ÜZÜMÇÜLÜK VƏ TİNGÇİLİK ŞÖBƏSİ

Son illərdə respublikamızın iqtisadiyyatının yüksəldilməsində üzümçülük priortet sahələrdən biri sayılır və bu sahənin inkişafına xüsusi dövlət diqqət və qayğısı göstərilir. Məlum olduğu üzrə uğurla icra edilən  “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda “məhsuldar, fillokseraya davamlı və rayonlaşdırılmış üzüm sortlarının tinglərindən istifadənin stimullaşdırılmasına dair təkliflərin hazırlanması” (bənd 2.4.5.) və “mövcud tingçilik müəssisələrinin inkişaf etdirilməsi, yeni belə ixtisaslaşdırılmış təsərrüfatların və calaq üzüm tingi istehsal edən emalatxanalarının yaradılmasının dəstəklənməsi” (bənd 2.4.6.) tədbirlərinin icrası nəzərdə tutulur. O cümlədən, üzümçülükdədə təmiz abiotik və biotik amillərə davamlı, yüksək məhsuldar, yerli şəraitə uyğun, xəstəlik və zərərvericilərə qarşı həssaslıq göstərməyən, əhalinin istehlak tələbini dolğun şəkildə ödəyən üzüm sortlarına ehtiyac vardır. Bu baxımdan respublikada sortöyrənmə və tingçiliyin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə geniş elmi-tədqiqat işlərinin həyata keçirilməsi zərurəti yaranır.

Bildiyimiz kimi, bunun üçün yeni üzüm bağları salmaqdan ötəri yuxarıda qoyulan təlabatı ödəyən üzüm əkin materialına ehtiyac vardır. Bu məqsədlə şöbədə ayrı ayrı bölgələrdə, həmin bölgənin torpaq iqlim şəraitinə uyğun, yerli və introduksiya olunmuş özköklü və fillokseraya davamlı calaq-üzüm tinglərinin yetişdirilməsi məqsədilə tədqiqatlar aparılr.

Hal hazırda İnstitutun Təcrübə təsərrüfatlarında rayonlaşdırılmış və perspektiv üzüm (yerli və xarici sortlardan) ibarət çalaq olunmuş (5 minə qədər) və öz kökü üzərində bitən 180 min ədəd üzüm əkin materialı əkilib-becərilir və fermer təsərrüfatlarına tövsiyə oplunur.

Keyfiyyətli əkin materialının istehsalı məqsədilə şöbə əməkdaşları tərəfindən üzüm bağlarında aprobasiya, kütləvi və fərdi seleksiya işləri həyata keçirilir və müəyyən edilmiş fitosanitar cəhətdən təmiz, məhsuldar, yaxşı inkişafı ilə seçilən tənəklərdən əkin materialı tədarük olunur.

IMG_20160705_101752 IMG_20160705_101737 IMG_20160705_101734 _MG_7198_новый размер

Comments are closed