Üzümün emalı və Şərabın texnologiyası şöbəsi

Üzümün emalı və şərabın texnologiyası şöbəsi

  1. Üzümün emalı və şərabın texnologiyası şöbəsi Azərbaycan ərazisində yetişdirilən üzüm növlərinin emalından alınan müxtəlif növ şərablar,üzüm spirti,konyak spirti,xam spirt,spirt reftifikat,məhsullarının tədqiqatını aparır,onlardan hazır məhsulların alınma texnologiyasını araşdırır və müvafiq təlimatlar hazırlayır.
  2. Üzümün, şirənin qıcqırma prosesindən əldə olunan çöküntülərin, şərab qalıqlarının, çöküntü mayalarının, üzümün ləti, dənələri, saplağın xarakteristikasını elmi cəhətdən araşdırır, onların istifadə istiqamətlərinə dair tövsiyyələr hazırlayır.
  3. Hazır, yarımfabrikat bütün nov spirtli içkilərin müasir üsulların tətbiqi ilə keyfiyyət göstəricilərini təyin edir, texnoloji proseslərdə kupaj əməliyyatının aparılmasına, kupaj komponentlerinin miqdarı hesabatına və onların keyfiyyət göstəricilərinə dair seçilməsinə aid tövsiyyələr hazırlayır.
  4. Şərab və şərab məhsullarının, habelə bütün növ spirtli içkilərin köməyi ilə natural xammalların tərkibindən bioloji aktiv komponentlərin ekstraksiya yolu ayrılmasını təmin edən təcrübi və texnoloji təlimatlar, şərtlər hazırlayır,onların tərkibinin fiziki-kimyəvi xarakteristikalarını araşdırır.Əldə olunmuş nəticələrə əsasən həmin maddələrin müxtəlif xəstəliklərdə istifadə olunması istiqamətlərini müəyyən edir.
  5. Şərab və şərab məhsulları, müxtəlif növ spirtli içkilərin, konyakların, likorların, habelə şanpan şərablarının tərkibinin fiziki-kimyəvi araşdırılmasını tam təmin etmək üçün müasir və modern tədqiqat üsullarını və cihazlarını təcrübəyə tətbiq olunmasını təmin edir.
  6. Şöbədə aparılan elmi-tədqiqat işlərinin nəticələrini müzakirə edir,elmi nəticələrin müxtəlif elmi mərkəzlərdə, informasiya mərkəzlərində ,respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumlarda dərc olunmasını təmin edir.
  7. Azərbaycanda şərabçılıqla və müxtəlif növ spirtli içkilərin istehsalı ilə məşğul olan idarə və müəssisələrin, elmi-tədqiqat mərkəzlərinin, Azərbaycan Kənt Təsərrüfatı Nazirliyinin fəaliyyət dairəsinə aid olan elmi idarələrin bu sahədə apardığı elmi və təsərrüfat fəaliyyətinin koordinasiyasını təşkil edir.
  8. Şöbədə aparılan elmi-tədqiqat işləri nəticəsində əldə olunmuş müxtəlif növ şərab və şərab məhsullarının,konyak və likorların nümunələrinin sərgilənməsinə və onların texnologiyalarının təbliğ olunmasını təmin edir.
  9. Şöbədə və institutun laborotoriyalarında habelə, istehsalçılar tərəfindən,başqa elmi-tədqiqat müəsisələrindən təqdim olunmuş spirtli içki nümunələrinin laborator müayinəsini təmin edir,onların fiziki-kimyəvi,texnoloji xarakteristikalarını müəyyən edir, məhsulların keyfiyyətinə dair rəy və təkliflər verir.
  10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Respublika İnzibati orqanlarının, mətbuat və televiziyanın apardığı şərab və şərab məhsullarının keyfiyyətinə dair reydlərdə iştirak edir,rəy və təkliflərini təqdim edir.
  11. Azərbaycanda şərabçılığın inkişafına dair respublika və beynəlxalq səviyyəli layihələrdə iştirak edir.

Üzümün emalı və şərabın texnologiyası şöbəsi şərabın fiziki-kimyəvi analizlərinin təyini üçün foss, pekinelmer, mikroskop, spektrofotometr, ph metr, saf su cihazı, areometr,termostat, elektron tərəzi və s. cihazlar ilə təchiz edilmişdir. 

Üzümün emalı və şərabın texnologiyası şöbəsində müasir standartlara uyğun avadanlıqlarla təchiz edilmiş  mini-emal sexi qurulmuşdur. Burada şərabın hazırlanması üçün giləni daraqdan ayıran maşın, pnevmatik press, termoizolyasiya olunmuş çənlər, lövhəli kağız filtri, palıd çəlləklər və s. vardır. 

Üzüm toxumundan yağı ayıran avadanliq, spirt çəkən avadanlıq da bu mini sexdə quraşdırılmışdır.

Fiziki-kimyevi lab. IMG_20160620_160751 IMG_20160620_160759 IMG_20160620_160822 IMG_20160620_1608561234567

Comments are closed