Yerli süfrə və texniki üzüm sortları

Tarixi inkişaf prosesində xalqımız xalq seleksiyası yolu ilə yüzlərlə qiymətli yerli üzüm sortları yaradaraq canlı abidəyə çevirmişlər. Tarixi, lokal məlumatlardan və ampeloqrafik tədqiqatlardan məlum olur ki, Azərbaycanda vaxtilə 400-ə yaxın yerli üzüm sortları əkilib-becərilmişdir.

Sevindirici haldır ki, dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, o cümlədən qiymətli kişmiş üzüm sortları (Ağ şanı, Qara şanı, Bayanşirə, Şirvanşahı, Mədrəsə, Təbrizi, Hüseyni, Həməşərə, Qırmızı səabi, Ağ kişmiş, Ağ oval kişmiş, Çəhrayı kişmiş, Qırmızı kişmiş, Novrast, Ağ Xəlili, Şabranı, Şamaxı mərəndisi və s) ölkəmizdə bitir.

Azərbaycanın texniki üzüm sortu Şirvanşahı dünyada ən yüksək şəkərlilik toplayan üzümdür. Belə ki, tam yetişmə zamanı onun giləlrində 27-33 q/100 sm3 şəkərlilik toplsnır. Bayanşirə isə dünyada ən yüksək məhsuldar sortlardan biridir. Onun məhsuldarlığı tənəyin formasından asılı olaraq 11-16 kq-a çatır və yüksək aqrotexniki şəraitdə daha da yüksək olur.

Azərbaycanın üzüm sortları zənginliyinə, yetişmə, məhsuldarlıq, keyfiyət, əmtəllik görkəminə, salxım və gilələrinin forma və ölçülərinə, gilələrinin rəng çalarlarının rəngarəngliyinə, xəstəlik və zərərvericilərə, saxlanmaya və daşınmaya davamlılıq xüsusiyyətlərinə, istifadə istiqamətlərinə (süfrə, texniki, universal, kişmiş), dad keyfiyyətlərinə və s. əlamətlərinə görə olduqca müxtəlifdirlər.

Azərbaycanın zəngin üzüm genofondu bir sıra xüsusiyyətləri ilə səciyyələnirlər. Belə ki. giləsinin rənginə (Ağ şanı, Qara şanı, Ala şanı, Sarıgilə, Qırmızı sahibi, Ağ səabi, Qara üzüm, Qızıl üzüm, Qırmızı üzüm, Qırmızı çiləyi, Qara sərmə, Qara, ağ, qırmızı və qəhvəyi  kişmişlər və s.), məhsulunun keyfiyyətinə, dadına, ətrinə (Naxçıvan muskatı, Gülabı, Kişmişi sortları, Şəkəri, Təmbeyi, Şireyi,  Qara qənd üzümü və s.), salxım və giləsinin əmtəə görünüşünə  (Quşürəyi, Misqalı, Əlincə, Dəvəgözü, Tulagözü, Keçiməməsi, İnəkəmcəyi, Gəlinbarmağı, Xatınbarmağı, Gözəl üzüm, İrisalxımlı və s.), ən tez yetişgənliyinə (Ağ xəlili,  Qara Xəlili, Kürdəşi və s.), gilə qabığının qalınlığına və lətinin bərkliyinə (Xart-xart, Daş üzüm, Daş kişmişi, Daş mərəndi və s.), gilənin  və salxımın iriliyinə (Haçabaş, Bəndi, Nərgizi, Qızıl üzüm, Təbərzə, Gülabı, Kəhrəba və s), müalicəvi əhəmiyyəti və məişətdə istifadəsinə (Sarı Şəfeyi, Hənəqırna,Ağ aldərə, Şəkərbura və s), geniş yayılma və yer adlarına görə (Təbrizi, Beyləqani, Bayanşirə, Mədrəsə, Şirvanşahı, Ordubadi, Şaxtaxtı, Şabranı, Dərbəndi, Fatmayi, Salyan üzümü, Ağ Aldərə Xəzəri və s.) görə iqtisadi əhəmiyyət kəsb edən üzüm sortlarıdır.

Bu sortlar nəinki vətənində, hətta dünyanın əksər üzümçülük ölkələrində də məhşurdurlar və digər sortlarla yanaşı əkilib-becərilirlər. Xalq seleksiyası sortları uzun illər təbiətin əlverişsiz sınaqlarından çıxaraq bu günümüzə qədər gəlib çatmış və yerli şəraitə yaxşı uyğunlaşmışlar. Yerli üzüm sortları üzümçülüyün inkişafında da əvəzsiz rola sahib olmuşdur. Belə ki, respublikamızda vaxtilə movcud olan saneye üzüm bağlarının 60 faizə qədərini yerli üzüm sortlarının becərildiyi sahələr təşkil edirdi. Bununla yanaşı yerli üzüm sortlarını xalqımız həmişə öz həyətyanı təsərrüfatlarında becərərək bütün dövrlərdə qoruyb saxlamışlar.

Süfrə sortları: Ayıboğan, Abşeron xatınısı, Abşeron keçiəmcəyi, Abşeron qizil üzümü, Abşeron gəlinbarmağı, Ağ  üzüm, Ağ dərbəndi,Ağ göybəndam, Ağ zavra, Ağ Xəlili, Ağ quşürəyi, Ağ şanı, Ağ tayfi, Ala şanı, Alıxanlı bəy üzümü, Alıxanlı keçiməməsi, Alıxanlı qara gözü, Bəndi, Beyləqan hüseynisi, Büllur, Cavangir üzümü, Əliməmməd üzümü, Əlvan, Fatmayi, Gəlinbarmağı, Gözəl üzüm, Gülabı, Hacı Abbas üzümü, Haçabaş, Xatınbarmağı, Xatını, Xurmayi, Kal üzüm, Kəhrəba,  Qara şanı, Qara göybəndam , Qara Xəlili,  Qaragöz, Qara kürdəşi,  Qara pişraz, Qara şəfeyi,  Qara yay üzümü, Qırmızı  hüseyni, Qırmızı  inəkəmcəyi, Qırmızi  tayfı, Qırmızı sahibi, Qırmızı  səabi, Qırmızı  şəfeyi, Qızılı  səbzə, Mahmudu, Mərəndil, Mahmudu, Misqali, Naxçıvan  hüseynisi, Naxçıvan  qırmızı şanısı, Naxçıvan ağ tayfısı, Naxçıvan inəkəmcəyi, Naxçıvan keçiəmcəyi, Naxçıvan qara şanısı ,Naxçıvan qızıl üzümü, Nəbi, Nəqşəbi, Rişbaba,Sarı şəfeyi, Sarıgilə, Sultanı,Sürməyi, Şabranı, Şamaxı Mərəndisi,  Talibi, Təbrizi, Yalançı  şanı,  Zalxa,  Zeynəbi, Füzuli ağ keçiməməsi,  Füzuli qara keçiməməsi, Xalac, Yalançı şanı, Ət mərəndi, Salyan üzümü, Nardaran dərbəndisi, Xan üzümü, Kal üzüm, Bababeli, Arı üzümü, Sahibi, Sarıgilə gecyetişən, Sarıgilə  ortayetişən, Qırmızı mərəndi, Çərəz, Gül mərəndi,

Kişmişi sortları: Ağ oval kişmişi, Ağ  kişmişi, Əsgəri, Çəhrayı kişmiş,  Xirça kişmişi, Xirdagilə  sarı  kişmişi, Qəhvəyi kişmişi, Qırmızı kişmişi, Mərməri kişmişi, Naxçıvan qara kişmişi, Sari kişmişi, Yumrugilə,  Abşeron kişmişi, Yumrugilə sarı kişmişi, Daş kişmişi.

Texniki üzüm sortları:  Ağ anqur, Ağ kələnpur, Ağ Almərdan, Ağ dəvəgözü, Ağ lkeni, Ağ şireyi, Ağ kalambir, Asma,  Alıxanlı qara üzümü, Ağ xərci, Ağ şireyi, Ağ şiray, Arayatlı qara üzümü, Boz Xindoqnı Bayanşirə, Biləv üzümü, Həməşərə, Dik xərci, Qoyun gözü, Kərimqəndi,Qara Salyan üzümü, Qarğadili, Qara mərəndi, Qara sərmə, Qara lkeni, Qara hənəqırna, Qoç üzümü, Qırmızı qəməri, Qırmızı hənəqırna, Daşqara, Dağ üzümü, Dəbbi gülabı, Danaburnu, Əhmədbəyli ağ şireyisi,  Sarmayi, Şireyi, Kürə üzümü,  Cəlali, Zalxa, Zərəni qorası, İnnabı, İri salxımlı, Muxtarı, Mədrəsə, Mələyi, Naxçıvan qara üzümü, Rizağa, Sarı şireyi, Sarı üzüm, Qara haçabaş, Qara aldərə, Qaraburnu, Qırmızı üzüm, Qızılı gecyetişən, Yaqubu, Tulagözü, Xallı üzüm, Xanları, Xanım göbəyi, Xərci, Xətmi, Xindoqnı,  Çil gülabı, Çöl üzümü, Göz üzüm,  Şahtaxtı,  Sıxqara, Qara şireyi, Qara Aldərə, Sıxsalxım,  Sısaq, Talibi.

Universal sortlar: Abbası, Ağ mərəndi,  Ağ aldərə, Ağdam keçiəmcəyi, Arazvari,  Arı mərəndi, Azməhsuldar (Durak), Badamlı, Batıx, Bənəniyar, Talıbi, Qoyungözü, Qara Dərbəndi, Duzalı, Zeynəddin üzümü, Məşədi Əli, Narıncıgilə, Pişik üzümü, Sarı aldərə, Təbərzə, Gəncə keçiməməsi, Gəncə qızıl üzümü, Xanımı, Qara xəzani, Şangirey, Hafizəli, Şəkərbura, Əlincə, Hacı Əhmədi, Əliməmmədi, Əmiri, Göy Hənəqırna,  Göy üzüm.Şamaxı mərəndisi, Şirvanşahı, Yeşeni, Foqeltrauben (Quş üzümü), Boyaxanı, Xunqi, Leyli, Gəlşən, Beyləqan qızıl üzümü.

ABŞERON XATINISI ABŞERON QIZIL ÜZÜMÜ
ABŞERON GƏLİNBARMAĞI AĞ ALDƏRƏ
AĞ QAVRA AĞ DƏRBƏNDİ
AĞ HÜSEYNİ AĞ GÖYBƏNDAM
AĞ MƏLƏYİ AĞ OVAL KİŞMİŞ
AĞ SALYAN ÜZÜMÜ AĞ ŞANI
AĞ ŞİRƏYİ AĞ XƏLİLİ
AĞDAM QIZIL ÜZÜMU AĞDAM GÜLABISI
AĞDAM XƏZƏRİSİ ALA ŞANI
ALİXANLİ KECİMƏMƏSİ ALİXANLİ QARAGÖZ
ARNA-QIRNA BAYANŞİRƏ
ÇƏRƏZ ÇƏHRAYI KİŞMİŞ
DAŞ MƏRƏNDİ DUĞŞAYİ
ƏLVAN ƏSGƏRİ
GAVANGİR GƏLINBARMAĞI
GİRDƏ KİŞMİŞ GİLAMİ
GÖZƏL ÜZÜM QIRMIZI KİŞMİŞ
GÜLABİ GÜL MƏRƏNDİ
HAÇABAŞ HƏMƏSƏRƏ
HACI ABBAS HÜSEYNİ
HÜSEYNİ İRİ SALXIM
İKİCİNSLİ AĞ ŞANI KƏHRABA
KAL ÜZÜM MƏDRƏSƏ
MAHMUDU MƏRƏNDİ
MƏLƏYİ NARDARAN DƏRBƏNDİSİ
MƏRƏNDİL PİŞRAZ
NOVRAST QARA KÜRDƏŞİ
QARA KİŞMİŞ QARA ŞANI
QARA LKƏNİ QARA XƏLİLİ
QARA SƏBZƏ QIRMIZI HÜSEYNİ
QARAŞİRƏ QIRMIZI SƏABI
QIRMIZI QUŞÜRƏYİ RİŞBABA
QOYUNGÖZÜ ŞAHANI
ŞABRANI SARI KİŞMİŞ
SARI KİŞMİŞ ŞİRVANŞAHI
SARIGİLƏ SÜRMƏYİ
SULTANİ KİŞMİŞ XAN ÜZÜMÜ
TƏBRİZİ XƏRCİ
XART-XART XINDOQNİ
ZEYNƏBİ ZALXA
YALANÇI GÜLABİ XIRDA KİŞMİŞ
XURMAYI  
 

ƏTRAFLI

Comments are closed