Sənədlər

RƏSMİ XRONİKA

xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışından
08.10.2016
İlham Əliyev: “Biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq”

uzum

“Bu il təqribən 150-160 min ton üzüm yığılacaq.  sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda məlumat verib.

Dövlət başçısı ölkə üçün ənənəvi sahələrdən birinin də üzümçülük olduğunu qeyd edib:

“Bizim üçün ənənəvi sahələrdən biri də üzümçülükdür. Sovet vaxtında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların çoxu əfsuslar olsun ki, qırılıb. O vaxt bu, Qorbaçovun kampaniyası nəticəsində olmuşdur. O da nədənsə ancaq Azərbaycanda olmuşdur. Başqa respublikalarda isə üzüm bağlarını saxlayıblar. Bizdə isə o vaxt burada rəhbərlik edənlər dəridən-qabıqdan çıxırdılar ki, Qorbaçovun xoşuna gəlsinlər və bunun nəticəsində də üzüm bağlarımız ləğv olundu. Eyni zamanda, onu da qeyd etməliyik ki, əfsuslar olsun, ondan sonra da üzümçülüyə lazımi diqqət yetirilməmişdir. Mənə verilən məlumata görə, bu il təqribən 150-160 min ton üzüm yığılacaq. Halbuki sovet dövründə ən yaxşı vaxtlarda 1 milyon 700 min ton-2 milyon ton üzüm yığılırdı. Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün”.

O bildirib ki, hazırda yeni üzüm bağları salınır, dinamika müsbətdir:

“Ancaq burada dövlət dəstəyi daha da güclü olmalıdır, yerlər müəyyən edilməlidir. Bu, həm məşğulluqdur, həm də ki, valyuta gətirən bir sahədir. Şərabçılıq deyəndə, əlbəttə ki, mən ilk növbədə ixracı nəzərdə tuturam. Şərabçılığın inkişafı ölkədə alkoqollu içkilərin istehlakına səbəb olmamalıdır. Çünki bizim xalqımız sağlam həyat tərzi sürməlidir”.

xəbərlər

Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı (aqrar sahə)
27.01.2015

nazirBu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır. Bu gün bu barədə məlumat verildi, həm struktur islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün tədbirlər görülür. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Biz sovet dövründə özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilməmişik. Ona görə yox ki, təmin edə bilmirdik. Ona görə ki, o vaxt – sovet dövründə bir bölgü var idi. Azərbaycanda neft, ağır sənaye, neft-kimya, pambıq, üzüm istehsalı və s. Ancaq o vaxt heyvandarlığın o qədər də inkişaf etməsinə imkan vermirdilər. Ona görə biz əsas ərzaq məhsullarını Rusiyadan, Ukraynadan gətirirdik. Yəni, belə bölünürdü. Sovet xalq təsərrüfatı sistemi belə idi. Ona görə müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik. Bu barədə də mən rəqəmləri bir qədər sonra səsləndirəcəyəm.Müasir texnika, cins mal-qara alınır. Fermerlərə güzəştlər edilir. Fermerlər bildiyiniz kimi, torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar. Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq edilməlidir. Taxılçılıqda iri fermer təsərrüfatları yaradılıbdır və biz bunun gözəl nəticələrini görürük. Bu iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur – 55 sentner. Bu il isə bizdə taxılda məhsuldarlıq 23 və ya 24 sentnerdir. Yəni, bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilmişdir. İndi icra edilən layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək.

Bir daha demək istəyirəm ki, biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik, bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir. Burada səslənən məsələlər də öz həllini tapmalıdır. Yem təminatı əsas məsələdir, toxum fondu yaradılmalıdır. Biz özümüzü indi yeni texnika ilə təmin edirik. Hesab edirəm ki, yaxın illərdə biz bu məsələni tam şəkildə həll edəcəyik.

İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir.

Mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın. Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir?! Budur, bizim əsas işimiz.

Ona görə kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir. Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər. Ona görə biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq. Bizdə indi emal müəssisələri dünya səviyyəsinə cavab verir, gözəl müəssisələrdir. Onların – əsas emal müəssisələrinin açılışlarında mən şəxsən olmuşam, yəni, bilirəm, onların vəziyyəti necədir. İstehsal olunan məhsullar da keyfiyyətlidir. Biz niyə Avropa bazarlarına çıxmayaq?! Biz nə vaxtsa Dünya Ticarət Təşkilatına üzv olacağıq. Biz buna əlbəttə ki, hazır olanda. Hazır olmaq üçün gərək ixrac potensialımız çoxşaxəli olsun.

Ona görə kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır. Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur, bizim işimiz.

Artıq o yerlər müəyyən edilib. İndi Azərbaycanda aqroparklar tikilir. Şəmkirçay su anbarının açılışı günü aqroparkın təməl daşı qoyuldu. Nə üçün? Çünki Şəmkirçay su anbarı tikildi. Şəmkirçay su anbarı tikilməsəydi, orada aqroparkı heç kim tikməzdi. Çünki su olmayan yerdə hansı aqropark ola bilər. Ona görə bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Aqroparkların tikintisi geniş vüsət almalıdır.

Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik. İndi mən rəqəmləri deyəcəyəm. Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektoru inkişaf edə bilməz. Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki, düşünülmüş siyasət nəticəsində mümkündür.

“Yaşıl market”lər Azərbaycanda yaranmaqdadır. Bu da bir yenilik olacaq. Bakıda yaranır. Gələcəkdə bütün şəhərlərdə yaranmalıdır.

Torpaqların elektron uçot sistemi məsələsi var, – bu məsələ ilə bağlı mən öz fikirlərimi keçən il demişəm. Bu, torpaqlardan səmərəli istifadə etmək üçün əsas şərtdir. Biz bilməliyik ki, harada, nə qədər, hansı keyfiyyətə və münbitliyə malik olan torpaq sahələrimiz var. Bütün bu məsələlər dünyanın inkişaf etmiş ölkələrində çoxdan həll olunub. Bizim indi belə gözəl imkanımız var. “Azersky” ikinci peykimizdir. Bu peykin üstünlüyü ondadır ki, o, Yer səthini böyük dəqiqliklə müşahidə edir. Yəni, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu imkanlardan istifadə etməlidir. Bu, sizə əlavə bir dəstək olacaq. O peykdən bütün sahələri müşahidə etmək mümkündür ki, harada hansı torpaq var, bu torpaq kimə məxsusdur, bu torpağın ölçüləri nədir, orada nə əkilir və nə əkilməlidir. Bu tövsiyələr verilməlidir. Elektron uçot sistemi budur. Yoxsa, biz indi kortəbii, belə arayışda, kağızda, xəritə ilə işləyirik. İş belə getməyəcək. Bu işdə müasir yanaşma olmalıdır. Özü də bir daha demək istəyirəm ki, bütün şəraiti yaradırıq, vəsait ayırırıq. Dəfələrlə torpaqların elektron uçotu haqqında demişəm. Yaxşı, mən nəticə gözləyirəm. Ona görə nəticə çıxarın. Gələn müşavirədə torpaqların elektron uçotu ilə bağlı mənə məruzə edilməlidir.

Ümumiyyətlə, “elektron kənd təsərrüfatı” layihəsi lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görün. Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. “Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra düyməni basıb biz biləcəyik ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İnsanlar o yerlərə ezam edilməlidir, müşahidə aparılmalıdır, müşahidə də yuxarıdan təsdiqlənməlidir.
İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır.

Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.

Qeyd etdiyim kimi, təşviq sistemi yaradılmalıdır. Bir çox ölkələrdə belə sistem var. Əvvəllər biz buna o qədər də meyilli deyildik, çünki bizim ixrac potensialımız da yox idi, ancaq hələ idxaldan asılılığı azaltmaqla məşğul idik. İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar və öz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə güzəştlər olacaq.

Ərzaq təhlükəsizliyi ilə bağlı görülən işlərin statistik əksi bu arayışdadır. Mən indi bəzi rəqəmləri səsləndirəcəyəm. Mal əti – özümüzü təminetmə səviyyəsi 87 faiz, qoyun əti – 97 faiz, quş əti – 98 faiz, yumurta – 100 faiz, süd və süd məhsulları – 76 faiz, taxıl – 60 faiz, üzüm – 98 faiz, kartof – 90 faiz, bostan məhsulları – 100 faiz, meyvə və giləmeyvə – 120 faiz, tərəvəz – 103 faiz, duz – 87 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar – 170 faiz. Ancaq burada nəzərə alınmalıdır ki, şəkər tozunun istehsalının maya dəyərində 64 faiz xam şəkər idxal olunur, 36 faiz dəyər Azərbaycanda formalaşır. Bitki yağları və marqarin – 77 faiz, kərə yağı – 52 faiz, makaron məmulatları – 58 faiz. Bu cədvəldə göstərilir ki, bizim gələcək fəaliyyətimiz hansı istiqamətlərdə daha da ciddi olmalıdır. Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq.

Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik.

xəbərlər

prezi.

Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Bunun nəticəsidir ki, son illər ərzində uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.

Görülən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun xüsusi çəkisinin ildən-ilə artmasına baxmayaraq, qeyri-neft məhsullarının ixracının ümumi ixracda xüsusi çəkisi kifayət qədər yüksək olmamışdır.

2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilsin.

2. Müəyyən edilsin ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları” Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan ixrac təşviqinin ödənilməsi üçün cari ilin dövlət büdcəsində və 2017-2020-ci illərin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Bu Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2016-cı il.

xəbərlər

Prezident “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi üçün 3 milyon manat ayırıb

İki qayda təsdiqlənib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

“Report”un xəbərinə görə, sənədlə “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiqlənib.

Həmçinin, “Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat”ın forması təsdiq edilib.

Bu qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə 3 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə Prezidenti aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində bu qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi müsabiqənin təşkili və keçirilmə qaydasını, meyarları bir ay müddətində təsdiq etməli, ixrac olunan məhsullar barədə hesabatı Dövlət Gömrük Komitəsi ilə birlikdə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 xəbərlər

Azərbaycanda yanacaq, spirtli içki və tütün məmulatlarına tətbiq olunan yeni aksiz dərəcələri qüvvəyə minib

arab

Martın 1-də “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyası qüvvəyə minib.

Nazirlər Kabineti 29 yanvar 2015-ci il tarixdə 2005-ci il 15 noyabrda təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ni  yeni redaksiyada təsdiq edib və qərarda yeni aksiz dərəcələrinin 30 gün sonra, yəni martın 1-də qüvvəyə minəcəyi qeyd olunub.

Dəyişiklik spirtli içkilər, tütün, zinət əşyaları və yanacağın müxtəlif növlərinə (benzin və s.) aksiz vergisi tətbiq edilməsi barədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanı ilə bağlıdır. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyasına əsasən 1 litr ölçü vahidi götürülməklə səməni pivəsi üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosu üçün 2 manat, şampan şərabı üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 0,1 manat, vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları üçün 2 manat, digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki), qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları üçün 2 manat, denaturasiya olunmamış etil spirti, 80 həcm faiz və ya çox spirt qatılığı üçün 2 manat, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 6 manat, viski  üçün 6 manat, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınanlar üçün 6 manat, cin və ardıc tinkturası üçün 6 manat, araq  üçün 6 manat, likörlər üçün 6 manat, digər spirtli içkilər üçün 6 manat, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti üçün 2 manat aksiz dərəcələri tətbiq olunacaq.

Ölçü vahidi olaraq 1000 ədəd götürülməklə, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar  üçün 10 manat, tərkibində tütün olan siqaretlər üçün 4 manat, digər siqaretlər və siqarillalar üçün 4 manat aksiz dərəcəsi müəyyənləşib. Ölçü vahidi 1 ton olmaqla yüngül distilyatlar və məhsullar (emalın spesifik prosesləri) üçün 80 manat, yüngül distilyatlar və məhsullar üçün 1 manat aksiz dərəcələri tətbiq olunacaq. Yanacağa gəlincə, ölçü vahidi 1 ton olmaqla xüsusi benzinlər (uayt-spirit) 1 manat, digər xüsusi benzinlər üçün 1 manat, aviasiya benzinləri üçün 1 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə benzinlər üçün 200 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə benzinlər üçün 80 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə benzinlər üçün 120 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə  benzinlər üçün 200 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox benzinlər üçün 80 manat, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə  benzinlər üçün 120 manat, reaktiv benzin yanacağı  üçün 1 manat, digər yüngül distilyatlar üçün 1 manat, orta distilyatlar (emalın spesifik prosesləri) üçün     80 manat, orta distilyatlar (proseslərdə kimyəvi çevrilmələr) üçün, 1 manat, digər məqsədlər üçün kerosin üçün 80 manat, digər məqsədlər üçün digər orta distilyatlar üçün 80 manat, qazoyllar   üçün 80 manat, maye yanacaq üçün 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Ölçü vahidi 1 ton olmaqla sürtkü yağları və digər yağlar (emalın spesifik prosesləri) üçün          1 manat,  sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün 1 manat, mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı üçün 50 manat, hidravlik məqsədlər üçün mayelər üçün 1 manat, açıq rəngli yağlar, vazelin yağı üçün 1 manat, dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ üçün 1 manat, metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları üçün 1 manat, elektrik izolyasiya yağları üçün 50 manat, digər sürtkü yağları və digər yağlar üçün 1 manat, qazoyllar üçün 80 manat, maye yanacaq üçün 1 manat, digər neft məhsulları üçün 50 manat, neft vazelini  üçün 10 manat, neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar üçün 24 manat, təbii bitum və asfalt (bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları) üçün 1 manat, təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar üçün 1  manat aksiz dərəcələri tətbiq olunacaq.

xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli 283 nömrəli qərarı ilə təsdiq edilmişdir
1 nömrəli əlavə
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi
QAYDALARI

kabinet1.Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 16 yanvar tarixli 221 nömrəli, “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 3 aprel tarixli 1160 nömrəli və “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli 1175 nömrəli sərəncamlarına əsasən hazırlanmışdır və kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə (bundan sonra – istehsalçı) genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi şərtlərini müəyyən edir.

1.2. Dövlət büdcəsinin vəsaiti hesabına istehsalçılara yardımın verilməsində əsas meyar kənd təsərrüfatı məhsullarının istehsalı üçün becərilən 1 (bir) hektar genetik modifikasiya olunmamış bitkilərin əkin sahəsi və çoxillik əkmələr götürülür. İstehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə 50 manat, buğda və çəltik səpininə görə əlavə 40 manat yardım verilir.

1.3. İstehsalçılara hər hektar hesabı ilə bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım əsas əkinlərlə yanaşı, təkrar (aralıq) əkinlərə də şamil edilir.

1.4. Dövlət büdcəsinin vəsaiti hesabına yardımlar istehsalçılara mülkiyyətində, istifadəsində və ya icarəsində olan və mövcud qanunvericiliklə əkin məqsədi üçün istifadə olunmasına icazə verilən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində apardıqları əkinlərə və çoxillik əkmələrə görə verilir.

1.5. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi şəxslərə yardımlar onların hesablaşma hesablarına, fiziki şəxslərə onların cari (xüsusi kart) hesablarına köçürülməklə verilir.

  1. Dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin təşkili

2.1. İstehsalçıların siyahısının tərtib edilməsi və onlara hər hektar əkin sahəsinə və çoxillik əkmələrə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikası Komissiyası, müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə kənd ərazi komissiyaları yaradılır. Kənd ərazi komissiyası sədrdən və üzvlərdən ibarət olmaqla, aşağıdakı tərkibdə təşkil edilir:

2.1.1. Komissiyanın sədri – rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

2.1.2. Komissiyanın üzvləri – kənd bələdiyyəsinin sədri, hər kəndin istehsalçılarından bir nəfər nümayəndə, hər kəndin ağsaqqallarından 2 nəfər nümayəndə.

2.2. Rayon (şəhər) üzrə istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsinin təşkili Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) kənd təsərrüfatı idarələri (bundan sonra – rayon (şəhər) kənd təsərrüfatı idarəsi) tərəfindən həyata keçirilir. Rayon (şəhər) kənd təsərrüfatı idarəsi:

2.2.1. kənd ərazi komissiyalarından daxil olmuş məlumatlar əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların məbləğinə dair rayon üzrə icmal siyahıları tərtib edir;

2.2.2. dövlət büdcəsinin vəsaiti hesabına yardımların istehsalçılara ödənilməsinin təşkili üçün müvəkkil bankla müqavilə bağlayır və həmin müqavilənin bir nüsxəsini Respublika Komissiyasına təqdim edir;

2.2.3. kənd ərazi komissiyalarının iş rejimini və istehsalçılardan müvafiq sənədlərin qəbul edilməsi qaydalarını, şərtlərini və sənədlərin təqdimedilmə tarixini göstərməklə, rayon (şəhər) kütləvi informasiya vasitələrində məlumat dərc etdirir;

2.2.4. istehsalçıların hesablarına yardımların köçürülməsi üçün Respublika Komissiyasının qərarına əsasən yardım veriləcək istehsalçıların siyahısını, bank rekvizitlərini və onlara verilən yardımın (vəsaitin) məbləği barədə məlumatları müvəkkil bankın müəyyən etdiyi formada ona təqdim edir;

2.2.5. əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə istehsalçılara yardımların verilməsi ilə bağlı Respublika Komissiyasının qərarları barədə məlumatları kənd ərazi komissiyalarına göndərir və rayonun (şəhərin) kütləvi informasiya vasitələri ilə yayır;

2.2.6. kənd ərazi komissiyalarından daxil olan məlumatları mütəmadi təhlil edir, dəqiqləşdirilməyə ehtiyacı olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, aşkar edilmiş qanun pozuntuları haqqında Respublika Komissiyasına məlumat verir;

2.2.7. rayon (şəhər) üzrə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilən istehsalçılara dair məlumatların uçotunu aparır və tələb olunduqda mövcud qanunvericiliyə uyğun olaraq müvafiq qurumlara təqdim edir;

2.2.8. istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi prosesində yaranan problemləri 5 (beş) iş günü müddətində araşdırır və nəticəsini istehsalçıya bildirir.

2.3. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi üzrə Respublika Komissiyasının iclaslarının keçirilməsinin təşkili, rayon (şəhər) kənd təsərrüfatı idarələrindən daxil olan materialların təhlili və icmal məlumatların hazırlanıb, Respublika Komissiyasına təqdim edilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində yaradılan işçi qrupu tərəfindən təmin edilir.

2.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına ərizə və blank formalarını çap etdirir və hər il əsas əkinlər üzrə martın 15-dək, təkrar əkinlər üzrə iyulun 1-dək rayon (şəhər) kənd təsərrüfatı idarələri vasitəsilə kənd ərazi komissiyalarına çatdırılmasını təmin edir.

2.5. İstehsalçı dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün aşağıdakı sənədləri kənd ərazi komissiyasına təqdim edir:

2.5.1. fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün VÖEN-in surəti;

2.5.2. torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin (dövlət aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə müqaviləsi və s.) surətləri;

2.5.3. torpaq sahəsinin planı və ölçüsünün surəti;

2.5.4. hüquqi şəxslərin möhürlə və onların səlahiyyətli nümayəndələrinin imzası ilə təsdiq edilmiş bank rekvizitləri.

  1. Əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə yardımların verilməsi qaydaları və şərtləri

3.1. Yaz tarla işləri (payızlıq əkinlər də nəzərə alınmaqla) başa çatdıqdan sonra istehsalçı becərdiyi hər hektar əkin sahəsinə və çoxillik əkmələrə sərf etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı və bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş sənədləri hər il mayın 25-dək kənd ərazi komissiyasına təqdim edir.

3.2. Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində və çoxillik əkmələrdə aparılmış aqrotexniki işləri yerində yoxlayır və bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının bir nüsxəsi istehsalçıya verilir.

3.3. Kənd ərazi komissiyası təqdim edilmiş sənədlərə və baxış aktlarına əsasən istehsalçıların siyahısını və onların kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi barədə məlumatları bu Qaydaların 3, 4, 5 və 6 nömrəli əlavələrinə uyğun cədvəllər formasında tərtib edir və yardıma sənəd təqdim etmiş hüquqi şəxs olan istehsalçıların bank rekvizitləri ilə birlikdə baxılması üçün iyunun 5-dək rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir.

3.4. Rayon (şəhər) kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olan məlumatları 20 (iyirmi) gün müddətində təhlil edir, dəqiqləşdirilməyə ehtiyac olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, onları təsdiq edir, sonra icmal siyahını bu Qaydaların 7, 8 və 9 nömrəli əlavələrinə uyğun cədvəllər formasında tərtib edir.

3.5. Rayon (şəhər) kənd təsərrüfatı idarəsi bu Qaydaların 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli əlavələrindəki cədvəllərə uyğun tərtib edilmiş icmal siyahıları iyunun 25-dək Respublika Komissiyasına təqdim edir.

3.6. Respublika Komissiyası müvafiq rayon (şəhər) kənd təsərrüfatı idarələrindən daxil olmuş icmal siyahılara 15 (on beş) gün müddətində baxır və istehsalçılara becərilmiş hər hektar əkin sahəsinə və çoxillik əkmələrə, buğda və çəltik səpininə görə yardımların verilməsi barədə qərar qəbul edir.

3.7. Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, rayon (şəhər) kənd təsərrüfatı idarələri və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini iyulun 20-dən başlayaraq təşkil edir.

  1. Təkrar əkinlərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə yardımların verilməsi qaydaları və şərtləri

4.1. İstehsalçı becərdiyi hər hektar təkrar əkin sahəsinə sərf etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımı almaq üçün bu Qaydaların 10 nömrəli əlavəsinə uyğun ərizəsini, ərizəyə əlavə edilmiş cədvəl üzrə məlumatı və bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş sənədləri hər il sentyabrın 1-dək kənd ərazi komissiyasına təqdim edir.

4.2. Kənd ərazi komissiyası istehsalçıdan ərizə daxil olduqdan sonra 10 (on) gün müddətində istehsalçının iştirakı ilə əkin sahələrində aparılmış aqrotexniki işləri yerində yoxlayır və bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun 2 (iki) nüsxədən ibarət baxış aktı tərtib edir. Baxış aktının bir nüsxəsi istehsalçıya verilir.

4.3. Kənd ərazi komissiyası təqdim edilmiş sənədlərə və baxış aktlarına əsasən istehsalçıların siyahısını və onların kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə etdikləri əkin sahəsi barədə məlumatları bu Qaydaların 11 və 12 nömrəli əlavələrinə uyğun cədvəl formasında tərtib edir və yardım almaq üçün sənəd təqdim etmiş hüquqi şəxs olan istehsalçıların bank rekvizitləri ilə birlikdə baxılması üçün sentyabrın 10-dək rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir.

4.4. Rayon (şəhər) kənd təsərrüfatı idarəsi kənd ərazi komissiyalarından daxil olan məlumatları 15 (on beş) gün müddətində təhlil edir, dəqiqləşdirilməyə ehtiyac olan məqamları kənd ərazi komissiyaları ilə birlikdə yerində araşdırır, onları təsdiq edir, sonra icmal siyahını bu Qaydaların 13 nömrəli əlavəsinə uyğun cədvəl formasında tərtib edir.

4.5. Rayon (şəhər) kənd təsərrüfatı idarəsi bu Qaydaların 11,12 və 13 nömrəli əlavələrindəki cədvəllərə uyğun tərtib edilmiş icmal siyahıları sentyabrın 25-dək müvafiq qaydada Respublika Komissiyasına təqdim edir.

4.6. Respublika Komissiyası müvafiq rayon (şəhər) kənd təsərrüfatı idarələrindən daxil olmuş icmal siyahılara 15 (on beş) gün müddətində baxır və becərilmiş hər hektar əkin sahəsinə görə istehsalçılara yardımın verilməsi barədə qərar qəbul edir.

4.7. Respublika Komissiyası Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, rayon (şəhər) kənd təsərrüfatı idarələri və müvəkkil banklarla birlikdə istehsalçılara çatacaq vəsaitin müəyyən olunmuş qaydada verilməsini oktyabrın 20-dən başlayaraq təşkil edir.

  1. Ödəniş kartlarının verilməsi qaydaları və şərtləri

5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki şəxslər üçün ödəniş kartlarının (bundan sonra – kart) 3 (üç) ildən bir hazırlanması və bu kartların dövriyyədə olduğu müddətdə onlara bank xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.

5.2. Müvəkkil bank kartları istehsalçılara birbaşa verir.

5.3. Yeni istehsalçılara kartlar Respublika Komissiyasının qərarı əsasında aşağıdakı qaydada verilir:

5.3.1. kənd ərazi komissiyaları yardıma sənəd təqdim etmiş və kartı olmayan istehsalçıların siyahısını bu Qaydaların 14 nömrəli əlavəsindəki cədvələ uyğun tərtib edir və rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir;

5.3.2. rayon (şəhər) kənd təsərrüfatı idarəsi təqdim edilmiş siyahılar əsasında kənd ərazi komissiyaları üzrə bu Qaydaların 15 nömrəli əlavəsindəki cədvələ uyğun icmal siyahını tərtib edir və 14 və 15 nömrəli əlavələrdəki cədvəllərə uyğun tərtib edilmiş icmal siyahıları Respublika Komissiyasına təqdim edir;

5.3.3. Respublika Komissiyasının qərarı əsasında rayon (şəhər) kənd təsərrüfatı idarəsi müvəkkil banka yeni kartların hazırlanması ilə bağlı sifariş verir.

5.4. Müddəti bitmiş kartların əvəzinə istehsalçılara yeni kartlar aşağıdakı qaydada verilir:

5.4.1. müvəkkil bank hər il iyunun 5-dək əvvəlki ilin noyabrın 15-dən cari ilin noyabrın 15-dək müddəti bitmiş və bitəcək kart sahiblərinin siyahısını rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir;

5.4.2. Rayon (şəhər) kənd təsərrüfatı idarəsi yardım almaq üçün sənəd təqdim edən istehsalçıların siyahısında müddəti bitmiş və bitəcək kart sahiblərini müəyyən edir və cari ilin iyunun 25-dək onlara yeni kartların verilməsi ilə bağlı müvəkkil banka sifariş verir.

5.5. Kartını itirmiş, zədələmiş (korlamış) və ya PİN kodunu yaddan çıxarmış kart sahiblərinə yeni kartlar aşağıdakı qaydada verilir :

5.5.1. kartını itirmiş, zədələmiş (korlamış) və ya PİN kodunu yaddan çıxarmış kart sahiblərinə itirdikləri kartın istifadəsinin qalan müddəti üzrə yeni kart verilir. Həmin kartın hazırlanması və itirildiyi ildə ona bank xidmətinin göstərilməsi xərcləri istehsalçıların öz vəsaitləri hesabına, qalan müddətdə karta bank xidmətinin göstərilməsi xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir;

5.5.2. kartını itirmiş, zədələmiş (korlamış) və ya PİN kodunu yaddan çıxarmış kart sahibləri yeni kartın hazırlanmasına dair ərizəsini və bununla bağlı vəsaitin ödənilməsini təsdiq edən qəbzi kənd ərazi komissiyalarına təqdim edir;

5.5.3. kənd ərazi komissiyası kartını itirmiş, zədələmiş (korlamış) və ya PİN kodunu yaddan çıxarmış kart sahiblərinin siyahısını və yeni kartların hazırlanması ilə bağlı xərclərin ödənişini təsdiq edən sənədləri cari ilin iyunun 5-dək rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir;

5.5.4. rayon (şəhər) kənd təsərrüfatı idarəsi cari ilin iyunun 10-dək kartını itirmiş, zədələmiş (korlamış) və ya PİN kodunu yaddan çıxarmış kart sahiblərinə yeni kartların hazırlanmasına dair müvəkkil banka sifariş verir. Bu zaman rayon (şəhər) kənd təsərrüfatı idarəsi istehsalçıların itmiş, zədələnmiş (korlanmış) və ya PİN kodu yaddan çıxarılmış kartlarının ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görür.

5.6. Yeni kartların verilməsi ilə əlaqədar istehsalçıların məlumatlandırılması üçün müvəkkil bank kartlar hazır olduqdan sonra 3 (üç) gün müddətində rayon (şəhər)kənd təsərrüfatı idarəsinə, rayon (şəhər) kənd təsərrüfatı idarəsi isə kənd ərazi komissiyalarına bildiriş göndərir (kart alacaq istehsalçıların adlı siyahısı əlavə edilməklə), kənd ərazi komissiyaları isə yeni kartların alınma vaxtı və yeri barədə istehsalçıları məlumatlandırır. Müvəkkil bank istehsalçıları yeni kartların alınma vaxtı və yeri barədə sms məlumatlandırma sistemi vasitəsilə məlumatlandıra bilər.

5.7. Vəfat etmiş, torpağını satmış və ya uzunmüddətli icarəyə vermiş, icarəyə götürdüyü torpağın icarə müddətini uzatmamış və digər səbəblərdən kənd təsərrüfatı məhsullarının istehsalını dayandırmış istehsalçıların qüvvədəolma müddəti bitməmiş kartları kənd ərazi komissiyalarının arayışı əsasında rayon (şəhər) kənd təsərrüfatı idarəsinin müraciətinə uyğun olaraq müvəkkil bank tərəfindən ləğv edilir.

5.8. Rayon (şəhər) kənd təsərrüfatı idarəsinin müraciəti əsasında müvəkkil bank kartları ləğv etdikdən sonra bu barədə məlumatları (istehsalçıların adlı siyahısı əlavə edilməklə) 10 (on) gün müddətində rayon (şəhər) kənd təsərrüfatı idarəsinə təqdim edir.

  1. Hesabat və nəzarət

6.1. Müvafiq rayon (şəhər) kənd təsərrüfatı idarəsi istehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə yardımın verilməsi üçün ayrılmış büdcə vəsaitinin istifadəsi barədə hesabatı hər il noyabrın 30-dək Respublika Komissiyasına və müvafiq rayon (şəhər) icra hakimiyyətinə təqdim edir.

6.2. İstehsalçılara becərdikləri əkin sahəsi və çoxillik əkmələrə görə dövlət büdcəsindən ayrılmış vəsait hesabına yardımın təyinatı üzrə verilməsi üzərində nəzarət qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

xəbərlər

Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİ
QƏRAR  401
Bakı şəhəri, 6 oktyabr 2016-cı il

export

“Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nın və “Məhsulların növündən asılı  olaraq  ixrac  təşviqinin  baza  məbləğinə   tətbiq  olunacaq Əmsallar”ın təsdiq edilməsi haqqında
 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar” təsdiq edilsin (3 nömrəli əlavə).
4. Bu qərar 2016-cı il mart ayının 1-dən etibarən tətbiq edilir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 6  oktyabr tarixli 401 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1 nömrəli əlavə
 Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 811 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi qaydasını tənzimləyir.
1.2. İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.
1.3. İxrac olunan qeyri-neft məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisi mənşə sertifikatı əsasında müəyyən olunur və ixrac təşviqi Azərbaycan Respublikası mənşəli mallara şamil edilir.
1.4. İxrac təşviqinin məbləği ixrac təşviqinin baza məbləğinə ixrac olunan qeyri-neft məhsullarının növündən asılı olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən əmsallar tətbiq olunmaqla hesablanır və ödənilir.
1.5. Bu Qaydanın məqsədləri üçün faktiki ixrac dedikdə, qeyri-neft məhsullarının geri qaytarılmaq öhdəliyi olmadan Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması başa düşülür.
2. İxrac təşviqinin ödənilməsi qaydası
2.1. Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edirlər.
2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
2.2.1. ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti;
2.2.2. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti;
2.2.3. qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri;
2.2.4. xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti;
2.2.5. faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği);
2.2.6. qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti.
2.3. Təqdim olunmuş sənədlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 10 (on) iş günü müddətində baxılır və bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada “MƏKTUB-SƏRƏNCAM” tərtib edilir və bir nüsxəsi ixracatçıya, bir nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur.
2.4. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin daxil olduğu tarixdən 2 (iki) iş günündən gec olmayaraq, həmin çatışmazlıqların aradan qaldırılması üçün müraciət edən şəxsə məlumat verir. Müraciət edən şəxs tərəfindən müvafiq çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq baxılır.
2.5. Aşağıdakı hallarda ixrac təşviqinin ödənilməsindən imtina olunur:
2.5.1. müraciətdə göstərilən ixrac olunan məhsul Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısında nəzərdə tutulmadıqda;
2.5.2. bu Qaydanın 2.2-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə və təqdim olunmuş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
2.5.3. bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan hallarda.
2.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “MƏKTUB-SƏRƏNCAM”ın təqdim edildiyi vaxtdan 3 (üç) iş günü müddətində ixrac təşviqinin ixracatçıya ödənilməsini təmin edir.
2.7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ixrac təşviqinin əldə edilməsi üçün müraciətdə göstərilən məlumatları araşdırmaq məqsədi ilə dövlət orqanlarına və müvəkkil kredit təşkilatlarına sorğular göndərə bilər.
2.8. İxrac təşviqinin məbləği ixrac gömrük bəyannaməsindəki xarici valyutanın məzənnəsi əsas götürülməklə, manatla müəyyən olunur və ödənilir.
2.9. Faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına köçürülən vəsait həmin məhsullar üzrə ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərindən az olduqda, bu məhsulların ixracına görə ixrac təşviqinin baza məbləği bank hesabına köçürülən vəsaitin 3 (üç) faizini təşkil edir. Bu zaman ərizədə göstərilən qeyri-neft məhsulları üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fərqli əmsallar müəyyən edildikdə, həmin əmsallar sırasından ən kiçik əmsal tətbiq edilir.
2.10. Faktiki ixrac edilmiş qeyri-neft məhsulu sonradan Azərbaycan Respublikasının ərazisinə (o cümlədən, ölkə ərazisində mövcud olan sərbəst zonalara və xüsusi iqtisadi zonalara) tam və ya qismən geri qaytarıldıqda, bu məhsullar üçün ixrac təşviqinin ödənilmiş məbləği ixracatçı tərəfindən mütənasib olaraq geri ödənilməlidir.
2.11. İxrac olunan malların gömrük rəsmiləşdirilməsi gömrük təmsilçiliyi vasitəsilə (gömrük təmsilçisi və ya gömrük brokeri tərəfindən) həyata keçirildikdə, ixrac təşviqi yalnız təmsil edilən şəxsə verilir.
3. İxrac təşviqinin tətbiq olunmadığı əməliyyatlar və şəxslər
3.1. İxrac təşviqi aşağıdakı əməliyyatlara və şəxslərə tətbiq edilmir:
3.1.1. idxal edilərək, sərbəst dövriyyəyə buraxılan xarici ölkə mənşəli malların ixracına;
3.1.2. tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına;
3.1.3. sərhədyanı ticarət çərçivəsində malların satışına;
3.1.4. Azərbaycan Respublikasının ərazisində yaradılmış rüsumsuz ticarət mağazalarında malların satılmasına;
3.1.5. malların əvəzsiz (haqqı ödənilmədən) ixracına;
3.1.6. daxildə emal və xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına;
3.1.7. təkrar ixrac gömrük proseduru və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına;
3.1.8. malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına;
3.1.9. barter əməliyyatları çərçivəsində malların ixracına;
3.1.10. sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda, sənaye və ya texnologiyalar parklarında istehsal olunmuş malların ixracına;
3.1.11. bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən faktiki ixrac əməliyyatlarına;
3.1.12. dövlət mülkiyyətində olan və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə;
3.1.13. gömrük təmsilçiliyi fəaliyyətini həyata keçirən şəxslərə (gömrük təmsilçisi və gömrük brokeri);
3.1.14. faktiki ixrac əməliyyatlarının həyata keçirildiyi tarixdən 180 gündən sonra müraciət edən şəxslərə.
İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə
SIYAHISI
XİFMN üzrə məhsulun kodu
Malın adı
1
2
0409 00 000 0
Təbii bal
0804 20 900 0,
0806 20,
0813-dən
Qurudulmuş meyvələr
0810 70 000 0
Xurma
0810 90 7501
Nar
1905-dən
Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları
2001-dən
Sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq
2002
Sirkəsiz və ya  sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor
2005
Sirkəsiz və ya sirkə turşusuz  hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər
2006 00-dan
Şəkər vasitəsilə konservləşdirilmiş  tərəvəz, meyvə, qoz-fındıq
2007
Cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası
2008-dən
Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam
2009
Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi
2103-dən
Souslar və ədviyyatlar
2201-dən
Təbii və ya süni mineral sular, qazlı sular
2202
Alkoqolsuz içkilər
2204
Təbii üzüm şərabları və üzüm suslosu
2205
Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları
2208
Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları
3004900000-dan
Naftalan mazı
Qrup 42-dən
Təbii dəridən geyim əşyaları və digər məmulatlar
5007
İpək  parçalar
5701-dən
Əllə toxunmuş xovlu xalçalar
5702-dən
Əllə toxunmuş xovsuz xalçalar
Qrup 61-dən
Qrup 62-dən
Qrup 63-dən
Pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları
6403
Üstü təbii dəridən olan ayaqqabılar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 6 oktyabr tarixli 401 ömrəli qərarı ilə təsdiq edilmişdir. 3 nömrəli əlavə
Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq
Əmsallar
XİFMN üzrə məhsulun kodu
Malın adı
Əmsal
1
2
3
0409 00 000 0
Təbii bal
1,5
0804 20 900 0, 0806 20,
0813-dən
Qurudulmuş meyvələr
1,5
0810 70 000 0
Xurma
1,0
0810 90 7501
Nar
1,0
1905-dən
Unlu qənnadı məmulatları, o cümlədən paxlava, şəkərbura kimi şərq şirniyyatları
1,5
2001-dən
Sirkə və ya sirkə turşusu ilə konservləşdirilmiş tərəvəz, meyvə, qoz-fındıq
1,5
2002
Sirkəsiz və ya  sirkə turşusuz hazırlanmış və ya konservləşdirilmiş pomidor
2,0
2005
Sirkəsiz və ya sirkə turşusuz  hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış digər tərəvəzlər
2,0
2006 00-dan
Şəkər vasitəsilə konservləşdirilmiş  tərəvəz, meyvə, qoz-fındıq
1,5
2007
Cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası
2,0
2008-dən
Başqa üsulla hazırlanmış və ya konservləşdirilmiş meyvələr və qoz-fındıq, o cümlədən qablaşdırılmış qoz, fındıq və badam
2,0
2009
Meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi
2,0
2103-dən
Souslar və ədviyyatlar
2,0
2201-dən
Təbii və ya süni mineral sular, qazlı sular
1,5
2202
Alkoqolsuz içkilər
1,5
2204
Təbii üzüm şərabları və üzüm suslosu
2,0
2205
Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları
2,0
2208
Konyak, brendi, likörlər və digər spirtli içkilər, üzüm şərablarının distillatları
2,0
3004900000-dan
Naftalan mazı
2,0
Qrup 42-dən
Təbii dəridən geyim əşyaları və digər məmulatlar
2,0
5007
İpək  parçalar
1,5
5701-dən
Əllə toxunmuş xovlu xalçalar
2,0
5702-dən
Əllə toxunmuş xovsuz xalçalar
2,0
Qrup 61-dən
Qrup 62-dən
Qrup 63-dən
Pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları
2,0
6403
Üstü təbii dəridən olan ayaqqabılar
2,0

Comments are closed