilə bilər.

4.8. Kommunal-anbar zonaları

Özünün tələb olunan torpaq sahəsinin miqdarı baxımından bu zonalar iri və nəhəng şəhərlərin yaşayış və sənaye zonalarından sonra üçüncü yeri tutur və xüsusi mühəndis avadanlığı, dəmir yolu qanadı tələb edir.Bununla əlaqədar bu zonanın altındakı torpaq sahələrinin seçilməsinə xüsusi tələbat mövcuddur. Bu zonanın torpaq sahələrinin qiymətləndirilməsinin (seçilməsinin) əsasları və prinsipləri aşağıdakı kimi açıqlanır:

  1. a) kommunal-anbar binalarının tikintisi üçün yararlı torpaq sahələri-relyefi nisbətən düz,mailliyi 0,3-5% olan,adi tipli bina və q urğu özüllərinin qoyulmasına yararlı olan,1,5 kq/kv.sm-dən artıq torpağa buraxılan gərginliyi qəbul edə bilən, hidrogeoloji şərait baxımından təzyiqsiz horizontal su qatının 7 metr dərinliyində və təzyiqli horizontal su qatının 15metr dərinliyində zirzəmi qurulmasını təmin edən, 50 il

Toxumçuluq və tinglik təsərrüfatlarına

satdıqları 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə

dövlət büdcəsindən subsidiyanın ödənilməsi

QAYDASI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”na əsasən toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir.

Təsərrüfatlara 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə subsidiyanın verilməsi aşağıdakı qaydada həyata keçirilir:

– Toxum və ting istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlar  istehsal etdikləri 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin satışına görə dövlət büdcəsindən subsidiya ödənilməsi üçün rayon komissiyasına ərizə ilə müraciət edirlər və ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  • toxum və tinglərin istehsalı və satışı ilə məşğul olması barədə hüquqi və fiziki şəxslərin 2007-ci ilin 1 sentyabr tarixinədək və növbəti illərdə 1 iyul tarixinədək toxum istehsalçılarının reyestrlərinə daxil olunmasına dair sənədin surəti;
  • 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin alqı-satqısına dair qaimə və müqavilənin surəti;
  • istehsal olunmuş toxum və tingin əsilliyini təyin edən sənədlərin (aprobasiya aktı, aprobasiya haqqında hesabat) surəti (bu zaman pambıq toxumuna dair ilkin sənədlər Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının yerli laboratoriyaları tərəfindən istehsalçının sifarişi əsasında hazırlanmalıdır);
  • satışa çıxarılan toxum və tinglərin keyfiyyətini təsdiq edən sertifikatın surəti;
  • istehsalçılardan toxum və ting alan təsərrüfatlar tərəfindən həmin toxum və tinglərin əkilməsi barədə rayon toxum müfəttişliyi tərəfindən verilən arayış;
  • subsidiyanın hansı hesablaşma və ya şəxsi hesaba köçürülməsi barədə məlumat.

– Rayon (şəhər) komissiyasına müraciət daxil olandan sonra 10 gün ərzində istehsal edildiyi təsərrüfatdan satışa çıxarılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin həcmi (miqdarı) təqdim edilmiş sənədlərə uyğun olaraq müəyyən edilir və 3 nüsxədən ibarət akt tərtib edir. Aktlara müəyyən olunmuş formada cədvəllər əlavə olunur.

– Rayon (şəhər) komissiyası toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi barədə müraciəti müvafiq sənədlər əlavə olunmaqla aşağıda qeyd olunan müddətdən gec olmayaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir:

  • taxıl toxumu istehsalçıları üzrə – noyabr ayının 20-dək;
  • yem bitkiləri toxumu istehsalçıları üzrə – oktyabr ayının 30-dək;
  • kartof toxumu və ting istehsalçıları üzrə – noyabr ayının 30-dək;
  • tərəvəz toxumu və texniki bitkilər toxumu istehsalçıları üzrə – noyabr ayının 15-dək.
  • Kənd təsərrüfatı nazirinin əmri ilə rayon (şəhər) komissiyalarından daxil olmuş müraciətlərə rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavininin sədrliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət Ekspert Şurası yaradılır.

– Ekspert Şurası 10 iş günü ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən rəy üçün daxil olmuş rayon komissiyasının müraciətini və ona əlavə olunmuş sənədləri araşdırır, təsərrüfatlara subsidiya ödənilməsi ilə bağlı qərarını Nazirliyə qaytarır.

– Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən həmin istehsalçılara subsidiya ödənilməsindən imtina edildiyi halda istehsalçıya imtinanın səbəbləri göstərilməklə, 10 iş günü ərzində müəyyən olunmuş qaydada yazılı məlumat göndərilir.

Təsərrüfatlara subsidiya verilməsindən aşağıdakı hallarda imtina edilir:

  • tələb olunan sənədlər tam təqdim edilmədikdə;
  • yuxarıda müəyyən olunmuş vaxtdan gec sənəd təqdim edildikdə.

– Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi müəyyən olunmuş qaydada təsdiq edilmiş kvota (sifariş) çərçivəsində həyata keçirilir.

– Dövlət büdcəsindən subsidiya ödənilən təsərrüfatlar və bu təsərrüfatlardan 1-ci və 2-ci reproduksiyalı toxum və ting alan alıcılar tərəfindən həmin toxum və tinglərin təyinatdan kənar məqsədlərə istifadə edilməsinə və 3-cü şəxsə satışına yol verilmir.

– Dövlət büdcəsindən subsidiyanın ödənilmə həcmi və həddi  satılan məhsula görə aşağıdakı cədvəl üzrə müəyyən edilir:

 Bitki və meyvə növləri üzrə toxumların və tinglərin adı

Ölçü vahidi

Satış qiyməti üzrə ödənilən subsidiyanın həcmi (faizlə)

Ödənilən subsidiyanın maksimal məbləği (manatla)

 
 
 
 
Çəyirdəkli meyvələr üzrə:      
      alça

1 ədəd

30

0,42

      gavalı

1 ədəd

30

0,42

      gilas

1 ədəd

30

0,60

       Çay

1 ədəd

30

0,60

       Üzüm

1 ədəd

30

0,51

– Kənd Təsərrüfatı Nazirliyi 10 iş günü ərzində yuxarıda göstərilən normalara əsasən subsidiyanın ödənilməsi barədə Ekspert Şurasının qərarını ətraflı təhlil və təsdiq etdikdən sonra tədbirin maliyyələşdirilməsi üçün təklifləri müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

– Maliyyə Nazirliyi 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilməsinə dair Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sənədlərə baxır və vəsaitin həmin Nazirliyin müvafiq xəzinə hesabına köçürülməsini təmin edir. Kənd Təsərrüfatı Nazirliyi ayrılmış vəsaitləri təsərrüfatların müvafiq müvəkkil banklardakı hesablaşma hesabına və ya ödəmə kartına köçürülməsini təmin edir.

Comments are closed