Üzümün saxlanması, qurudulması və təkrar emalı laboratoriyası

Hazırda ətraf mühitin ekologiyasının qorunması və təmizliyi istər hava, su mənbələri, torpaq, flora, fauna və qida məhsullarından başlayaraq aktual problem olaraq  qalır. Bu məsələlərin həllində  ölkəmizdə qlobal işlər görülür. Bizim laboratoriyada elmi-tədqiqat işləri bu istiqamətdə apaılır.

          Əhalini il boyu ekoloji təmiz üzüm və kişmiş məhsuluna tələbatını müəyyən etmək və bunun təklifi üçün üzüm və kişmiş sortlarının qurudulmasının və saxlanmasının geniş inkişafını elmi əsaslandırmaq və əhalinin təminatını ödəmək:

          Ekoloji cəhətdən  təmiz və yüksək küyfiyyətli, bazar təyinatlı məhsul istehsal etmək.

          Qurutmaya yararlı mövcud süfrə sortlarının seçilməsi.

          Laboratoriya şəraitində qurudulmuş üzüm və kişmişin istehsalını artırmaq.

          Süfrə üzüm sortlarının seçilməsi onların saxlanmaya yararlılığının müəyyən edilməsi və müvafiq saxlanma texnologiyasının hazırlanması.

          Üzümün təzə halda istehlak müddətini uzatmaq məqsədilə ölkəmizdə mövcud olan bütün iqlim zonalarında süfrə üzümü bağlarının salınması (kişmiş).

          Eyni təsərrüfatlarda müxtəlif yetişmə müddətinə malik  sortların becərilməsi.

          Üzümçülük təsərrüfatlarına tövsiyələr və  praktiki köməkliklər  göstərilir.

          Laboratoriyanın elmi işlərinin nəticələri İnstitutun elmi fəaliyyətində, bir çox tədbirlərində, elmi-praktik nəşrlərində mütəmadi olaraq  öz əksini tapır.

14215252_333898393609179_943346368_o 14233518_333898700275815_30190231_o 14233764_333898710275814_300980289_o 14273431_333898633609155_2039033757_o 14274509_333898426942509_907304114_o 14287683_333898516942500_37402099_n

Comments are closed